08 in 15:29yigma

Nazarov şənbə günü oynaya biləcək

Nazarov şənbə günü oynaya biləcək
Yığma seçmə mərhələyə yeni formalarla davam edəcək

Yığmanın Şimali İrlandiya ilə oyununa cəmi 2 gün qaldı. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionu milli tarixinin ən önəmli matçlarından birinə qucaq açacaq. Azərbaycanlı futbolsevərlərin diqqəti artıq tam həmin qarşılaşmaya yönəlib. Əksəriyyət səbirsizliklə şənbə gününü gözləyir. Həmin oyunda yığmanın mümkün qələbəsinin hansı əhəmiyyət daşıdığını hər kəs yaxşı bilir. Qazanılacaq 3 xal Şimali İrlandiyanı haqlamaq, DÇ-nin pley-offu ilə bağlı xəyalları yenidən alovlandırmaq, əsas komandanı azarkeşlərə bir daha və yenidən sevdirmək deməkdi. Bir sözlə, yığmanı Şimali İrlandiya ilə taleyüklü qarşılaşma gözləyir. İstər komanda, istərsə də azarkeşlər olsun - hər kəs bu oyuna köklənib.

Azarkeşlər ayın 9-nu gözləməlidi
Şimali İrlandiya ilə görüşdə tribunların dolacağına şübhə etməyə dəyməz. Çünki matça maraq yetərincə böyükdü. Bu üzdən azarkeşlər “Tofiq Bəhramov”un tribunalarını dolduracaq. Ancaq bir məsələ də var ki, futbolsevərlər yığmanı həmin oyundan öncə də görməyə can atır. Görəsən, bu mümkündü? Qeyd edək ki, yığma Avstriyadan ötən şənbə geri döndü. Birgünlük istirahətdən sonra hazırlığın son mərhələsinə start verildi. Məqşlər isə Avstriyaya yollanmamış olduğu kimi “Dalğa Arena”da keçirilir. Maraqlıdı, azarkeşlərin bugünlərdə həmin stadiona yollanıb komandanın məşqini izləmək, sevimlilərini dəstəkləmək imkanı var? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departameninin rəhbəri Mikayıl Nərimanoğlu sualmızı belə cavabladı: “Xeyr, azarkeşlər yığmanın məşqinə buraxılmır. Komandanın iyunun 9-da açıq məşqi olacaq. Onda izləyə bilərlər. Bu standart formadı”.

Eddi komandaya, Dmitri məşqlərə qoşuldu
Yığma mayın 15-dən toplanışa başlasa da, legionerlər komandaya sonradan qoşuldu. Bu da milli üzvlərinin çıxış etdiyi çempionatların davam etməsi ilə bağlı idi. Yalnız Eddi İsrafilov düşərgədə deyildi. Onun çərşənbə axşamı milliyə qoşulacağı gözlənilirdi. AFFA-dan belə informasiya almışdıq. Dünən yığmanın baş inzibatçısı İslam Abbasovdan yarımmüdafiəçinin gəlib-gəlmədiyini soruşduq. Məlum dolu ki, artıq “Kadis”in üzvü də Robert Prosineçkinin sərəncamındadı. Yeri gəlmişkən, daha bir futbolçunun durumuna aydınlıq gəlib. Söhbət Avstriyada təlim-məşq toplanışında zədələnən Dmitri Nazarovdan gedir. “Ertsgebirge”nin üzvü MRT müayinəsindən keçib və zədəsininin o qədər də ciddi olmadığı üzə çıxıb. Təbii, bu sevindirici haldı. Millinin əsas futbolçularından birinin belə önəmli matçda iştirak edə bilməməsi əleyhimizə, rəqibin isə xeyrinə işləyəcəkdi. İslam bəydən aldığımız bilgiyə görə, Nazarov məşqlərə qoşulub. Bu isə o deməkdi ki, Şimali İrlandiyaya qarşı oynaya biləcək.

Bombardir də zədələndi
Daha öncə Şimali İrlandiyanın Bakıya ciddi itkilərlə gələcəyini xəbər vermişdik. Rəqib baş məşqçi açıqlamalarında bir neçə dəfə heyətlə bağlı qayğılarını dilə gətirib. Xatırladaq ki, Ceymi Uord, Uill Qriqq, Kreyq Ketkart zədə üzündən komandasına kömək edə bilməyəcək. Konor Vaşinqton isə ailə vəziyyətinə görə iyunun 10-dakı qarşılaşmanı buraxacaq. Bundan başqa, O`Nili Kayl Lafferti və Qaret Makaulinin hazırki durumu narahat edir. “Tofiq Bəhgramov”da yığmanın qonağı olacaq Şimali İrlandiyanın daha bir futbolçusu zədələnib. Hücumçu Liam Boys bir neçə gün öncə xəsarət alıb. Ötən mövsüm Şotlandiya çempionatının bombardiri olan Boys iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşündə zədələnib. Komandasının qələbə qolunun müəllifi olan forvardın durumu qeyri-müəyyəndi. İlkin müayinədən sonra həkimlər Boysun zədəsinin o qədər də ciddi olmadığını və millimizlə matça yetişə biləcəyini söyləyiblər. Bununla belə, onun iyunun 10-dakı görüşdə forma geyib-geyməyəcəyi sual altındadı.

Şimali İrlandiya ilə oyuna yeni formalarda
Bir neçə ildi “Umbro” şirkəti ilə əməkdaşlıq edən AFFA yığma üçün AÇ-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğundan, DÇ-2018-in geridə qalan oyunlarında da “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə “Nike” arasında razılıq əldə olunub. Beləliklə, yığma Şimali İrlandiyaya qarşı keçirəcəyi oyundan etibarən tsiklin sonuna qədər meydana “Nike” istehsalı olan formada çıxacaq. Formanın dizaynı bu gün AFFA-nın saytında və rəsmi “facebook” səhifəsində təqdim ediləcək. Bu haqda Mikayıl Nərimanoğlunun fikirlərini dinləyək: “Nike” şirkətinin şərtləri daha əlverişli idi. İndiki halda qərar əsas komanda ilə bağlıdı. Gələcəkdə başqa millilərə də aid olacaq. Hər halda, şərtləri qanedicidi”.

Paraqvay yığmamızla oyun üçün 30 min istəyib?
Məlum olduğu kimi, yığma Avstriyada 2 yoldaşlıq oyununda qüvvəsini sınamaq istəyirdi. Lakin sonradan bu plan baş tutmadı. Təbii, belə bir durumun yaranması millinin xeyrinə olan məqam deyil. Hər kəsə bəllidi ki, sınaq matçı hazırlıq prosesinin əsas nöqtəsidi. Yoxlama oyunlarının baş tutmaması əslində Avstriya hazırlıqlarını da müəyyən mənada önəmsiz etdi. Çünki toplanış üçün bu ölkəni seçməkdə əsas məqsəd elə yoldaşlıq matçları keçirmək idi. Uyğun rəqib tapa bilməyən milli yalnız ikitərəfli oyunla kifayətlənməli oldu. Sən demə, Prosineçkinin komandasının Paraqvayla üz-üzə gəlmək variantı var imiş. Avstriyada klubların, eləcə də yığmaların yoldaşlıq oyunlarını təşkil edən Coşkun Yılmaz futbolinfo.az saytına açıqlamasında maraqlı fakta toxunub: “Paraqvay Azərbaycan millisi ilə oynamaq istəyirdi, mən icazə vermədim. Onlar 30 min avro istəyirdi, razı olmadım. Onlarla oyun üçün bu qədər pul xərcləməyə dəyməzdi. Camaat “pul” deyib yanır, millətin pulunu hər yoldan keçənə vermək olmaz”. Məsələylə bağlı Mikayıl Nərimanoğlunun fikirlərini öyrəndik: “O adamı tanımıram. Ancaq deyə bilərəm ki, bizim oynamaq istədiyimiz namizədlər arasında Paraqvay da olub. Lakin imtina ediblər. Arada pul söhbəti olmayıb. Niyə razılaşmadıqlarını artıq Paraqvay tərəfindən öyrənə bilərsiz”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar