19 may 19:41yigma

U-23-ü AFFA da mükafatlandıracaq

U-23-ü AFFA da mükafatlandıracaq
Elxan Məmmədov: “FİFA-dan xahiş etmişik ki, Almeydanın məsələsinə tez baxılsın”

Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-23-lə Əlcəzair yığmasının matçını izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var idi. Yaşar bəyin komandasının finala çıxmasına sevinən Elxan bəy oyundan sonra jurnalistlərə açıqlama verib: “Əvvəlcə komandanı finala çıxdığına görə təbrik edirəm. Milli yaxşı oyun sərgilədi. Əslində açıq oyun getdi. Rəqibin də qol vurmaq üçün şansları oldu. Ancaq bizim komandamız daha çox qol vəziyyəti yaratdı. Maksimum məqsədə yavaş-yavaş çatırıq. Əsas odu ki, komandamız hələ qol buraxmayıb. Bu, sevindirici haldı. Deməli, müdafiəçilərimiz və xüsusilə də qapıçımız çox cəsarətli oyun nümayiş etdirir. Artıq finaldayıq. Bütün azarkeşləri təbrik edir, onları finalda gözləyirik”.
Turnirboyu bəzi yığmaların məşqçiləri hakimlikdən narazılıq etməklə yadda qalıblar ki, baş katib bu məsələyə də toxunmağı lazım bilib: “Bizə heç kim yaxınlaşmayıb, nəsə deməyib. Əslində xarici bir nümayəndə gəlib bildirdi ki, 1:0 öndə olarkən, bir vəziyyətdə top qapı xəttini keçsə də, hakim bizim qolumuzu hesaba almayıb. Düzdü, təkrara baxa bilməmişəm. Amma axşam mütləq izləyəcəm. Bununla belə, komandamız oyunu ilə finala layiq olduğunu göstərdi”.
Qarşılaşmalara azarkeş marağının aşağı olmasına isə Məmmədov belə münasibət bildirib: “Bu məsələlərlə bağlı bir menecer var. Eyni zamanda 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüdü. Ona yaxınlaşıb bu barədə fikrimi bildirdim. O da söylədi ki, biletlərin hamısı satılıb. Təəssüf ki, istədiyimiz qədər azarkeş görə bilmədik. Yəqin ki, vaxta görədi. Yayınla əlaqədar bugünkü qarşılaşmanı erkən saata saldılar. İş günü olduğundan azarkeşlər bəlkə də şəhərdən gəlməkdə çətinlik çəkirlər”.
İyunun 10-da baş tutacaq Azərbaycan – Şimali İrlandiya görüşünə kimi Riçard Almeydanın “milliləşdirilməsinin” həll olunub-olunmayacağı bu gün ən çox müzakirə olunan məsələlərdəndi. Elxan bəy bununla bağlı FİFA-dan xahiş etdiklərini bildirib: “FİFA-dan cavab gözləyirik. Ali futbol qurumundan xahiş etmişik ki, Almeydanın məsələsinə tez baxılsın. Çünki rəsmi oyunların keçirilməsinə çox vaxt qalmayıb”.
Sonda baş katib Yaşar Vahabzadənin yetirmələrinin AFFA tərəfindən də mükafatlandırılacağını bildirməyi unutmayıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar