09 in 23:02yigma

Britaniyalılardan yalnız Şimali İrlandiyanı yenmişik

Britaniyalılardan yalnız Şimali İrlandiyanı yenmişik
İyunun 10-dakı görüş britaniyalılarla ilk duelimiz olmayacaq. Söhbət İngiltərə, Şimali İrlandiya, Şotlandiya və Uelsdən gedir. İndiyə qədər istər yığma, istərsə də klub səviyyəsində bu ölkələrin təmsilçiləri ilə üz-üzə gəlmişik. Belə ki, 13 dəfə millilərimiz, 8 dəfə isə klublarımız qarşılaşıb. Ümumilikdə qeyd etdiyimiz 21 matçın 14-də məğlub olmuşuq, 5-də heç-heçə qeydə alınıb, yalnız 2 dəfə qələbə qazanmışıq. Britaniyalılarla duellərin siyahısı ilə tanış olun:

yığma
20.11.2002. AÇ. Azərbaycan – Uels 0:2
29.03.2003. AÇ. Uels - Azərbaycan 4:0
04.09.2004. DÇ. Azərbaycan – Uels 1:1
09.10.2004. DÇ. Azərbaycan – Şimali İrlandiya 0:0
13.10.2004. DÇ. Azərbaycan – İngiltərə 0:1
30.03.2005. DÇ. İngiltərə – Azərbaycan 2:0
03.09.2005. DÇ. Şimali İrlandiya – Azərbaycan 2:0
12.10.2005. DÇ. Uels – Azərbaycan 2:0
06.09.2008. DÇ. Uels - Azərbaycan 1:0
06.06.2009. DÇ. Azərbaycan - Uels 0:1
14.11.2012. DÇ. Şimali İrlandiya – Azərbaycan 1:1
11.10.2013. DÇ. Azərbaycan - Şimali İrlandiya 2:0
11.11.2016. DÇ. Şimali İrlandiya - Azərbaycan 4:0

klub
11.07.2001 ÇL. 1-ci təs.mər. Barri Taun (Uels) - Şəmkir 2:0
18.07.2001 ÇL. 1-ci təs.mər. Şəmkir - Barri Taun (Uels) 0:1
15.07.2010 AL. 2-ci təs.mər. Portadaun (Şimali İrlandiya) - Qarabağ 1:2
22.07.2010 AL. 2-ci təs.mər. Qarabağ - Portadaun (Şimali İrlandiya) 1:1
29.07.2015 ÇL. 3-cü təs.mər. Seltik (Şotlandiya) - Qarabağ 1:0
05.08.2015 ÇL. 3-cü təs.mər. Qarabağ - Seltik (Şotlandiya) 0:0
17.09.2015. AL. Qrup. Tottenhem (İngiltərə) - Qarabağ 1:3
26.11.2015. AL. Qrup. Qarabağ - Tottenhem (İngiltərə) 0 :1
Göründüyü kimi, yığma səviyyəsində yeganə qələbəni elə məhz Şimali İrlandiya üzərində qazanmışıq. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə bu rəqiblə qollu heç-heçəyə (1:1) razılaşan yığma evdəki dueldə inamlı qələbə qazandı – 2:0. Millinin heyətində Belfastda Rauf Əliyev, Bakıdakı görüşdə isə Rüfət Dadaşovla Mahir Şükürov fərqlənmişdi. Maraqlıdı ki, adı çəkilənlərdən heç biri hzırda yığmanın düşərgəsində deyil. Əslində lk dueldə də bu rəqibi məğlub etməyə yaxın idik. Şimali İrlandiya yalnız 90+6-cı dəqiqədə yenilgidən qaça bilmişdi.
Klub duellərində də cəmi bir dəfə Britaniya təmsilçisini yolumuzdan kənarlaşdıra bilmişik. Qalan hallarda adalılar bizimkilərə şans vermyib. 2010/11 mövsümündə Avroliqanın 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi elə Şimali İrlandiya təmsilçisi “Portadaun” olmuşdu. İlk oyunu səfərdə keçirən “köhlən atlar” 2:1 hesabı ilə qalib gəlmişdi. Özü də Qurban Qurbanovun yetirmələri əzmkar qələbəyə sevinmişdi. Belə ki, 29-cu dəqiqədə hesabda geri düşən ağdamlılar 67-ci dəqiqədə “status-kvo”nu bərpa etdi. “Qarabağ”ın heyətində Əfran İsmayılov fərqləndi. Maraqlıdı ki, 86-cı dəqiqədə yenə də Əfran şimali irlandları cəzalandırdı və “köhlən atlar”a önəmli səfər qələbəsi, mərhələ adlamaq baxımından yaxşı imkan yaratdı. “Tofiq Bəhramov”da keçirilən cavab matçında da “atəşkəsi pozan” “Portadaun” oldu. Oyunun 71-ci dəqiqəsində hesabda geri düşən “Qarabağ” 83-cü dəqiqədə yenə də Əfranla tarazlığı bərpa etdi. Nəticədə Ağdam təmsilçisi növbəti mərhələyə adladı. Şimali İrlandiya klubunun qəniminə çevrilən İsmayılov hazırda yığmanın düşərgəsindədi və onun sabahkı matçda start heyətində olacağı gözlənilir. Maraqlı fakt isə britaniyalılar üzərində qazanılan iki qələbənin məhz Şimali İrlandiya ilə bağlı olmasıdı. Həm yığma, həm də klub mübarizəsində bu ölkəni məğlub edə bilmişik. Davamı sabahkı görüşdə gəlsin.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar