07 in 19:09yigma

0:4-dən yada düşən xatirələr…

0:4-dən yada düşən xatirələr…
Prosineçki həmin səhvləri təkrarlamamalıdı!

Millinin taleyüklü matçına cəmi 4 gün qalır. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiyanı qəbul edəcək. Yığma üçün beynəlxalq arenalarda çıxış etdiyi 25 ildə hansısa oyunun yekun nəticəsi bu dərəcədə önəmli olmayıb. DÇ-2018-in seçmə mərhələsində C qrupunda yer alan təmsilçimiz 5 oyundan sonar topladığı 7 xalla 3-cü pillədə qərarlaşıb ki, bizdən iki pillə öndə olan britaniyalıların hesabında 10 xal var. Yəni yığma şənbə günü rəqibini məğlub edəcəyi halda xallar bərabərləşəcək. Bu da payızda baş tutacaq 4 qarşılaşmadan öncə işimizə yaraya bilər. Həm psixoloji cəhətdən, həm də turnir cədvəlindəki mövqe baxımından. Bir sözlə, seçmə mərhələni 2-ci yerdə başa vurub Rusiyada təşkil olunacaq mundialda iştirak etməyi arzulayan futbolçular irlandları nəyin bahasına olur-olsun, məğlub etməlidi. Əks halda, hədəf arzu olaraq qalacaq.

Hər hissədə 2 qol
Bunun öhdəsindən gəlmək isə yazdığımız qədər asan deyil. Təkcə bir faktı – Şimali İrlandiyanın ötən yay AÇ-2016-nın final mərhələsində iştirak etdiyini xatırlatmaq rəqibin hansı gücə sahib olmasından xəbər verir. Maykl O‘Nilin yetirmələrinin nəyə qadir olduğunu noyabrın 11-də, yığma “Vindzor Park”da Şimali İrlandiyanın qonağı olanda gördük. Buna qədər qrupda keçirdiyi 4 oyunun heç birində məğlub olmayan təmsilçimiz Belfasta böyük ümidlə yollanmışdı. Ən pis halda heç-heçə gözləyirdik ki, meydan sahibləri hələ ilk 45 dəqiqədə reallığın nə olduğunu azərbaycanlı futbolsevərlərə göstərdi. Hər hissəyə təsadüf edən 2 qol yekunda britaniyalıların 4:0-lıq qələbəsini şərtləndirdi. 7 ay əvvəlki qarşılaşmanı göz önünə gətirib vacib məqamları diqqətə çatdıracağıq.

Rəşad Sadıqovun yoxluğu
Səs-küyə səbəb olan yığmanın uduzması yox, qapısında 4 cavabsız top görməsiydi. Yəni kiçik hesabla məğlub olsaydılar belə, heç kim futbolçuları və məşqçilər heyətini qınamayacaqdı. Amma təkqapı oynayan rəqibin meydanda istədiyini etməsi və rahat qollara imza atması ictimaiyyətdə qıcıq yaratmışdı. Bu da təsadüfi deyil. Millinin, həm də müdafiənin dayağı sayılan Rəşad Sadıqovun zədə üzündən oynaya bilməməsi Prosineçkinin işini çətinə salmışdı. Kapitanın yoxluğunda təkcə müdafiənin mərkəzi laxlamamışdı. Sadıqovun boşluğunu doldurmalı olan Maksim Medvedevin mərkəzə çəkilməsi faktiki sağ cinahı da pis vəziyyətdə qoymuşdu. Arif Daşdəmirov fiziki cəhətdən hazırlıqlı və sürətli britaniyalıların qarşısında tab gətirə bilmirdi. Elə əks cinahda qərarlaşan başqa bir “milliləşdirilmiş” Məhəmməd Mirzəbəyov da eyni durumdaydı. Qısası, Rəşadın yoxluğu baha başa gəlmişdi.

Nazarovla Ramazanov ehtiyatda qalmışdı
Başqa bir təəccüb doğuran məqam Prosineçkinin start “11-liy”i idi. Hələ matçdan bir gün əvvəl heyəti açıqlayan xorvat mütəxəssis ciddi qınağa tuş gəlmişdi. Uşaqdan böyüyə hər kəs narazılıq edir, rotasiyanın fayda verməyəcəyini iddia edirdi. Müdafiə xəttindəkilərin seçimi öz yerində. Söhbət yığmanın aparıcı fiqurlarından sayılan Dmitri Nazarovun ehtiyatda qalmasından, “Boavişta”da oynamaq imkanı qazanmayan Emin Mahmudovun ilk dəqiqələrdən meydana ayaq basmasından gedirdi. Halbuki bu oyunda top saxlamağı, vacib anda həlledici zərbə vurmağı bacaran, rəqibi qayda pozmağa məcbur edən Nazarov meydanda olmalıydı. Noyabrda “İnter”in heyətində özünü yaxşı tərəfdən göstərən, Norveçlə Bakıdakı qarşılaşmada meydanda can qoyan Ağabala Ramazanovun əvəzində meydana ayaq sürüyən Əfran İsmayılovun çıxması da böyük narazılıq doğurmuşdu. Bir sözlə, 0:4-ün qeydə alınmasının əsas səbəbkarı Prosineçki idi.

“Duran toplar” yığmanın “evini yıxmışdı”
Oyunun axarı, matçda yaşanan təhlükəli vəziyyətlər – bunlar çoxdan unudulub. Tarixdə qalan nəticə və vurulan qollardı. Çünki hesabı yada salanda, vurulan qollar da göz önünə gəlir. Meydan sahibləri 18 min azarkeşin gözü qarşısında, loru dildə desək, basketbol oynamışdı. Rəqibin 4 qoldan üçünə standart vəziyyətdən imza atması əvvəldən düşünülən planın tərkib hissəsiydi. 27-ci dəqiqədə autdan cərimə meydançasına havalandırılan topu Ruslan Qurbanovla mübarizədən qalib ayrılan Conni Evans başla arxaya atmış, Bədavi Hüseynovla Maksim Medvedevin yanında olan Kayl Lafferti “mərmi”ni bir toxunuşla qapıdan keçirmişdi. 40-cı dəqiqədə “duran top”dan sonra britaniyalılar növbəti qolu özlərinə xas üslubda vurmuşdular. Kris Brantın cərimə meydançasının sol küncündən qapı qarşısına havalandırdığı topu Qaret Makoli Əfranla Ruslanın diqqətindən yayınıb başla qapıdan keçirmişdi. Fasilədən sonra təşəbbüsü ələ alan, lakin qol vurmaq tapşırığının öhdəsindən gələ bilməyən yığmamız 66-cı dəqiqədə 3-cü dəfə mərkəzə dəvət olunmuşdu. Oliver Norvudun künc zərbəsindən göndərdiyi topu Konor Maklaflin bəstəboy Rahid Əmirquliyevdən hündürə tullanıb başla yaxın “9-luğ”a sancmışdı. Prosineçkinin Dəniz Yılmaz, Ağabala Ramazanov, Dmitri Nazarov kimi aparıcı futbolçuları meydana buraxmasından sonra təsəlli qolunu vuracağımızı düşünmüşdük ki, meydan sahibləri matçın sonlarına yaxın daha bir qol vurmağa nail olmuşdu. Oyunun ən yaxşılarından olan Brantın 83-cü dəqiqədə adi vəziyyətlərin birində sol cinahdan qapı qarşısına etdiyi zərbəyəbənzər ötürməyə Stiven Deyvislə Maksim Medvedevdən heç biri toxuna bilməyincə, top Kamranın nəzərləri altında tora qovuşmuşdu.

Qələbəyə ümid var
Göründüyü kimi, rəqib istəyinə məhz standart vəziyyətlər hesabına çatmışdı. Laffertinin sinəsindən olan Ariflə Məhəmmədin heç nə edə bilməyəcəyi gözlənilən idi. Elə müdafiənin mərkəzində yer alan Maksimdən də ciddi heç nə gözlənilmirdi. Üstəlik, ilk yarıda başı partlamış, oyunu sarğıda davam etdirmişdi. Orta sahədə yer alanların işinin öhdəsindən gələ bilməməsi isə müdafiəçilərin yükünü bir az da artırmışdı. 0:4-də rəqibin “ikinci mərtəbə”də fəal olması hər nə qədər vacib rol oynamışdısa, Rəşadla Nazarovun start heyətində yer almaması, şiddətli yağışın durmadan yağması da bir o qədər sözünü demişdi. Ümid edək ki, iyunun 10-da nə yağış olacaq, nə də itkilərimiz. Rəşad da hazırdı, Nazarov da, Bədavi də, Ramil Şeydayev də. Üstəlik, Riçard Almeyda kimi vacib fiqur da “11-lik”də yer ala bilər. Bu isə o deməkdi ki, 0:4-ü yada salıb rəqibin adından çəkinməyə dəyməz. Milli doğma azarkeşlərin qarşısında, britaniyalıların sevmədiyi isti hava şəraitində oynayacaq. Heyətdə itki yoxdu, motivasiya isə ən yüksək həddədi. Bircə qalır meydanda can qoymaq. Hə, bir də rəqibin qapı önünə asma etməsinə imkan verməmək. Standart vəziyyətlərin qarşısını ala bilsələr, yekunda 3 xal Azərbaycanın olacaq. Eynilə 4 il əvvəl “Bakcell Arena”da olduğu kimi…
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar