19 may 19:43yigma

“Qəbələ” fanatı tribunaları coşdurdu

“Qəbələ” fanatı tribunaları coşdurdu
Əlcəzairli futbolçudan tərbiyəsiz hərəkət

İslamiadada futbol yarışının yarımfinal oyunları “Dalğa Arena”da keçirildi. Təbii ot örtüyünün sıradan çıxmaması üçün görüşlər arasında bir neçə saatlıq interval nəzərdə tutulmuşdu. Bu üzdən Azərbaycan – Əlcəzair qarşılaşması günün birinci, Kamerun – Oman matçı isə ikinci yarısında keçirildi. A qrupunda 2-ci yeri tutan yığmamız ərəblərlə qızmar günəş altında oynamağa məhkum idi. Bakı-2017 Əməliyyat Komitəsi oyunun Mərdəkanda keçirildiyini nəzərə alıb, azarkeşlərin gediş-gəlişini asanlaşdırmışdı. Belə ki, “Koroğlu” metrostansiyasının önündən avtobuslar tamaşaçıları birbaşa “Dalğa Arena”ya çatdırırdı. Bu avtobuslar bir neçə dəqiqəlik intervalla hərəkət edirdi. Nəqliyyat vasitələrinə yalnız akkreditə vəsiqəsi və ya bileti olanlar buraxılırdı. Mindiyimiz avtobusda Məşqçilər Komitəsinin üzvləri – Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Şakir Qəribov da vardı. Ancaq onlar Təbriz Həsənov və İsgəndər Cavadovu gözlədiklərindən avtobusdan endilər. Çünki nəqliyyat vasitəsi hərəkət etməyə hazırlaşırdı. Onlar hamısı birgə növbəti avtobusla “Dalğa Arena”ya gəldi. Stadionda onlara Nazim Süleymanov və bu yaxınlarda “Neftçi”nin məşqçilər korpusuna daxil olan Novruz Əzimov da qoşuldu. Veteranların avtobusla Mərdəkana üz tutmasının səbəbi stadionun avtomobil parkına şəxsi maşınlarla girişə icazə verilməməsiydi. Oyunu canlı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov və əsas komandanın çalışdırıcısı Robert Prosineçki də var idi. Ancaq Əməliyyat Komitəsinin cəhdlərinə baxmayaraq, qarşılaşma iş günü, uzaq məkan və qeyri-münasib saata təsadüf etdiyinə görə tribunalara maksimum 100-150 azarkeş toplaşmışdı. Görüşü bir neçə əlcəzairli və bir fransız jurnalist də işıqlandırırdı. Arenada diqqətimizi çəkən yenilik künc tribunanın önündə ekranın quraşdırılması idi. Oyuna qədər tribunadakıları, komandaları əks etdirən ekran start fitindən sonra hesabı və dəqiqəni göstərdi.
Matçda ilk sarı vərəqə əlcəzairli futbolçuya verildi. Buna rəqibin məşqçilər korpusu və əlcəzairli xanım həmkarımız kəskin reaksiya verdi. 4-cü hakim Əlcəzairin baş məşqçisinin köməkçisini çağırıb, referinin qərarlarına hörmətlə yanaşmağı məsləhət gördü. Yarım saatın tamamında tribunalardakı azsaylı azarkeşlər “Azərbaycan, Azərnbaycan” deyə qışqırmağa başladı. Elə bu dəm rəqib yüzfaizlik qol vəziyyəti yaratmaqla tamaşaçıları həyəcanlandırdı. “Qəbələ” fanatlarının amiqosu sayılan Elvin Əliyevin “milli qol, qol, qol” şüarı azarkeşləri daha da canlandırdı. Ümumiyyətlə, o, 90 dəqiqə boyunca “Dalğa Arena”nın amiqosu rolunu ifadə etdi. Ruslan Abışovun hesabı açması ilə tribunalar daha da şənləndi. Az sonra Şahruddin Məhəmmədəliyevin qurtarışı fanatlara zövq verdi. Məqsəd İsayevin gözəl qolundan sonra ərəblər daha da aqressivləşdi. İkinci qoldan az sonra Vüqar Mustafayev və Sadiq Quliyevlə rəqib futbolçular arasında insident yaşandı. Əlcəzairlilər ən çox bizimkilərin tez-tez yerdə qalmasından narazı idi. 74-cü dəqiqədə Fərid Əl-Melali İsayevə qarşı çox kobud oynadı. Hakim ona sarı vərəqə verdikdən sonra “qırmızı”nı göstərməyə hazırlaşırdı. Fəridin nömrəsini (17) bir az əvvəl Məhəmməd Nofəl Xasefin nömrəsi (7) ilə səhv saldığını kartındakı qeydə baxdıqdan sonra anladı. 86-cı dəqiqədən orta yaşlı azarkeşlərdən biri Yaşar Vahabzadəni səsləyib, nə iləsə bağlı məsləhətini verdi. Baş məşqçi isə ondan sakitləşməsini xahiş etdi. Fərid Əl-Melali oyundan sonra qəzəbini paltardəyişmə otağının qapısını sındırmaqla soyutdu. Üstəlik, yığmamızın üzvlərindən birindən aldığı formanı yerə atıb tapdaladığını da eşitdik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar