11 in 19:14yigma

Çexiya U-21-ə qarşı ehtiyat heyətlə oynayıb

Çexiya U-21-ə qarşı ehtiyat heyətlə oynayıb
Vahabzadə: “Seçmə mərhələyə qədər problemləri yoluna qoymağa çalışacağıq”

21 yaşadək futbolçulardan ibarət yığmamız Avstriya toplanışı çərçivəsində Çexiya ilə iki yoldaşlıq görüşü keçirdi ki, ilk oyundakı məğlubiyyətlə müqayisədə ikincisi abırlı oldu. Hərçənd hesabda öndə olduğun və sona 7 dəqiqə qalan matçda 2 top buraxıb uduzmaq da üzücüdü. Ancaq 0:5 hara, 1:2 hara? Üç günün içində nə dəyişdi ki, milli daha inamlı göründü, qarşısında “əsdiyi” rəqibə son dəqiqələrə kimi müqavimət göstərdi, hətta zaman-zaman təşəbbüsü, topa nəzarəti də ələ ala bildi? Sualların cavabını baş məşqçi Yaşar Vahabzadədən və AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmovdan öyrənməyə çalışmışıq, bu öz yerində. Onu da vurğulamaq lazımdı ki, Çexiyanın baş məşqçisi ilk oyundan fərqli, bu dəfə ehtiyat qüvvəni meydana buraxmışdı.
İki qarşılaşmanın start heyətlərini müqayisə etsək, 7 dəyişikliyin olduğunu görmək mümkündü. Vitezslav Laviçka 5:0-ın memarlarından olan Matey, Kaşa və Stronatini, ümumiyyətlə, meydana buraxmadı, Holzer, Panak, Haşek və Çorıyı isə ikinci yarıda döyüşə atdı. Ümumiyyətlə, oyunu uduzmaq və AÇ-nin final mərhələsinə məğlub əhval-ruhiyyədə getmək istəməyən Laviçka 6 dəyişiklikdən yararlandı ki, qolları məhz meydana sonradan çıxan futbolçular – Haşeklə Şevçik vurdular.
Yaşar Vahabzadə isə ikinci oyunda daha mübariz olduqlarını qabardır: “Bu dəfə daha ağıllı oynadıq. Mahir Mədətovun ilk yarının ortalarında fərqlənməsiylə hesabda önə çıxdıq ki, belədə təzyiqin artacağı gözlənilən idi. Ancaq bu bir yandan da işimizə yaraya bilərdi. Rəqibi əks-hücumda tutmaq olardı. İkinci hissənin əvvəlində topa nəzarət edə bilirdik. 83-cü dəqiqəyə kimi hesabda öndə idik. Ancaq oyuna diqtə etmək üçün gücümüz yetmədi. Sona yaxın uşaqlarda yorğunluq hiss olunurdu. Müdafiədə səhvlər sıralanmağa başlamışdı. Bunun nəticəsində ardıcıl 3-4 dəqiqə ərzində iki top buraxıb uduzduq. İki oyun arasındakı fərq həm də heyətdəki dəyişikliklərlə bağlı idi. Start heyətində 4 dəyişiklik həyata keçirmişdik. Oyundan razı qaldım, ona görə ki, meydanda mübarizə aparırdılar. Ehtiyatlanırdım ki, 0:5-in xofu, böyükhesablı məğlubiyyətdən irəli gələn psixoloji problemlər özünü göstərə bilər. Bu yöndə apardığımız söhbətlərin xeyri oldu. Uşaqlar rəqibdən qorxmadılar, çəkinmədilər. Çexiya həm yaşda, həm də ustalıqda bizi üstələsə də, əzmkarlığın hesabına başabaş mübarizə apara bildik, intizamlı oynadıq. Bu toplanış, keçirilən iki oyun bizə çox faydalı oldu. Yeni komanda qururuq və uşaqlar gördülər ki, onları hansı səviyyədə rəqiblərlə oyunlar gözləyir. Avqustda seçmə mərhələyə start verəcəyik, o vaxta kimi “artırmalıdılar”. Məşqçilər korpusu səhvləri müəyyənləşdirdi, çatışmazlıqları gördü. Seçmə mərhələyə qədər problemləri yoluna qoymağa çalışacağıq”.
AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov millini belə təhlil etdi: “Mahirin qolundan sonra müdafiədən oynadıq, tam qapandıq. Uşaqlar ilk oyunla müqayisədə daha çox vuruşdular. Bu dəfə qələbə istəyi hiss olunurdu. İyunun 5-də baş tutan oyunda da belə olmalıydı, ancaq nələrsə düz getmədi. Bəlkə də erkən qol buraxmağımız təsir göstərmişdi. Bu dəfə tam fərqli oyun oldu. Əlbəttə, oyunu hücumda keçirməsək də, komanda düzgün, sistemli oynadı. Xüsusilə müdafiə intizamlı görünürdü. Çexlərin qol vurmaq üşün çox imkanı olmadı. Amma sona yaxın fiziki göstəricilər öz sözünü dedi. Məncə, sonluğun pis alınması bundan qaynaqlanır. Sona 7 dəqiqə qalmış hesabda öndə, qələbəyə çox yaxın idik. Ancaq 2 top buraxıb uduzduq. Rəqib 6, biz isə 1 əvəzetmə həyata keçirsək də, hesab edirəm ki, Yaşar müəllim dəyişiklikləri oyundan əvvəl, daha doğrusu, start heyətində etmişdi. Bəraət qazandırmaq mənasında demirəm, ancaq reallıq budu ki, Çexiyanın heyətində 22-23 yaşlı futbolçular çıxış edirdi. Oyunun protokoluna baxmışam, rəqibin heyəti əsasən 1994-95 təvəllüdlülərdən qurulub. Bu komanda 10 gün sonra AÇ-nin finalında Almaniyaya, İtaliyaya qarşı meydana çıxacaq. Yəni keçən tsikldə oynayan komandadı, hələ də mübarizəni davam etdirir. Bizim bu yaşdan olan futbolçularımızın əsasını təşkil etdiyi U-23 İslamiadanın qalibi oldu. O komanda isə artıq yoxdu, həmin futbolçular ancaq əsas millidə oynaya bilərlər. Bu komanda tam yenidi, 1996 və 1997 təvəllüdlülərdi. Yeni heyət üç oyuna çıxıb. Martda Türkiyə ilə oyun olmuşdu, indi də çexlərlə iki görüş baş tutdu. Əsas rəsmi qarşılaşmalardı. Ümid edirəm ki, milli üzvləri bu oyunlardan yaxşı dərs aldılar.
Çexiya haqda danışarkən onların təkcə fiziki göstəricilərini və yaş amilini qeyd etməklə kifayətlənməməliyik. Bu komanda final mərhələsinə qrup qalibi kimi yüksəlib. Bizimlə oyunlar onlar üçün daha vacib idi. Hətta komandamızın səfər və toplanış üçün xərclədiyi məbləğin yarısını özləri ödədilər ki, təki gəlin. İlk rəsmi oyunumuz avqustun sonunda İsraillə olacaq. Başqa sözlə, tsiklin startına bir şey qalmayıb. Ümid edirəm ki, Yaşar Vahabzadə U-21-in ayrı-ayrılıqda hər bir üzvü haqda geniş məlumat topladı və biz bunun xeyrini seçmə oyunlarda görə biləcəyik”.
Çexiya yığmasının baş məşqçisi Vitezslav Laviçka da son oyunla bağlı fikirlərini bildirib. Ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis inamsız qələbəni heyətdəki dəyişikliklərlə izah edib: “İlk oyunla müqayisədə bu gün tam fərqli axara şahid olduq. Heyətdə dəyişikliklər etmişdik. Rəqibin də ayın 5-dəki oyunu dərindən təhlil etdiyi hiss olunurdu. Daha hərəkətli və hazırlıqlı görünürdülər ki, belədə bizə çətin oldu. Bu il keçirdiyimiz 4 oyunun hamısında qələbə qazanmağımız müsbət məqamdı. Düzdü, final mərhələsi ərəfəsində yaxşı oyun daha vacibdi. Ancaq yetirmələrim Polşaya yaxşı ovqatda yollanmaq istəyir. Sabah (dünən) toplanışı başa vurub Çexiyaya dönəcəyik və Polşaya səfər üçün son hazırlıqlara başlayacağıq. Üç oyunçumuz əsas milliyə cəlb olunub. Şənbə günü (bu gün) Norveçlə oyunun iştirakçısı olacaqlar. Onların geri dönüb bizə qoşulmalarını gözləyirik. Bizi ayın 18-də Almaniya ilə çətin oyun gözləyir. Qrupdakı başqa rəqiblərimiz İtaliya və Danimarka da güclüdü. Amma bu hədəflərimizi dəyişmir, çempionluğa oynayacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar