04 in 20:11yigma

Eddi İsrafilov yığmaya Bakıda qoşulacaq

Eddi İsrafilov yığmaya Bakıda qoşulacaq
Yığmanın Avstriyadakı təlim-məşq toplanışı bu gün başa çatır. Robert Prosineçkinin yetirmələri sabah vətənə dönəcək. Xatırladaq ki, əsas komanda mayın 15-də bir araya gəlib, ayın 20-dək Bakıda hazırlıq keçəndən sonra Avstriyaya üz tutdu. Əvvəlcədən belə bir plan vardı ki, yığma adıçəkilən ölkədə yoldaşlıq oyunlarında qüvvəsini sınasın. Lakin sonradan plan dəyişdi və uyğun rəqib tapılmadığı üçün yoxlama matçı keçirilmədi. Əslində bu məqamın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində reallaşacaq Şimali İrlandiya ilə oyuna hazırlığa müəyyən mənada təsir edəcəyi birmənalıdı. Hər nə qədər komanda bir yerdə hazırlıq keçsə də, yoldaşlıq oyunu tam başqa bir sınaqdı. Bir sözlə, Prosineçkinin yetirmələri vətənə yoxlama matçı keçirmədən dönür.
Bakıya qayıdandan sonra yığma artıq hazırlığın son mərhələsinə start verəcək. İndiyə kimi dəvət alan futbolçulardan yalnız biri düşərgəyə təşrif buyurmayıb. Söhbət Eddi İsrafilovdan gedir. Məlum olduğu kimi, İsrafilovun şərəfini qoruduğu “Kadis” hazırda İspaniya elitasına yüksəlmək uğrunda mübarizə aparır. Millinin baş inzibatçısı İslam Abbasovdan aldığımız bilgiyə görə, İsrafilov komandaya Bakıda qoşulacaq.
İyunun 10-da “Tofiq Bəhramov”da yığmanın qonağı olacaq Şimali İrlandiya bu gün Yeni Zelandiya ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Daha sonra Türkiyəyə üz tutacaq rəqib qardaş ölkədə 4 gün toplanış keçəcək. Ardınca Maykl O`Nilin yetirmələri Bakıya təşrif buyuracaq. Yeri gəlmişkən, O`Nil Yeni Zelandiya ilə yoxlama matçı haqda danışıb. Şimali İrlandiyanın baş məşqçisi yığmamızla oyundan öncə belə bir sınaq görüşünün vacibliyini qeyd edib: “Yeni Zelandiya ilə qarşılaşmanı ona görə iyunun 2-nə saldıq ki, həm Azərbaycanla seçmə mərhələ matçına çox yaxın olmasın, həm də Çempionlar Liqasının finalı ilə eyni günə təsadüf etməsin. Bu oyun Azərbaycanla qarşılaşmaya hazırlıq xarakteri daşıyır. Əlbəttə ki, heç kim məğlub olmaq istəmir. Düzdü, komanda görüş ərəfəsində əsasən fitnesdə hazırlığa üstünlük verib. Ancaq unutmayaq ki, uşaqlarin bir neçəsi axırıncı dəfə aprelin sonlarında meydana çıxıb. Biz onların Azərbaycanla görüşə daha hazırlıqlı olmalarını gözləyirik. Qrupdakı əsas rəqiblərimizdən biri ilə vacib mat ərəfəsində Yeni Zelandiya ilə yox, onların oyun üslubuna daha yaxın olan Makedoniya və ya başqa yığma ilə də görüşə bilərdik. Ancaq Yeni Zelandiya ilə üz-üzə gələcəyimiz üçün də məmnunam. Çünki onlar Konfederasiyalar Kubokuna hazırlaşırlar. Bu üzdən bizimlə görüş Yeni Zelandiya üçün böyük önəm kəsb edir”.
Şimali İrlandiyanın Bakıya gələcək heyətində yer alan Şey Makkartan yerli mətbuata açıqlamasında yığmaya çağırılmasından bəhs edib. Qeyd edək ki, “Akkrinqton Stenli”nin (İngiltərə) 23 yaşlı hücumçusu ilk dəfə milliyə dəvət alıb. O, bunları deyib: “Dostlarımla birlikdə tətilə yollanmalı idim. Həmin ərəfədə agentim zəng edib, yığmaya çağırıldığımı dedi. Agentim zəng edəndə elə bildim ki, birbaşa Yeni Zelandiya və Azərbaycanla oyunlara dəvət almışam. Dərhal atama xəbər etdim. Ancaq sonra başa düşdüm ki, məni həmin görüşlərə yox, sadəcə, məşq prosesinə dəvət ediblər. Yaxşı ki, çox adama deməmişdim. Lakin məşqdə özümü yaxşı tərəfdən göstərdikdən sonra O`Nil məni kənara çəkdi. O, yaxşı çalışdığımı deməklə yanaşı, məni bəyəndiyini və qarşıdakı oyunlara hazırlaşacaq heyətdə yer alacağımı bildirdi. Qarşıdakı matçlarda millinin formasını geyinməkdən qürur duyaram. Bu, karyeramın ən yaxşı anı olar. Yığmanın heyətində meydana çıxmaq hər futbolçu üçün yüksək səviyyə deməkdi. Baş məşqçinin Yeni Zelandiya və Azərbaycanla görüşlərdə mənə şans verib-verməyəcəyini səbirsizliklə gözləyirəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar