02 in 14:16yigma

O`Nil: “Onların yoxluğuna çox üzülürəm”

O`Nil: “Onların yoxluğuna çox üzülürəm”
Ötən sayımızda Şimali İrlandiya yığmasının Bakıya gələcək heyətini nəzərinizə çatdırmışdıq. Baş məşqçi Mayk O`Nilin siyahısında 25 nəfərin adı var. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da yığmanın qonağı olacaq rəqib Bakıya ciddi itkilərlə gələcək. Belə ki, Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən milliyə çağırılmayıblar. O`Nil yerli mətbuata açıqlamasında bu məqama toxunub: “Zədəli futbolçuların çoxluğu məni narahat edir. Xüsusən də Konor və Ceymi seçmə mərhələnin Norveçlə son matçını yüksək səviyyədə keçirmişdi. Azərbaycanla vacib qarşılaşma ərəfəsində onların yoxluğuna çox üzülürəm”.
Bununla belə, mütəxəssis hücum xəttindəki rəqabətdən razıdı. O, millimizlə qarşılaşmada start heyətində şans verəcəyi forvardları da müəyyənləşdirib. Baş məşqçi iyunun 10-da baş tutacaq görüşdə Liam Boys - Coş Magennis tandeminə üstünlük verəcəyini vurğulayıb: “Kayl Lafferti formada deyil. Ona klubunda müntəzəm oynamaq lazımdı. Bunu özünə də demişəm. Karyeranda irəliləyişə nail olduqca maliyyə imkanların da artır. Lafferti “Norviç”in heyətində premyer-liqada iştirak edib. Növbəti klub seçimi zamanı da pulu yox, daha çox oynamaq imkanını dəyərləndirməlidi. Kayl hələ də fiziki cəhətdən çox yaxşı vəziyyətdədi və daha 4-5 il yüksək səviyyədə çıxış edə bilər. Son üç ildi heç cür sabit futbol oynaya bilmir. Bu cür ssenari davam edəcəyi təqdirdə həm özünə, həm də yığmaya ziyan dəyəcək. Kayl özü də bu durumdan məmnun deyil. “Palermo”da işləri yolunda gedirdi və yenidən həmin ab-havanı yaxalamalıdı. Verəcəyi qərar karyerasının bundan sonrakı dönəmi üçün böyük önəm daşıyır. Bu üzdən qol axtarışında Boysla Magennisə güvənmək olar. Xüsusən də Boys əla formadadı. Magennisin təsir gücünü isə Azərbaycanla Belfastdakı matçda gördük. Bir neçə yüngül zədə alsa da, uğurlu mövsüm keçirdi. Coş mövsüm ərzində 10 qol vura bilər. Ancaq bizə əlavə güc qatacağına inanıram. Onun klubundakı durumundan məmnunam. Mərkəzdə və cinahlarda oynamaq bacarığı onu həmişə önəmli simaya çevirir. Digər hücumçumuz Şey Makkartan gənc və təcrübəsizdi. Amma ehtiyac olarsa, ona da şans verəcəm. Azərbaycanla matçda rəqibi məyus edəcək, qələbə qollarını vuracaq gücdə hücumçulara sahibik”.
Şimali İrlandiyanın baş məşqçisi digər futbolçuların durumuna da toxunub: “Qaret Makaulinin hazırki durumundan narahatıq. Ancaq inanıram ki, Azərbaycanla oyuna qədər tam sağalacaq və komandaya kömək edə biləcək. O, Yeni Zelandiya ilə görüşü buraxacaq. Daha bir həftə klubunda qalmasını qərara aldıq. Çünki orda müalicəsi sürətlə gedər. Kreyq Katkart da analoji problemlə üzləşib. O, bərpa dövrünü klubunda keçir. Kreyqin də Azərbaycanla görüşə qədər sağalacağına ümid edirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar