08 in 15:27yigma

Şimali İrlandiya ilə oyun ispan hakimə tapşırıldı

Şimali İrlandiya ilə oyun ispan hakimə tapşırıldı
Fernandes qonaqlara münasibətdə sərt davransa da...

Yığmanın Şimali İrlandiya ilə oyununun hakimləri artıq bəllidi. UEFA iyunun 10-da baş tutacaq qarşılaşmanı İspaniyadan olan referilərə tapşırıb. Görüşü Xavyer Fernandes idarə edəcək. Onun köməkçiləri Migel Martines və Teodoro Sobrino olacaq, dördüncü hakim funksiyasını Alexandro Ernandes yerinə yetirəcək. “Tofiq Bəhramov”da reallaşacaq qarşılaşmanın əhəmiyyətini nəzərə alıb, ispan referini daha yaxından tanımaq yerinə düşər.
Qeyd edək ki, 41 yaşlı Fernandes 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır. Ölkəsinin elitasında isə 2009-cu ildə görübüb. FİFA referisi bizə müəyyən mənada tanışdı. Belə ki, o, hakimlik karyerası ərzində ikinci dəfə ölkəmizə səfər edəcək. Fernandes ilk dəfə 2015-in sentyabrında Bakının qonağı olub və “Qəbələ”nin Avroliqanın qrup mərhələsində PAOK-la ev qarşılaşmasında fit çalıb. Qolsuz heç-heçə ilə bitən görüşdə referi hər iki komandanın iki oyunçusunu sarı vərəqəylə cəzalandırıb. “Qırmızı-qaralar”dan Dodo və Aleksey Antonov Fernandesdən rəsmi xəbərdarlıq alıb. O, Avropada həm aşağı yaş qruplarının, həm də əsas yığmaların oyunlarını idarə edib. 2014/15 mövsümündən etibarən müntəzəm Avroliqanın qrup matçlarına təyinat alır. İspaniyalı ötən mövsüm qitənin ikinci dərəcəli klub turnirinin 1/16 finalının PAOK – “Şalke-04” (0:3) qarşılaşmasında da ədaləti qoruyub. Ancaq Çempionlar Liqasında 3-cü təsnifat mərhələsindən irəli gedə bilməyib. Fernandes bu il cəmi bir beynəlxalq oyun idarə edib ki, həmin qarşılaşma elə PAOK – “Şalke-04” görüşüdü. Ümumilikdə isə 34 beynəlxalq matça təyinat alıb. Bu oyunlarda 136 sarı, 6 qırmızı vərəqəyə əl atıb, 10 dəfə penalti təyin edib. İspan referi 10 penaltidən 8-ni meydan sahiblərinin lehinə veribsə, cəmi 2 dəfə evdə oynayan komandanı azlıqda qoyub. Bu mənada Fernandesin qonaqlara münasibətdə sərt davrandığını söyləmək olar. Ancaq onun ayağının meydan sahiblərinə düşərli olduğunu demək çətindi. Çünki idarə etdiyi qarşılaşmaların 11-də qonaqlar, 10-da meydan sahibləri qələbə qazanıb. 34 oyundan 13-də isə qalib müəyyənləşməyib.
Yeri gəlmişkən, Fernandesin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bir oyuna təyinat aldığını da vurğulayaq. Belə ki, UEFA ötən il oktyabrın 10-da keçirilən Bosniya və Hersoqovina – Cənubi Kipr görüşünü ona tapşırıb. Həmin matçda yunanlar 2 cavabsız qolla məğlub olub. İspan referi hər iki komandanı 2 dəfə “sarı” ilə “mükafatlandırıb”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar