19 may 19:52yigma

Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi

Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi
Vahabzadə: “Rəqib qol vurdu, hakim saymadı, ya penaltiləri verilmədi?”

Azərbaycan – Əlcəzair oyunundan sonra mətbuat konfransına ilk qatılan rəqibin baş məşqçisi Əmir Şafik bunları dedi:
- İlk növbədə Azərbaycanı bu oyuna görə təbrik edirəm. Qarşılaşmalar sıx qrafiklə keçirildiyindən rəqibin oyununu izləyə bilmədik. Əks halda, belə nəticə qeydə alınmazdı. Bakıda elə külək əsir ki, hətta gəmini də devirə bilər.
- Hakimlikdən narazı qaldız?
- Şəxsi fikrim belədi ki, hakimlər bu oyunda ədalətli davranmadı. Laysmanlar da bizə qarşı ədalətsiz davrandı. Bəzi oyundankənar vəziyyətlər qeydə alınmadı. Vərəqələr doğru olmadı. İslamiadaya səhvlərimizi görməyə gəlmişik. Bizdə 20 yaşdan aşağı futbolçular oynayır. Azərbaycanda daha böyük futbolçular çıxış edirdi. Məncə, rəqibin hakim köməyinə heç ehtiyacı yox idi.
- Qeyri-müsəlman hakimin İslamiadada ədaləti qorumasına necə baxırsız?
- Məncə, hakimin hansı dini əqidəyə sahib olmasının fərqi yoxdu. Referi bütün hallarda ədalətli idarəçiliklə diqqəti çəkməlidi.
- Azərbaycanın oyununu izləmək üçün ixtiyarınızda 2 gün var idi. Amma rəqibi təhlil etməyə vaxtınızın olmadığını dediz. Bunu bəhanə saymaq olar?
- 3 oyundan bəzisini izlədim. Müəyyən gözləmədiyimiz şeylər baş verdi. Bu taktikayla bağlı deyildi. Oyunda planlaşdırılmayan şeylərlə üzləşdik.
- Görüşün startından hakim üzərində təzyiq qurmağa başladız. Hakimi təxribata çəkmək istəyirdiz?
- Mən hakimə qarşı təzyiq göstərdiyimizi düşünmürəm. Referi düzgün idarəçilik etmədi. Oyunboyu hakimin tərəfkeşliyi göz önündə idi. Bəs bunu necə qiymətləndirək?
- Yaxşı qol imkanlarınız oldu. Amma dəyərləndirə bilmədiz. Bu haqda nə deyə bilərsiz?
- Azərbaycana qarşı yaxşı oynadıq. Qol vəziyyətlərini qaçırmasaydıq, qələbə qazana bilərdik.
- Bu turnirdə hədəfiniz nə idi?
- Bir ay ərzində gənclərdən ibarət komandanı topladıq. Məqsədimiz onlara təcrübə qazandırmaq və beynəlxalq səviyyəli oyunlara hazırlaşdırmaqdı. Finala çıxmaq üçün son dəqiqəyədək mübarizə apardıq. İndi bürünc medal qazanmağa çalışacağıq.
- Futbolçunuz Fərid Əl-Melali oyundan sonra paltardəyişmə otağının qapısını sındırıb və Azərbaycan yığmasının üzvündən aldığı formanı yerə atıb. Onu cəzalandıracaqsız?
- Bunu görməmişəm. Həqiqətən belə şey olubsa, daxili intizam qaydalarımıza uyğun addım atacağıq. İdmançı həmkarına hörmətlə yanaşmalı və idmançı etikasına əməl etməlidi.
Bundan sonra Yaşar Vahabzadə jurnalistlər qarşısına çıxdı:
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Əlcəzair əzmkar futbol oynayır. Sağ olsunlar, uşaqlar xarakter nümayiş etdirdi. Meydanın hər qarışı uğrunda mübarizə apardılar. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Futbolçuları təbrik edirəm.
- Rəqibi hansı komponentlərdə üstələdiz?
- Dünən axşam rəqibin oyununun görüntülərini izləmişdik. Əlcəzairdə bir neçə futbolçu var idi ki, fərdi keyfiyyətləri yüksək idi. Əsasən rəqibin cinahlardakı boşluqlarından istifadə etməyi düşünürdük. Belə də etdik. Ümumilikdə rəqibdən üstün oynadıq və layiqli qələbə qazandıq.
- Əlcəzair hakim ədalətsizliyinə məruz qaldı. Azərbaycan futbolçularının kobudluğuyla da üzləşdilər. Buna münasibətiniz necədi?
- Əslində rəqib bizə qarşı kobud oynadı. Bir neçə dəfə əlcəzairli futbolçulara qırmızı vərəqə verilə bilərdi. Başa düşmürəm, rəqib qol vurdu, hakim saymadı, ya penaltiləri verilmədi?
- İslamiadada hələ dolu tribunalar qarşısında oynamamısız...
- Bu gün bizə dəstək verən azsaylı azarkeşlərə minnətdarlığımı bildirirəm. “Bayıl Arena”da daha çox tamaşaçı var idi. Amma burda məsafəyə görə az azarkeş gəlmişdi. Yenə də dəstəklərinə görə minnətdarlığımı bildirirəm.
- Yeganə komandasız ki, hələ qol buraxmamısız. Bu haqda nə deyə bilərsiz?
- Yalnız qapıçı və arxa xətt oyunçularıyla yox, komanda şəklində müdafiə olunuruq. İnşallah, finalda da qapımızın toxunulmazlığını qorumağa çalışacağıq.
- Bütün oyunlarda futbolçularınız aqressiv görünür...
- Futbol qaydalarına uyğun olmaq lazımdı. Oyunun gedişində bizimkiləri təxribata çəkirdilər. Gənc oyunçular dəliqanlı olur (gülür). Belə şeylərin olması normaldı. Turnirin önəmini də nəzərə almaq lazımdı. İstəkdən belə şeylər ola bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar