19 may 19:47yigma

Yığma Əlcəzairə “2 verib” finala adladı

Yığma Əlcəzairə “2 verib” finala adladı
U-23 “quru” seriyasını 4 oyuna çatdırdı

İslam Həmrəyliyi Oyunları
Yarımfinal
Əlcəzair - Azərbaycan 0:2 (0:1)

1. Şəmsəddin Rəhmani (k)
6. Abdulcani Buzudi
7. Məhəmməd Hacəf
8. Əhməd Qaqaa
(22. Leyd Uaci, 90)
9. Yusif Duar
10. Əbdürrəhim Hamra
(4. Mahir Əzziz, 84)
11. Məhəmməd Meruani
13. Zəkəriyə Naici
15. İsmayıl Saadi
17. Farid Əl-Melali
21. Tayib Mezani
(3. Hamza Muali, 90)
Ehtiyat oyunçular
16. Zəkəriyə Buhalfaya
23. Əbdülmömin Sifur
2. Aymen Attu
18. Yusif Beşu
Baş məşqçi: Əmir Şafik

1. Şahruddin Məhəmmədəliyev
20. Azər Salahlı
5. Sadiq Quliyev
6. Rəşad Sadiqov
15. Ruslan Abışov (k)
19. Məqsəd İsayev
(18. Tellur Mütəllimov, 77)
21. Vüqar Mustafayev
(16. Elvin Camalov, 72)
7. Coşqun Diniyev
9. Ağabala Ramazanov
8. Elşən Abdullayev
11. Mahir Mədətov
(10. Orxan Əliyev, 81)
Ehtiyat oyunçular
12. Tərlan Əhmədli
22. Emil Balayev
2. Rahil Məmmədov
3. Azad Kərimov
4. Adil Nağıyev
13. Elnur Cəfərov
14. Yusif Nəbiyev
17. Mirabdulla Abbasov
23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
Qollar: R.Abışov, 39 (0:1). M.İsayev, 58 (0:2).
Vərəqələr: Ə.Hamra, 9. Z.Naici, 13. Ş.Rəhmani, 39. T.Mezani, 60. M.Hacəf, 68. E.Camalov, 74. F.Əl-Melali, 75. T.Mütəllimov, 87. Ə.Qaqaa, 88. A.Buzudi, 90+5 – sarı.
Hakimlər: NİKOLAY BALAKİN, Vladimir Vısotski, Viktor Matyaş, Vitali Romonov (hamısı Ukrayna).
Hakim-inspektor: Asim Xudiyev.
Nümayəndə: Murad Məmmədov.
18 may. Mərdəkan. Dalğa Arena.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.


U-23 öz qrupunda ikinci yeri tutduğundan finala adlamaq üçün B qrupunun lideri Əlcəzairi yolundan kənarlaşdırmalıydı. Afrika təmsilçisi isə öz qrupunda 7 xal toplayaraq adını yarımfinala yazdırmışdı. Vahabzanənin yetirmələri “doğma divarlar” amilindən yararlanıb, əvvəlki 3 görüşdə olduğu kimi, qapısını toxunulmaz saxlamaq, İslamiadanın finalına yüksəlmək uğrunda vuruşacaqdı. Əlcəzair isə B qrupundakı çıxışı ilə asan rəqib olmadığını göstərmişdi. Hərçənd hadisələri qabaqlayaraq onu qeyd edə bilərik ki, şimali afrikalılar heç də gözlənilən qədər güclü təsir bağışlamadı.
İlk 10 dəqiqədə yığma topa daha çox nəzarət edirdi. Bununla belə, qapılar qarşısında yaddaqalan epizod yox idi. 13-cü dəqiqədə Naici Sadiqdən topu alarkən, cərimə meydançası daxilində yerdə qaldı. O, hakimdən penalti tələb etsə də, simulyasiyaya görə qarşısında “sarı” gördü. Cəmi 4 dəqiqə sonra Naici yenidən diqqət mərkəzinə düşdü. Topu sinəsi ilə ram edən “13 nömrə” gözlənilməz, eyni zamanda təhlükəli zərbə ilə Şahruddinin sayıqlığını yoxladı. Məhəmmədəliyev həmin epizodda əla reaksiya ilə hesabın açılmasına imkan vermədi. 22-ci dəqiqədə isə Mezaninin vuruşu təhlükəli alınsa da, dəqiq olmadı. Vahabzadənin yetirmələri bunun cavabını 5 dəqiqə sonra verdi. Elşənin zərbəsindən sonra top qapının yanından keçdi. 29-cu dəqiqədə Vüqarın kobud səhvi az qala millinin qapısında qol görməsinə səbəb olacaqdı. Yaxşı ki, topu ələ keçirib irəliləyən Əl-Melali özü “çərçivə”ni nişan almaq əvəzinə, komanda yoldaşına fərqlənmək imkanı yaratmaq istədi ki, ötürməsi ünvana çatmadı. Az sonra Əl-Melalinin qapıya daha bir qeyri-dəqiq vuruşunun şahidi olduq. “17 nömrə” 35-ci dəqiqədə də yerli azarkeşləri həyəcanlandıra bildi. O, bu dəfə uzaq “9-luğ”u nişan alsa da, top qapının üstündən keçdi. Ümumiyyətlə, hesab açılana kimi Əlcəzairin yaddaqalan həmlələrinin sayı daha çox idi. Ancaq 39-cu dəqiqədə yığma “atəşkəsi pozdu”. Ağabalanın cərimə zərbəsindən qapı önünə göndərdiyi topu Ruslan başla “çərçivə”yə yönəltsə də, qapıçı ilk cəhddə qola imkan vermədi. Lakin Abışovun ayaqla endirdiyi təkrar zərbə Rəhmani üçün də qarşısıalınmaz oldu. Çox keçmədən afrikalılar “status-kvo”nu bərpa etməyə yaxın oldu. Əks-hücum zamanı Mezaninin uzaqdan zərbəsi olduqca qüvvətli və təhlükəli alınsa da, Şahruddin alqışalayiq seyvlə topu tirin üzərindən aşırdı. Fasilə ərəfəsində Əlcəzairin daha bir həmləsi məntiqi sonluqla yekunlaşmadı.
İkinci hissəyə də yığma daha fəal başladı. 49-cu dəqiqədə Abışov dubl etməyə yaxın oldu. Bu dəfə də Ağabalanın ötürməsindən sonra Ruslana heç kim mane olmasa da, o yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Az sonra Abdullayevin vuruşu dəqiq olmadı. Bu dəqiqələrdə Vahabzanin yetirmələri təzyiqi xeyli artırmışdı. 54-cü dəqiqədə Ağabalanın fərqlənməsinə qapıçı imkan vermədisə, Mahirin təkrar zərbəsi o qədər də effektli alınmadı. İki dəqiqə sonra isə hakim yığmanın qolunu qeydə almadı. Kornerdən sonra qapıçı topu uzaqlaşdırmaq istədi, bu zaman Mahirin sinəsindən dönən top xətti keçdikdən sonra Buzudi onu qaytardı. Lakin ukraynalı referi mərkəzi göstərmədi. Bununla belə, yığmanın bu təzyiq fonunda gec-tez qol vuracağını proqnozlaşdırmaq çətin deyildi. Belə də oldu. 58-ci dəqiqədə Rəhmani Məqsədin uzaqdan “çərçivə”yə ünvanladığı topun qarşısını kəsə bilmədi. Qoldan sonra bir müddət qapılar qarşısında ciddi təhlükə yaşanmadı. 71-ci dəqiqədə Əl-Melalinin cərimə zərbəsindən sonra top qapının üstündən keçdi. Bir qədər sonra afrikalılar yenidən qola yaxın oldu. Saadinin vuruşundan sonra top qapı çatına tuş gəldi. Hiss olunurdu ki, rəqib bu dəqiqələrdə qol vursa, oyunun sonu olduqca gərgin keçəcək. Lakin U-23 müdafiədə səhvsiz oynayaraq, Əlcəzairə belə imkan vermədi. Matçda sonuncu qol epizodunu isə Vahabzadənin komandası yaratdı. Elşənin vuruşunu Rəhmani zərərsizləşdirdi. Beləliklə, yığma İslamiadada keçirdiyi 4-cü oyunda da qapısını toxunulmaz saxlamaqla adını finala yazdırdı. Final görüşü mayın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq və saat 20.00-da başlayacaq.
FARİZ

Reaksiyalar
Coşqun Diniyev: “Çətin oyun oldu. Belə havada və belə vaxtda oynamağa öyrəşməmişdik. Qrup matçlarımız 18.30-da başlayırdı. Həm də əvvəlki görüşlərimizi süni örtükdə keçirmişdiksə, bu dəfə təbii qazonda oynadıq. Bu da müəyyən qədər çətinlik yaratdı. B qrupunun qalibi kimi Əlcəzairə hörmət edirdik. Doğma meydanda çempion olmaq istəyirik. Bu hədəf istiqamətində addımlayırıq. 4-cü oyunumuzu keçirdik. Artıq futbolçular bir-birinə uyğunlaşdığından daha rahat çıxış etdik. “Quru” seriyamızın səbəbi həm oyunu müdafiədən qurmağımız, həm də arxa xətdə etibarlı çıxış etməyimizdi. Bir səhv əlimizdən çox şeyi ala bilərdi. Çalışırıq ki, müdafiədə daha diqqətli olaq”.
Ruslan Abışov: “Rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, əks-hücumda çox təhlükəlidilər. Bir neçə dəfə uzaqdan zərbə ilə fərqlənməyə çalışdılar. Ancaq bizim təhlükəli vəziyyətlərimiz daha çox oldu. Ev sahibi olduğumuzdan daha çox təzyiq altında idik. Azarkeşlər bizdən qələbə gözləyirdi. Finalda oynamağı ürəkdən istəyirdik. Şükürlər olsun, qələbə qazandıq. Yaxşı istirahət etməliyik. Çünki finalda daha güclü rəqiblə qarşılaşacağıq. Qol vuranda top əlimə dəyməmişdi. Oyundankənar vəziyyətdən də söhbət gedə bilməzdi. Çünki topa çıxarkən rəqib futbolçu önümdə idi. Yarımfinalda rəqibin aqressiv oynaması normaldı. Çünki hər komanda istəyir ki, bu qədər əziyyətinin qarşılığında finala yüksəlsin. Yaxşı ki, zədə almadan matçı başa vurduq. Cəzalı duruma düşən futbolçumuz da olmadı. Final motivasiyası tam fərqli olacaq. İndiyədək anşlaq önündə oynamamağımızın səbəbini iş rejimi və yol uzaqlığıyla bağlayıram. Ancaq finalın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionu həm metroya yaxındı, həm də şəhərin mərkəzində yerləşir. Üstəlik, oyun istirahət günü axşam saat 8-də başlayacaq. Bu üzdən güclü azarkeş dəstəyi altında çempionluğa oynayacağımızı düşünürəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar