18 dek 20:33yigma, manset

U-19-un Qranatkin turnirindəki rəqibləri bəlli oldu

U-19-un Qranatkin turnirindəki rəqibləri bəlli oldu
Təbriz Həsənov: “Sindromu qırıb ilk “üçlüy”ə düşməyə çalışacağıq”

Dünən gələn ilin yanvarında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan 29-cu beynəlxalq turnirin püşkü atılıb. Öncə onu qeyd edək ki, turnirin oyunları yanvarın 7-22-si aralığında Sankt-Peterburq şəhərində reallaşacaq. Turnirdə ölkəmizi 19 yaşadək futbolçulardan ibarət yığma təmsil edəcək. Dünən püşk nəticəsində Təbriz Həsənovun yetirmələrinin yer aldığı qrupun və rəqiblərin adı bəlli olub. C qrupunda yer alacaq U-19 Litva, Slovakiya və Qazaxıstanla münasibətləri aydınlaşdıracaq. Ümumilikdə isə 16 komanda 4 qrupa səpələnib:
A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya
B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan
C qrupu: Litva, AZƏRBAYCAN, Slovakiya, Qazaxıstan
D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran
Onu da bildirək ki, Valentin Qranatkin tanınmış sovet futbolçusu və funksioneri olub, 1946-50-ci illərdə FİFA-nın vitse-prezidenti, 1955-79-cu illərdə isə ali futbol qurumunun 1-ci vitse-prezidenti vəzifəsini yerinə yetirib. Onun xatirəsinə həsr olunan turnir ilk dəfə 1981-ci ildə Moskvada təşkil olunub. 1983-də isə yarışı Leninqrad (hazırkı Sankt-Peterburq) şəhəri qəbul edib. Turnir 1993-2000-ci illərdə keçirilməsə də, 2001-dən yenidən “doğulub”. 2004 və 2005-ci illərdə birinciliyə Moskva evsahibliyi etsə də, 2006-cı ildən etibarən yarış Sankt-Peterburqda təşkil olunur. Qranatkin turnirinin ən çox (18 dəfə) qalibi elə məhz Rusiya olub. Almaniya isə 4 dəfə yarışın ən güclüsü adını qazanıb. Bundan başqa, Belarus, Finlandiya, Cənubi Koreya, Sloveniya, İtaliya və Yaponiyanın da hərəyə bir çempionluğu var.
Azərbaycan 2009-cu ildən etibarən turnirdə müntəzəm iştirak edir. Bu millimizin sözügedən birincilikdə 9-cu cəhdi olacaq. Lakin bizimkilər heç vaxt mükafatçılar sırasına düşə bilməyib. Ən yaxşı göstəricimiz 5-ci yer olub. Bu da 2010 və 2015-ci illərə təsadüf edib. 2009, 2011-ci illərdə 7-ci, 2012, 2013-cü illərdə 12-ci, 2014-cü ildə 13-cü, ötən il isə 8-ci olmuşuq.
Yeri gəlmişkən, Təbriz Həsənovun qrupdakı rəqiblər haqda fikirlərini öyrəndik: “Püşkün nəticəsi bəlli olduqdan sonra 4 qrupun hamısının tərkibinə nəzər saldım. Demək olar, qrupların hamısı eyni gücdədi. Yəni “bizim qrup güclüdü, başqası zəifdi” söyləmək olmaz. Çalışacağıq ki, bu rəqiblərlə birinci yer uğrunda mübarizədə əlimizdən gələni edib, qrupdan çıxaq. Qarşılaşacağımız komandalar zəif deyil. Qrup birinciliyi uğrunda əsas rəqibimiz kimi Slovakiyanı qeyd edərdim. Litvanı qrupun autsayderi adlandırmazdım. Onların həmin yaş qrupu yaxşı komandadı. Ümumiyyətlə, deməzdim ki, hansısa zəifdi. Sadəcə, bütün qarşılaşmalara qələbə qazanmaq üçün çıxacağıq. Ən azı Slovakiya qrupun favoriti kimi görünür. Bu rəqiblərlə - 1999 təvəllüdlülərlə yolumuz kəsişməyib. Nə yoldaşlıq görüşlərində, nə də rəsmi matçlarda münasibətləri aydınlaşdırmışıq. Düzdü, qarşıya konkret hədəf qoyulmur. Ancaq biz çıxdığımız hər bir oyunda, istənilən turnirdə maksimum nəticə üçün çalışırıq. Bunun özü futbolçular üçün çox önəmli bir məqamdı. Düşünmürük ki, biz harasa gedəcəyik, nəyəsə baxacağıq, alınacaq-alınmayacaq - belə şey yoxdu. Bu, Azərbaycan millisidi. Hər bir oyuna, hər bir turnirə böyük məsuliyyətlə hazırlaşırıq. Çalışırıq ki, özümüzü yaxşı tərəfdən göstərək, qalib gələk, layiqincə mübarizə aparaq. Sindromu qırıb ilk “üçlüy”ə düşməyə çalışacağıq. Niyə də yox?! Yanvarın 6-da Sankt-Peterburqa yola düşmək fikrimiz var. Bir gün məşq etmək imkanımız olacaq. Püşkatma olub, yəqin ki, bugünlərdə təqvim də bilinəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar