11 in 19:42yigma

Azərbaycan üçün həqiqət anı

Azərbaycan üçün həqiqət anı
Bu gün, saat 20.00
DÇ-2018-in seçmə oyunu
230. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: XAVYER FERNANDES, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes (hamısı İspaniya).
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan).
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bu gün hər kəsin diqqəti “Tofiq Bəhramov”a yönələcək. Axı, yığma tarixinin ən önəmli qarşılaşmalarından birinə çıxır. Bu matçın nəticəsi millinin DÇ-nin seçmə mərhələsindəki iddiasının üstündən xətt çəkə də bilər, azərbaycanlı futbolsevərlərin mundial arzusunu çiçəkləndirə də. Robert Prosineçkinin yetirmələri hazırda 7 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb. Britaniyalılar bizimkiləri 3 xal qabaqlayır və 2-ci yerdədilər. Yığma qələbə qazanacağı halda, Maykl O`Nilin komandasını yaxalayacaq. Düzdü, Şimali İrlandiya ilə aramızda Çexiya da var. Ancaq bu gün çexlərin Norveç səfərindən əliboş dönməsi möcüzə sayılmayacaq. Belədə qazanılacaq 3 xal bizimkiləri bir pillə irəli ata, 2-ci yerin şərikinə çevirə bilər. Bu baş verərsə, DÇ-nin pley-offu ilə bağlı yenidən nikbin proqnozlar irəli sürə biləcəyik. Əks halda, yığmanın şansları xeyli azalacaq. Odu ki, əsas komanda taleyüklü matçda var qüvvəsini ortaya qoyub qələbə qazanmalıdı. İspaniyalı hakimlər briqadasının idarə edəcəyi oyunun İTV vasitəsiylə yayınlanacağını da xatırladaq.
İndiyə qədər bu rəqiblə 5 dəfə üz-üzə gəlmişik. İlk iki duel DÇ-2006-nın seçmə mərhələsinə təsadüf edib. Bakıdakı görüşdə Şimali İrlandiya ilə qolsuz heç-heçəyə razılaşsaq da, səfərdə məğlub olmuşuq (0:2). Növbəti dəfə DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən biri yenə də Şimali İrlandiya oldu. Ancaq bu dəfə iki dueldən 4 xal götürən biz olduq. Səfərdə son dəqiqə qolu ilə məğlubiyyətdən qaçan (1:1) britaniyalıları Bakıda 2 cavabsız qolla məğlub etdik. Bununla da təxminən 8 il öncəki məğlubiyyətin əvəzini çıxmış olduq. Sonuncu duel ərəfəsində isə rəqib daha iddialı idi. Hər halda, Şimali İrlandiyanın AÇ-2016-nın final mərhələsində çıxış etməsi belə deməyə əsas verirdi. Lakin Prosineçkinin yetirmələri də noyabrın 11-də keçirilən oyuna kimi tsikldə uğurlu nəticələrə imza atmışdı. San Marinonu səfərdə, Norveçi evdə eyni hesabla yenən (1:0) milli Çexiya ilə rəqib meydanında heç-heçə etmişdi (0:0). Bu üzdən bizimkilər də Belfasta iddialı yollanmışdı. Ancaq Şimali İrlandiya yığmanın seriyalarını alt-üst edərək, 4 cavabsız qolla qalib gəldi. Deməli, milli həm də 7 ay öncəki məğlubiyyətin əvəzini çıxmaq haqda düşünməlidi. Başqa sözlə, əsas komanda bu duelə qisas anı kimi yanaşmalıdı. Onu da qeyd edək ki, bundan öncə martdakı seçmə mərhələ oyununda Şimali İrlandiya Norveçi “doğma divarlar” arasında məğlub etdisə (2:0), yığma Respublika stadionunda Almaniyaya böyük hesabla (1:4) uduzdu.
Heyətlərə gəlincə, bu baxımdan durum bizim xeyrimizədi. Əvvəla, hansısa zədəli yoxdu. Toplanışdan öncə Rəşad Sadıqov, Avstriyadakı hazırlıq zamanı isə Dmitri Nazarov belə problemlə üzləşsə də, artıq hər şey qaydasındadı. Hər iki futbolçu bugünkü qarşılaşmada forma geyə biləcək. Özü də Belfastdakı oyunu zədə üzündən buraxan kapitanın meydanda olması komanda üçün əlavə motivasiyadı. Bundan başqa, “milliləşdirilən” Riçard Almeyda da ilk dəqiqələrdən meydanda olacaq. Ölkəmizdə olduğu müddətdə səviyyəsini ortaya qoyan “Qarabağ”lının komandanın gücünə güc qatacağı şübhə doğurmur. Eyni zamanda hücumun sivri ucunda da yer alacaq Ramil Şeydayevdən gözləntilər daha çoxdu. “Jilina”ya keçəndən sonra qolları sıralayan, həmçinin Slovakiya çempionluğunu qazanaraq yığmaya yüksək əhval-ruhiyyədə təşrif buyuran Şeydayevin durumu ürəkaçandı. Yalnız Kamran Ağayevlə bağlı tərəddüdlər var. Hazırda klubsuz olan, son rəsmi matçını Almaniyaya qarşı keçirən qapıçının necə təsir bağışlayacağını söyləmək çətindi. Başqa narahatlıq doğuran məqam yığmanın hazırlıq dönəmində yoxlama matçında qüvvəsini sınamamasıdı. Halbuki Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüş keçirdi. O ki qaldı rəqibin heyətinə, Bakıya ciddi itkilərlə gəliblər. Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən dəvət olunmamışdısa, Kreyq Katkart yığmada zədə alaraq heyətdən çıxarıldı. O`Nil ötən il Avropa çempionatında iştirak edən futbolçulardan bir neçəsinin xidmətindən məhrumdu. Bəzi əsas heyət üzvlərinin klublarında az çıxış etməsi və oyun təcrübəsinin olmaması da rəqib çalışdırıcını narahat edir. Həmçinin qonaqlar dəfələlrə Bakının istisindən ehtiyatlandıqlarını dilə gətiriblər. İnanaq ki, bütün bunlar bu gün məhz bizim xeyrimizə işləyəcək.
Sonda onu da vurğulayaq ki, milli ilk dəfə iyunun 10-da oyun keçirəcək. Daha öncə heç vaxt bizimkilər bu tarixdə oynamayıb. Deməli, bu günün azarkeşlər tərəfindən xoş xatırlanması üçün qələbə vacibdi. Özü də mərkəzi arenaların tirbunları da boş qalmayacaq. Bilet satışındakı fəallıqdan belə nəticəyə gəlmək olar ki, azarkeşlər stadionu dolduracaq. Yığma isə arenada olan 30 min, eləcə də ekran önünə toplaşan milyonlarla tərəfdarına qələbə sevinci bəxş etmək üçün əlindən gələni etməlidi. Bunun üçün hədsiz istək və əzmkarlıq tələb olunur. Milli bu amilləri meydanda göstərsə, qələbə bizim olacaq.

1 2 3 4 5 6
Azərbaycan
Kamran Ağayev q 09.02.1986 klubsuz 65 -
Səlahət Ağayev q 04.01.1991 Neftçi 10 -
Anar Nəzirov q 08.09.1985 Zirə 4 -
Rəşad Sadıqov m 16.06.1982 Qarabağ 107 4
Ruslan Abışov m 10.10.1987 Neftçi 49 4
Maksim Medvedev m 29.09.1989 Qarabağ 40 1
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 30 -
Məhəmməd Mirzəbəyov m 16.11.1990 klubsuz 15 -
Tərlan Quliyev m 19.04.1992 İnter 7 1
Pavel Paşayev m 04.01.1988 Stal, Ukrayna 4 -
Ürfan Abbasov m 14.10.1992 Qəbələ 2 -
Rahid Əmirquliyev y 01.09.1989 Qarabağ 54 3
Cavid Hüseynov y 09.03.1988 Qəbələ 48 2
Elvin Məmmədov y 18.07.1988 Qəbələ 37 7
Əfran İsmayılov y 08.10.1988 Qarabağ 33 2
Qara Qarayev y 12.10.1992 Qarabağ 31 -
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 23 6
Araz Abdullayev y 18.04.1992 Qəbələ 21 1
Eddi İsrafilov y 02.08.1992 Kadis, İspaniya 8 -
Emin Mahmudov y 27.04.1992 Boavişta, Portuqaliya 2 -
Riçard Almeyda y 20.03.1989 Qarabağ - -
Namiq Ələsgərov h 03.02.1995 Neftçi 7 -
Ruslan Qurbanov h 12.09.1991 Qəbələ 17 1
Ağabala Ramazanov h 20.01.1993 Qarabağ 11 1
Ramil Şeydayev h 15.03.1996 Jilina, Slovakiya 5 -
Renat Dadaşov h 17.05.1999 Ayntraxt, Almaniya - -

Şimali İrlandiya
Maykl Makqovern q 12.08.1984 Norviç, İngiltərə 21 -
Alan Mannus q 19.05.1982 Sent Conston, Şotlandiya 9 -
Roy Kerroll q 30.09.1977 Linfild 45 -
Qaret Makauli m 05.12.1979 Vest Bromviç, İngiltərə 71 9
Conni Evans m 03.01.1988 Vest Bromviç, İngiltərə 60 1
Kris Brant m 14.12.1984 Vest Bromviç, İngiltərə 58 2
Aaron Hyuz m 08.11.1979 Harts, Şotlandiya 105 1
Konor Maklaflin m 26.07.1991 Flitvud Taun, İngiltərə 25 1
Li Hodson m 02.10.1991 Reyncers, Şotlandiya 19 -
Rayan Maklaflin m 08.01.1990 Oldhem, İngiltərə 3 -
Adam Tompson m 28.09.1992 Beri, İngiltərə 2 -
Daniel Lafferti m 18.05.1989 Şeffild Yunayted, İngiltərə 13 -
Tom Flanaqan m 21.10.1991 Berton Albion, İngiltərə 1 -
Stiven Devis y 01.01.1985 Sauthempton, İngiltərə 94 9
Neyll Makqinn y 20.07.1987 Aberdin, Şotlandiya 51 3
Oliver Norvud y 12.04.1991 Brayton, İngiltərə 45 -
Şeyn Ferqyuson y 12.07.1991 Milluoll, İngiltərə 31 1
Stüart Dallas y 19.04.1991 Lids Yunayted, İngiltərə 21 1
Metti Land y 21.11.1990 Berton Albion, İngiltərə 3 -
Pol Paton y 18.04.1987 Sent Conston, Şotlandiya 4 -
Kayl Lafferti h 16.09.1987 Norviç, İngiltərə 61 20
Coş Magennis h 15.05.1990 Çarlton, İngiltərə 28 1
Liam Boys h 08.04.1991 Ross Kaunti, Şotlandiya 9 1
Şey Makkartan h 18.05.1994 Akkrinqton Stenli, İngiltərə 1 -
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar