31 may 13:17yigma

Şeydayevlə Paşayev də yığmaya qoşuldu

Şeydayevlə Paşayev də yığmaya qoşuldu
Şimali İrlandiyanın heyətində ciddi itki

Yığma hazırda Avstriyada təlim-məşq toplanışını davam etdirir. Ötən sayımızda yalnız üç legionerin Robert Prosineçkinin sərəncamında olmadığını xəbər vermişdik. Artıq “Jilina” ilə Slovakiya çempionu olan Ramil Şeydayev də düşərgəyə təşrif buyurub. Bundan başqa, Pavel Paşayev də komandaya qoşulub. Onun şərəfini qoruduğu “Stal”ın hələ Ukrayna çempionatında bir oyunu qalsa da, müdafiəçi klubundan ayrılıb. Əslində “Stal” üçün həmin qarşılaşmanın əhəmiyyəti o qədər də böyük deyil, çünki komandanın elitada yerini itirmək təhlükəsi yoxdu. Qalır Eddi İsrafilov. Hələ Bakıda start götürən toplanışın ikinci günündən düşərgədə olan Riçard Almeydanın taleyi ilə bağlı da yenilik yoxdu. FİFA səbirsizliklə gözlədiyimiz məsələ ilə bağlı son sözünü deməyib.
Bu arada DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da yığmamızın qonağı olacaq Şimali İrlandiyanın hazırlıq planına tam aydınlıq gəlib. Rəqib oyuna Türkiyədə hazırlaşacaq. Maykl O`Nilin yetirmələri əvvəlcə öz meydanında yoldaşlıq görüşü keçirəcək. Yeni Zelandiya yığması ilə matç iyunun 2-nə planlaşdırılıb. Bundan sonra isə şimali irlandiyalılar Türkiyəyə yola düşəcək. Millinin rəqibi 4 gün qardaş ölkədə qalacaq. Daha sonra O`Nilin komandası Bakıya gələcək.
Yeri gəlmişkən, Şimali İrlandiyanın heyətində ciddi itki var. Rəqibin aparıcı üzvlərindən olan Ceymi Uord sıradan çıxıb. O, “Nottingem Forest”in heyətində zədələnib. Tibbi müayinədən keçən hücumçunun zədəsinin ciddi olduğu və bu səbəbdən iyunun 10-da baş tutacaq oyunu buraxacağı bəlli olub. Azərbaycan – Şimali İrlandiya matçının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20.00-da başayacağını bir daha vurğulayaq.
O`Nilin yetirmələri Bakıdakı matçla bağlı yerli mətbuata açıqlama verməkdən yorulmurlar. Onlar bu oyuna olduqca ciddi yanaşdıqlarını dilə gətirirlər. Ötən saylarımızda Kayl Laffertinin açıqlamasına yer vermişdik. İndi isə Qaret Makaulinin dedikləri ilə tanış olun: “Azərbaycanla qarşılaşma bizim üçün çox önəmli oyundu. Bu matç yetərincə çətin olacaq. Mən, eləcə də komanda yoldaşlarımın əksəriyyəti çox yorucu mövsüm keçirmişik. Ancaq ümid edirəm ki, həmin yorğunluğu aradan qaldırıb, özümüzü ən yaxşı tərəfdən göstərəcəyik. Buna inanırıq. Növbəti 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu bizim qrupdakı vəziyyətimizi daha da yaxşılaşdırmağa imkan verəcək”.
Dünən Şimali İrlandiyanın yekun heyəti açıqlanıb. Maykl O`Nilin 25 nəfərlik siyahısında adı olan Şey Makkartan ilk dəfə, Adam Li Tompson isə 6 ildən sonra yığmaya çağırılıb. Əvəzində Ceymi Uord zədə, Konor Vaşinqton ailə məsələsinə görə qarşıdakı görüşü buraxmalı olacaq: qapıçılar - Maykl Makqovern ("Norviç", İngiltərə), Alan Mannus ("Sent Conston", Şotlandiya), Roy Kerroll (Linfild); müdafiəçilər - Qaret Makauli, Conni Evans, Kris Brant ("Vest Bromviç", İngiltərə), Aaron Hyuz ("Harts", Şotlandiya), Kreyq Katkart ("Uotford", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan Maklaflin ("Oldhem", İngiltərə), Adam Li Tompson ("Sautend Yunayted", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə), Tom Flanaqan ("Berton Albion", İngiltərə); yarımmüdafiəçilər - Stiven Devis ("Sauthempton", İngiltərə), Neyll Makqinn ("Aberdin", Şotlandiya), Olli Norvud ("Brayton", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Stüart Dallas ("Lids Yunayted", İngiltərə), Metti Land ("Berton Albion"), Pol Paton ("Sent Conston", Şotlandiya); hücumçular - Kayl Lafferti ("Norviç", İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə).
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar