11 in 19:39yigma

Prosineçki “Bursaspor” haqda danışmadı, “Futbol+”in heyətlə bağlı proqnozu düz çıxdı

Prosineçki “Bursaspor” haqda danışmadı, “Futbol+”in heyətlə bağlı proqnozu düz çıxdı
“Meydanda olan bütün futbolçularımızdan və azarkeşlərimizdən qorxsunlar”

Yığmanın baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı isə saat 19.45-də başladı. Xorvat çalışdırıcı iki yetirməsi ilə birgə zala daxil oldu. Cavid Hüseynovla Maksim Medvedev də mətbuat konfransında iştirak etdi. Prosineçki əvvəlcə ümumi fikirlərini dilə gətirdi:
- Bir aya yaxın toplanışda olduq. Kubokun finalından sonra futbolçulara 10 gün istirahət verdim. Mayın 15-də yığışdıq, 5 gün ölkədə hazırlıq keçdikdən sonra Avstriyaya yollandıq. Orda iki həftə məşq etdik. Avstriyadan qayıdandan sonra da 6 gün hazırlıq keçdik. Təlim-məşq prosesinin gedişindən razı qaldım. Sabah komandaya azarkeş dəstəyi lazım olacaq. Bizi böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam hazırdı, çıxıb mübarizə aparacaq. Ümid edirəm ki, nəticə bizim üçün müsbət olacaq.
- Toplanış çərçivəsində yoxlama görüşü keçirməməyiniz Şimali İrlandiya ilə oyunda nə dərəcədə problem yarada bilər?
- Yoldaşlıq görüşü olsaydı, daha yaxşı olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Amma komanda tam gücü ilə çalışıb. 26 nəfərin hər biri sabah oynamağa hazırdı. İnanıram ki, bizi maraqlı mübarizə gözləyir. Hər cür nəticə ola bilər. Amma komandama güvənirəm. Hazırlıq prosesində göstərdiklərini sabah meydanda da sərgiləyəcəklər. Məzmunlu futbol göstərəcəyimizə inanıram. Bir ay müddətindəki zəhmətimizin bəhrəsini final fitindən sonra görəcəyimizi düşünürəm.
- Belə bir önəmli matç ərəfəsində sizin yığmadan ayrılacağınızla bağlı xəbərlər dolaşır. Yenidən “Bursaspor” variantı gündəmə gəlib. Buna nöqtə qoymağınızı istərdik: gedirsiz, yoxsa qalırsız?
Artıq “Bursaspor” sözündən sualın mahiyyətini anlayan Prosineçki tərcüməçiyə nəsə dedi. Aydın Rüstəmov isə bunları söylədi: “Öncədən deməyi unutdum. Baş məqşçi bura gələndə xahiş etdi ki, yalnız sabahkı oyun haqda suallar verilsin. Başqa məsələlər haqda danışmayacaq”.
- Ənənənizə sadiq qalıb, start heyətini açıqlayacaqsız?
- Hazırlıq zamanı iki oyunçumuz yüngül zədə alıb. Onların nə dərəcədə hazır olduğunu bir azdan məşqdə görəcəyik. Hamı sağlam olsa, start heyətimiz belə olacaq: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Dmitri Nazarov, Ramil Şeydayev (“Futbol+”in 8 iyun sayında Prosineçkinin hansı “11-liy”ə güvənəcəyini yazmışdıq. Proqnozumuz tam özünü doğrultdu – F.).
- Rəqib baş məşqçi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı və sizdən bir sürpriz gözlədiyini dilə gətirdi. Ola bilər ki, bir yox, bir neçə sürpriz hazırlamısız?
- Şimali İrlandiyanın baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi sevindirici haldı. Yəqin ki, onları çətin oyun gözləyir. Rəqibi kifayət qədər təhlil etmişik. Sürprizim var, amma burda açıqlamayacam. Sabah hamı görəcək. Fikrimcə, əsas olan komandanın məşqlərdə keçdiyini oyunda göstərməsidi. Belədə uğurlu nəticə də gələcək.
- Bir çox ulduz futbolçuların milli karyerası uğurlu alınmır. Necə düşünürsüz, Riçard Almeyda “Qarabağ”dakı parlaq çıxışını yığmada da sərgiləyə biləcək?
- Mən belə təminat verə bilmərəm. Sabah onun ilk oyunu olacaq. Almeyda peşəkar futbolçudu, məşqlərdə əzmkarlıq göstərir. 5 ildi Azərbaycandadı, bəzi oyunçularla bir klubda çıxış edir, başqaları ilə də tanışdı. İnanıram ki, o, sabah komandamıza kömək edəcək. Amma yüzfaizlik təminat verə bilmərəm.
- Heç-heçə yığmamızı qane etməyəcək. Oyunun gedişində bərabərlik davam edərsə, sona 15 dəqiqə qalmış taktikanı dəyişib, 2 hücumçulu sistemə keçməyiniz mümkündü?
- İki hücumçu meydana buraxmaq hücum futbolu sərgiləmək demək deyil. İndiki heyətlə də hücum futbolu oynamaq olar. Yalnız bir şeyə inanıram ki, start heyətində şans verdiyim oyunçular özlərini yaxşı tərəfdən göstərəcəklər. Amma oyunun gedişinə görə dəyişikliklər ola bilər. Bunu indidən deyə bilmərəm. Ehtiyatda oturan oyunçular daim hazır olmalıdı.
- Sabah Renat Dadaşovu qısa müddət də olsa, meydanda görə bilərik?
- Renat çox istedadlı futbolçudu. Yaxın gələcəkdə bizim üçün vacib oyunçu olacaq. Amma sabah onun üçün tezdi. Bu görüşdə meydana çıxacaq futbolçular matçı həll etməlidilər. Renat Almaniyada hələ aşağı yaş qruplarında çıxış edir. Əmin olun ki, onun da sözünü demək üçün şansı olacaq. Gələcəkdə bizə lazım olacaq, amma sabah tezdi.
- Şimali İrlandiya Renat Dadaşov və Riçard Almeydadan qorxmalıdı?
- Onlardan biri sabah əsas heyətdə yer alacaq. Almeyda ilk dəqiqələrdən çıxış edəcək. Ondan qorxmaq lazım deyil. Meydanda olan bütün futbolçularımızdan və azarkeşlərimizdən qorxsunlar. Onu deyə bilərəm ki, rəqib üçün heç də asan olmayacaq. Ümid edirik ki, azarkeşlərimiz Şimali İrlandiya fanatlarının Belfastdakı performansını təkrarlayacaqlar. Rəqibin azarkeşlərinin dünyanın ən yaxşılarından biri olduğunu bilirik. Bu dəfə biz öz gücümüzü göstərəcəyik.
Futbolçular da qələbə üçün əllərindən gələni edəcəklərini söylədilər.
Maksim Medvedev: “Uzunmüddətli toplanış oldu. Can-başla məşqlər keçmişik. Çalışacağıq ki, Belfastdakı səhvləri təkrarlamayaq. Bu rəqibə bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxıb, sona qədər vuruşacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik. Azarkeşlərimizlə birgə bunu bacaracağımıza inanıram”.
Cavid Hüseynov: “Güclü rəqiblə qarşılaşacağıq. Onların üstün cəhətləri var ki, bunu da təhlil etmişik. Çalışacağıq ki, doğma azarkeşlərimiz önündə uğur qazanaq. Bununla yanaşı, gözəl futbol nümayiş etdirməyi arzulayırıq. İnşallah, qələbə bizim olar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar