11 in 19:37yigma

O`Nil havanın problem yaradacağını düşünmür

O`Nil havanın problem yaradacağını düşünmür
“Onlar Riçarda qarşı xüsusi mübarizə aparacaq”

Dünən Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi mətbuat konfransları və açıq məşqlər keçirildi. Əvvəlcədən də bilindiyi kimi, saat 18.45-də jurnalistlər önünə Şimali İrlandiyanın çalışdırıcısı Maykl O`Nil çıxdı. O zala komandanın kapitanı Stiven Deyvis ilə birgə daxil oldu. Öncə suallar 32 yaşlı müdafiəçiyə ünvanlandı. Saul-cavaba keçməzdən öncə onu bildirək ki, tərcüməçi seçimi bu dəfə də özünü doğrultmadı. Xüsusən mətbuat konfransının əvvəlində tərcümədə problem yaşandı. Təəssüf ki, ölkəmizdə keçirilən beynəlxalq oyunlarda şahidi olduğumuz ənənə yenə də davam edir. Hər halda, Deyvisin nə demək istədiyini müəyən mənada anladıq. Tərcüməçi O`Nilin fikirlərini media nümayəndələrinə daha yaxşı çatdırdı. Bu öz yerində. İndi isə Stivenlə sual-cavaba qayıdaq.
- Bu oyuna hazırlıq prosesini necə dəyərləndirərdiz?
- Məlum olduğu kimi, Yeni Zelandiya ilə oyundan sonra Türkiyəyə yollandıq. Türkiyədə hava şəraiti Azərbaycana uyğun idi. Çətin toplanış keçdik. Ümid edirik ki, bunun bəhrəsini görəcəyik. Sabah komandamız üçün hər şeyin yaxşı olacağına inanıram. Ümumilikdə təlim-məşq toplanışının bizə faydası çox oldu. Fikrimcə, bu amil qarşılaşma zamanı köməyimizə çatacaq.
- Heyətdə kifayət qədər itki var. Bu, sizə çətinlik yaratmayacaq?
- Müxtəlif səbəblərdən 6 futbolçu Azərbaycanla oyunda iştirak etməyəcək. Buna baxmayaraq, perspektivli futbolçularımız çoxdu. Onlar olmayanları layiqincə əvəz edəcək gücdədi. Sabah da meydana qələbə əzmi ilə çıxacağıq. Bunu reallaşdıracağımıza inanıram.
- Bakıya son səfərinizlə indiki arasında nə kimi fərqlər var?
- Axırıncı dəfə Azərbaycanda olanda qrupda vəziyyət fərqli idi. Bu dəfə bizi daha çətin sınaq gözləyir. Çünki indi rəqib də ikinciliyi hədəfləyib. Amma qrupdakı oyunlarımızı nəzərə alsaq, uğurlu çıxış edəcəyimizə inamımız artır. İkinci pillədə qərarlaşsaq da, qələbə qazanmalıyıq. Bakıya 3 xal dalınca gəlmişik. Belfastda qələbə qazanmışıq və bunun davamını gətirmək istəyirik.
- Şimali İrlandiya indiyə qədər Azərbaycanda qələbə qazana bilməyib. Bunu nəzərə alsaq, demək olarmı ki, heç-heçə sizin üçün daha sərfəli nəticə olar?
- Hər bir səfər oyunu çətin olur. Amma biz Azərbaycanı öz meydanımızda məğlub etdiyimiz üçün özünəinam yüksək səviyyədədi. Odu ki, bura heç-heçə yox, 3 xal üçün gəlmişik. Əsas hədəfimiz qələbədi.
Daha sonra O`Nil media nümayəndələrini maraqlandıran sualları cavabladı.
- Rəqibin oyun sistemini, hazırlığını, gücünü necə qiymətləndirirsiz?
- Azərbaycanın qrupdakı bütün oyunlarına baxmışıq. Rəqibin bu matça necə hazırlaşdığını onların baş məşqçisi daha yaxşı bilər. Bu sualı siz mənə yox, Prosineçkiyə ünvanlamalısız. Çünki Azərbaycan millisinin hazırlığını o daha yaxşı bilər. Biz üzərimizə düşən işi görmüşük. Rəqibi yaxşı təhlil etmişik. Onlar Almaniya ilə görüşün ilk 30-35 dəqiqəsini yüksək səviyyədə keçirmişdilər. Bu cür məqamlar bizə bəllidi. Bununla belə, daha çox öz oyunumuza köklənmişik. Onu deyə bilərəm ki, sabahkı qarşılaşmaya tam hazırıq.
- Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi vurğulamış, onun özəlliklərini qeyd etmişdiz. Almeydadan çəkinirsiz?
- Almeydanın klubundakı oyunlarını izləmişik. Keyfiyyətli futbolçudu. O, Azərbaycan millisində debüt edəcək. Düşünürəm ki, yığmanızın oyununa əlavə rəng qatacaq. Amma Şimali İrlandiya yığmasının üzvləri də İngiltərə premyer-liqasında çıxış edirlər. Onlar braziliyalıya qarşı xüsusi mübarizə aparacaq gücdədilər.
- Havanın isti olması sizin üçün nə dərəcədə ciddi problemdi?
- Hava yaxşıdı, sərindi. Bura gəlməzdən öncə toplanış keçdiyimiz Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram. Türkiyə toplanışı sırf bunun üçün keçirildi. İqlim eynidi. Fikrimcə, hava şəraitindən asılı olmayaraq, öz oyunumuzu göstərə biləcəyik.
- Belfastda böyük hesabla qalib gəldiz. Həmin oyunu Bakıda da göstərə biləcəksiz? Ümumiyyətlə, şansları necə dəyərləndirirsiz?
- Bu matçda fiziki və taktiki hazırlıq çox önəmli olacaq. Belfastdakı görüşdə qol buraxmadan qələbə qazandıq. Bakıda da bunu təkrarlayacaq gücdəyik. Düşünürəm ki, bu oyundan da yaxşı nəticə ilə ayrılmaq üçün şansımız var. Amma Azərbaycan yığması da sabahkı oyuna daha yaxşı hazırlaşıb. Onlar da qrup ikinciliyi üçün yarışırlar. Bundan əlavə, Azərbaycan son iki oyunda məğlub olduğundan, bu görüşə çox ciddi yanaşır.
- Almeydanı qeyd etdiz. Başqa hansı futbolçuların adını çəkə bilərsiz? Rəqib komandada hansı mövqeyi daha güclü sayırsız?
- Təkcə Almeyda haqda danışmağım başqalarına hörmətsizlik olar. Dmitri Nazarov, Ramil Şeydayev, Ruslan Qurbanov, Rahid Əmirquliyevin də adını çəkə bilərəm. Azərbaycan klublarının avrokubok matçlarını izləmişik. “Qarabağ”ın iki il əvvəl Çempionlar Liqasında “Seltik”lə görüşünə baxmışam. Yaxşı mübarizə aparmışdılar. Avrokubok təcrübəsinin olması futbolçular üçün müsbət haldı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar