18 may 18:18yigma

Final yolunda Əlcəzair səddi

Final yolunda Əlcəzair səddi
Yaşar Vahabzadə: “Qazanacağımız medalın əyarı nə qədər yüksək olsa, bir o qədər yaxşı olar”

Bu gün İslam Həmrəyliyi Oyunları çərçivəsində yarımfinal görüşləri baş tutacaq. A qrupunu lider kimi başa vuran Kamerun B qrupunun ikincisi Omanla üz-üzə gələcək. A qrupunda 2-ci olan U-23 isə B qrupunun lideri Əlcəzairlə qarşılaşacaq. Yarımfinalın hər iki oyunu “Dalğa Arena”da gerçəkləşəcək. Yaşar Vahabzadənin yetirmələrinin Əlcəzairlə dueli saat 12.30-da başlayacaq. Kamerun – Oman matçı isə 18.30-da start götürəcək. Hər iki qarşılaşma “İdman Azərbaycan” vasitəsilə canlı yayınlanacaq.
İndi isə həm Əlcəzairin, həm də yığmamızın “23-lüy”ünü diqqətinizə çatdıraq.
Azərbaycan: 1. Şahruddin Məhəmmədliyev, 2. Tərlan Əhmədli, 3. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Coşqun Diniyev, 6. Sadiq Quliyev, 7. Rəşad Sadiqov, 8. Adil Nağıyev, 9. Elşən Abdullayev, 10. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 12. Orxan Əliyev, 13. Ruslan Abışov, 14. Məqsəd İsayev, 15. Azər Salahlı, 16. Vüqar Mustafayev, 17. Azad Kərimov, 18. Elnur Cəfərov, 19. Yusif Nəbiyev, 20. Elvin Camalov, 21. Mirabdulla Abbasov, 22. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli.
Əlcəzair: 1. Şəmsəddin Rəhmani, 2. Zəkəriyə Buhalfaya, 3. Əbdülmömin Sifur, 4. Abdulcani Buzudi, 5. Məhəmməd Nofəl Hacəf, 6. Əhməd Qaqaa, 7. Yusif Duar, 8. Əbdürrəhim Hamra, 9. Məhəmməd Meruani, 10. Zəkəriyə Naici, 11. İsmayıl Saadi, 12. Yusif Beşu, 13. Tayib Mezani, 14. Aymen Attu, 15. Hamza Muali, 16. Mahir Əzziz, 17. Əbdülcəlil Semmani, 18. Kamal Belarbi, 19. İlyas Yaçe, 20. Farid Əl-Melali, 21. Eddin Diya Qudcil, 22. Lamus Mayhe, 23. Leyd Uaci.
U-23-ün oyununu Ukraynadan ola hakimlər briqadası idarə edəcək. Oyunda əsas söz sahibi Nikolay Balakin, laysmanlar isə Vladimir Vısotski və Viktor Matyaş olacaq. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. Maraq üçün bildirək ki, yarımfinalın digər oyunu azərbaycanlı hakimlərə həvalə olunub. Belə ki, Kamerun – Oman matçının baş hakimi Rəhim Həsənov olacaqsa, ona Namiq Hüseynov və Yaşar Abbasov kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ömər Paşayevdi.
Yaşar Vahabzadənin yetirmələrinin yarımfinalda işi heç də asan görünmür. Ən azı ona görə ki, rəqib B qrupunun lideridi. Əlcəzair ilk oyunda Türkiyə üzərində əzmkar qələbə (2:1) qazanmışdı. Ardınca Fələstini 1 cavabsız qolla məğlub edən afrikalılar son oyunda Omanla heç-heçəyə razılaşdı (1:1). Yığma isə İslamiadada hələ də qapısını toxunulmaz saxlayan yeganə komandadı. U-23 bu uğurun davamını gətirməyə çalışacaq. Bundan başqa, meydan sahibləri kimi hədəf final olmalıdı.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyunları izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bu gün Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edəcək. Həmçinin “Neftçilər” stansiyasından “Dalğa Arena” (dəniz yolu) istiqamətində hərəkət edən “141” saylı marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun artırılacaq.
Reaksiya
Yaşar Vahabzadə: “Bu gün məşq etdik. Hamı hazırlığa qatıldı. Mərakeşlə oyunda bəzi zədəlilərimiz oldu. Onların da vəziyyəti normaldı, məşq etdilər. Komanda yarımfinal matçına qaydasında hazırlaşır. Axşam kollektivlə birgə Əlcəzairin əvvəlki oyunlarını izləyəcəyik, təhlil edəcəyik. Rəqib qrupunda ilk yeri tutubsa, deməli, pis komanda deyil. Qarşılaşdığımız istənilən komandaya hörmətlə yanaşırıq. O cümlədən də Əlcəzairə. Plana uyğun hazırlaşmışıq. Mərakeşlə oyunda zədələnib əvəzlənən Rəşad Sadiqovla Məqsəd İsayev komanda ilə məşq etdilər, hər şey normaldı. Sabahkı (bugünkü) görüşdə də oynaya biləcəklər. İlkin hədəfimiz qrupdan çıxmaq idi. Bunu bacardıq və indi mübarizə medallar uğrunda gedir. Biz də bu cəhətdən vuruşacağıq. Qazanacağımız medalın əyarı nə qədər yüksək olsa, bir o qədər yaxşı olar. Yarımfinalda uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Özüm Əlcəzairin oyunlarına baxmışam. Rəqibin bir neçə futbolçusu fərdi ustalığı hesabına bizə başağrı ola bilər. İstəyirəm ki, uşaqlar da onların oyununu görsünlər. Top rəqibdə olanda, qarşı tərəf hücum edəndə həmin oyunçuları diqqətdə saxlayaq. Ancaq oyunda hansısa dəyişikliklərin olması da mümkündü. Bu artıq rəqib baş məşqçinin qərarından asılı olacaq. Qrup mərhələsində qapımızı toxunulmaz saxladıq. Bu onu göstərir ki, komanda şəklində müdafiə olunanda qol buraxmırıq. Ancaq hücumda bir qədər dəqiqlik çatmır. Mərakeşlə matçda da gördüz ki, iki dəfə yüzfaizlik qol imkanından yararlana bilmədik. Bu baxımdan daha soyuqqanlı davranmalıyıq. Hakim simpatiyasına gəlincə, bir şeyi deyim ki, heç vaxt hakimlikdən danışmamışam. Bu futboldu. Rəqiblə Şahruddinin epizodunu qeyd edirlər, məncə, həmin anda mərakeşli futbolçu ayağını çox qaldırmışdı, təhlükəli oynamışdı. Biz də rəqib meydanlarında oynamışıq, hakimlər sıxıb, ancaq heç vaxt şikayətlənməmişəm. Hakimin işinə hakimlər daha yaxşı qiymət verə bilər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar