11 in 19:28yigma

Fərrux İsmayılov Şimali İrlandiyanı 1:0 yenəcəyimizi düşünür

Fərrux İsmayılov Şimali İrlandiyanı 1:0 yenəcəyimizi düşünür
“Qələbə qolunu ya Nazarov, ya da Şeydayev vuracaq”

Yığmanı bu gün çox önəmli bir sınaq gözləyir. Robert Prosineçkinin yetirmələri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində taleyüklü maçlarından birinə, bəlkə də ən vacibinə çıxacaq. Şimali İrlandiya ilə görüşü əhəmiyyətli edən məqamlar kifayət qədərdi. Əvvəla, hazırda bu rəqibin hesabında 10 xal var və qrupda bizimkiləri 3 xal qabaqlayır. Yığma aradakı xal fərqini qapamaq üçün meydandan maksimum nəticə ilə ayrılmalıdı. Bundan başqa, mundialın pley-offu ilə bağlı xəyal qururuqsa, eləcə də bu hədəflə bağlı “niyə də yox?!” şüarını əldə bayraq tuturuqsa, deməli, adalılara uduzmaq olmaz. Əksə halda, DÇ-nin final mərhələsi ilə bağlı cücərməkdə olan arzular puç olacaq. Odu ki, yığma “Tofiq Bəhramov”un yaşıl sahəsində əlindən gələni edib, qələbə qazanmalıdı. Heç-heçə belə bizim üçün sərfəli nəticə sayılmır. Ancaq “qələbə qazanmalıyıq” deməklə iş bitmir. Bu rəqiblə son duel hər kəsin yadındadı. Qrupda məğlub olmadan və qol buraxmadan irəliləyən Robert Prosineçkinin yetirmələri Belfastda ağır məğlubiyyətə düçar oldu. Şimali İrlandiya standart zərbələrdən sonra vurduğu 4 cavabsız qolla yığmanın seriyalarını alt-üst etdi. Elə bu üzdən də həmin oyunun nəticəsinə əsaslanan rəqib komandanın üzvləri Bakıya səfər ərəfəsində tez-tez qələbədən dəm vurur, inamlı açıqlamalarla gündəmə gəlirlər. Ancaq xorvat çalışdırıcının sərəncamında olan milli üzvləri də bədbin deyillər. Avstriya toplanışını dəyərləndirən baş məşqçi yetirmələrinin oyuna ciddi hazırlaşdığını, düşərgədə ab-havanın gözəl olduğunu bildirib. Onu da qeyd edib ki, Alp dağlarının ətəklərində təşkil olunan təlim-məşq toplanışında bütün komanda “yaşıllar”ı Belfasta əliboş yola salmaq üçün var qüvvəsi ilə məşq edib.
Rəqib komandanın üzvlərinin açırlamaları, yığmanın baş məşqçisinin dəyərləndirməsi öz yerində. heç şübhəsiz, bu cür ağır qarşılaşmadan öncə heç kim rəqibdən çəkindiyini, meydana uduzmaq üçün çıxacağını söyləməz. Bəs görəsən, real durum necədi? Bu gün hansı yığmanın 3 xal qazanmaq şansı daha yüksəkdi?
Bu suallara cavab tapmaq üçün bəzi mütəxəssislərin və veteranların fikirlərini öyrənməyi lazım bildik. Bu məqsədlə öncə “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Elbrus Məmmədovla əlaqə saxladıq: “Çox istərdim milli qələbə qazansın və inanıram ki, uşaqlar bunu bacaracaqlar. Turnir cədvəli baxımından bu oyunun dəyəri çox yüksəkdi. Qalib gələcəyimiz halda Rusiyaya yollanmaq şansımızı bir qədər də artıra bilərik. Bundan başqa, ortada imic məsələsi də var. Hər halda, futbolçularımız Belfatsdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmalıdılar. İralandların oyun modeli hamıya bəllidi. Birtaniya futbol məktəbinin elementlərindən yararlanmağa, əsasən standart vəziyyətlərdən istifadə etməyə çalışacaqlar ki, qrupdakı ilk oyun da bunu sübut etdi. Bu üzdən müdafiədə sıx oynayıb rəqibi torsuz qoymaq lazımdı. Məncə, Prosineçkinin komandası ilk dəqiqələrdən hücum futbolu sərgiləyib, rəqibin çox qol-qanaq açmasına imkan verməməlidi. Yığmanın heyətində texniki cəhətdən üstün oyunçuların sayı çoxdu. Bu məqamdan da yararlanıb cərimə meydançasına girsək, rəqibin ucaboy, ancaq bir qədər ləng müdafiəçiləri gec-tez səhv edəcəklər. Fikrimcə, sabah (bu gün) qələbə qazanmaq üçün yaxşı şansımız var və komandamız azarkeşləri, futbol ictimaiyyətini sevindirməyi bacaracaq”.
“Mil-Muğan”ın baş məşqçisi Aqil Məmmədov da yığmanın uğurlu nəticə qazanacağına inanır: “Robert Prosineçkinin mətbuata verdiyi açıqlamalardan belə başa düşmək olar ki, yığma bu oyuna 100 faiz hazırdı. Sevindirici haldı ki, düşərgədə zədəli futbolçu yoxdu, belə pinsipial oyuna itkisiz çıxmaq vacib şərtdi. Bu seçmə mərhələdə milli doğrudan da hamımızı sevindirəcək nəticələr qazanıb. Bunun davamı da Şimali İrlandiya ilə matçda gəlməlidi. Onu da unutmayaq ki, rəqib son Avropa çempionatının final mərhələsində iştirak etmiş, heç də pis nəticələr qazanmayan komandadı. Bəziləri deyir ki, oturuşmuş heyətə malik olmaq Şimali İrlandiyanın üstünlüyüdü. Məncə, bu heç nəyi dəyişmir. Britaniyalıların konkret oyun sistemi var. Oturuşmuş və ya yeni formalaşmış komanda olsun, həmin dəst-xətti qoruyurlar. Bu bir tərəfdən bizim xeyrimizə olan məqamdı. Yığmanın məşqçilər korpusu bilir ki, nədən ehtiyatlanmaq, nədən istifadə etmək mümkündü. Fikrimcə, Rəşad Sadıqov başda olmaqla, meydana çıxacaq bütün futbolçular 90 dəqiqənin məsuliyyətini başa düşür və bilirlər ki, Rusiyada keçiriləcək mundiala yollanmaq üçün bu qarşılaşmadan qalib ayrılmaq lazımdı. Şimali İrlandiya üzərində əldə olunacaq qələbə yığmaya qrupun o biri matçlarında da əlavə motivasiya verəcək. Bu tarixi fürsətdən yararlanmaq lazımdı”.
Yunis Hüseynov isə müdafiədə ehtiyatlı oynayacağımız halda uğur qazana biləcəyimizi vurğuladı: “Məncə, böyükdən-kiçiyə, yaşından, cəmiyyətdəki statusundan asılı olmayaraq, hamı yığmanın qələbə qazanmasını arzulayır. Ancaq arzu başqa, reallıq başqadı. Şimali İralandıiya yığması son illər çox böyük tərəqqi edib. Heyətində İngiltərə premyer-liqasında top qovan yetərincə futbolçu var. Odu ki, rəqibin güc futboluna üstünlük verəcəyi, daha çox uzun ötürmələrdən istifadə edəcəyi gözləniləndi. Standart vəziyyətlərdən maksimum yararlanmaları da onlara əlavə üstünlük verir. Futboldu, matçboyu əleyhimizə künc zərbələri də olacaq, cərimə zərbələri də təyin ediləcək. Bundan qaçmaq mümkünsüzdü. Sadəcə, müdafiəçilərimiz həmin vaxt ehtiyatlı və diqqətli olmalıdılar. Bizim üstünlüyümüz isə topla daha yaxşı rəftar etməyimizdi. Belfastdakı oyunda da müəyyən müddət meydan sahiblərini topsuz qoymağı bacardıq. Və həmin zaman kəsiyində rəqib biranlıq çaş-baş qalmışdı. Bu oyunda da qeyd etdiyimiz üstünlükdən yararlanmalıyıq. Bugünlərdə Prosineçkinin oyunla bağlı açıqlamasını oxudum. Deyib ki, rəqibə sürpriz hazırlamışıq. İndi böyük səbirsizliklə baş məşqçinin sürprizini gözləyirəm. İnanıram ki, həmin sürpriz sonda bizi məyus etməyəcək”.
Veteran futbolçu, birvaxtlar millinin “vuran ayağı” sayılan Fərrux İsmayılov nikbin fikirlər sələndirdi: “Hamı kimi mən də millinin qalib gəlməsini istəyirəm. Düzdü, çətin olacaq, ancaq uşaqlar bunun öhdəsindən gələcəklər. Fikrimcə, Şimali İrlandiyanı minimal hesabla yenəcəyik, qələbə qolunu da ya Dmitri Nazarov, ya da Ramil Şeydayev vuracaq. Ümumiyyətlə, Şeydayevi bir hücumçu kimi bəyənirəm. Bir qədər təcrübəsini də artırsa, gələcəkdə yığmaya çox fayda verəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar