19 may 19:42yigma

Rəşad Sadıqov məşqlərdən kənarda qalıb

Rəşad Sadıqov məşqlərdən kənarda qalıb
Almeydaya güzəşt olunmalıydı!

Yığmanın mayın 15-dən etibarən təlim-məşq toplanışına start verdiyini bilirsiz. Düzdü, komanda tam heyətlə hazırlıq keçmir. Legionerlərin əksəriyyəti birbaşa Avtriyadakı toplanışa qatılacaq. Bundan başqa, U-23-ün heyətində İslamidada çıxış edən əsas yığmanın üzvləri də final görüşündən sonra düşərgəyə qoşulacaq. Robert Prosineçkinin komandası Avstriyada mayın 20-dən iyunun 3-dək hazırlıq keçəcək. Adıçəkilən ölkədə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq yığma yenidən vətənə dönəcək. Millini iyunun 10-da Şimali İrlandiya ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində önəmli oyun gözləyir. İndiki durumda heyətlə bağlı yeganə qanqaraldıcı məqam Rəşad Sadıqovun məşqlərdə iştirak etməməsidi. Zədə ilə bağlı problem kapitanın komanda ilə birgə hazırlıq keçməsinə mane olur. Ancaq onun Avstriyada kollektiv məşqlərdə iştirak edəcəyi proqnozlaşdırılır.
Təlim-məşq toplanışının 2-ci günü Riçard Almeyda da düşərgəyə təşrif buyurdu. Hərçənd braziliyalının Şimali İrlandiya ilə matçda forma geyib-geyməyəcəyi hələ də bilinmir. Onun “millişədirilməsi” məsələsində irəliləyiş yoxdu. Düzdü, FİFA-nın “ən azı həmin ölkədə 5 mövsüm oynamalıdı” tələbi yerinə yetirilib. Ancaq bu o demək deyil ki, Almeyda artıq yığmamızın üzvü kimi Şimali İrlandiyaya qarşı oynaya bilər. Ali futbol qurumu son qərarını, belə deyək, “hə” cavabını AFFA-ya verməyib. Yadınızdadısa, Prosineçki hələ Qətərlə yoxlama oyunu üçün heyəti açıqlayarkən, “sambaçı”nın adını ora daxil etmişdi. Daha sonra bunun etik cəhətdən doğru olmadığını yazmışdıq. Düzdü, Almeyda toplanışdan kənarda qaldı. AFFA isə onun yalnız yığma ab-havasını hiss etmək üçün dəvət edildiyini açıqladı. Bir sözlə, bu açıqlama ilə vəziyyətdən çıxmağa çalışmışdılar. Düzdü, bu dəfə onun iyunun 10-dakı oyunda iştirak edəcəyinə böyük ümid var. Ancaq məsələyə başqa prizmadan baxaq. Birdən FİFA “olmaz” dedi və Almeyda kənarda qaldı. Onda necə olacaq? Heç olmasa, “sambaçı”ya müəyyən güzəşt edilərdi. O da digər legionerlər kimi Avstriyadakı hazırlıqlara qatılardı. Onun toplanışın 2-ci günündən düşərgədə olması bu qədər vacib idi? Axı braziliyalının heç istirahət üçün düz-əməlli vaxtı da olmayıb. Kubokun finalından sonra ölkəsinə yollanan Almeyda bu həftənin ilk günü Bakıya qayıdıb. Gediş-qayıdış günlərini çıxsaq, Riçardın cəmi 8 gün istirahət etmək imkanı olub. FİFA-dan müsbət cavab alınmaması psixoloji cəhətdən basqıdısa, digər tərəfdən futbolçunu bu qədər “yükləmək” olmaz. Bu baxımdan Almeydaya güzəşt edilməməsi anlaşılmır.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar