17 may 13:49yigma

Yığma hazırlığa start verdi, Almeyda bu gün qoşulur

Yığma hazırlığa start verdi, Almeyda bu gün qoşulur
Şimali İrlandiyanın heyəti açıqlandı

Yığmanı gələn ay çox önəmli bir qarşılaşma gözləyir. Bəlkə də Şimali İrlandiya ilə oyun DÇ-2018-in seçmə mərhələsində bizim üçün həlledici olacaq. Final mərhələsi ilə bağlı xəyyallar ya böyük ölçüdə dəfn olunacaq, ya da azərbaycanlı futbolsevərlər bir qədər də ümidlənəcək. Bir sözlə, iyunun 10-da baş tutacaq matç Robert Prosineçkinin yetirmələri üçün həyati əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20.00-da start götürəcək. Həmin oyuna hazırlıq planı belədi ki, komanda mayın 20-dək ölkədə, daha sonra iyunun 3-dək Avstriyada toplanışda olacaq.
Əvvəlcədən xəbər verdiyimiz kimi, yığma dünən bu oyunun hazırlıqlarına start verib. Mayın 20-dək ölkədə baş tutacaq toplanışla bağlı bəzi detallar bəlli olmadığından AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Firuz Abdulla ilə əlaqə saxlamağı lazım bildik. Əldə etdiyimiz bilgiyə görə, yığma gündə bir dəfə “Dalğa Arena”da məşq edir. Hazırlıq saat 17.30-da start götürür. Legionerlərin bəziləri Bakıda, bəziləri isə Avstriyada düşərgəyə qoşulacaq. Tutaq ki, Renat Dadaşovun komandaya Bakıda qoşulacağı məlumdu. Qalanları isə klubun çempionatdakı oyunundan asılı olaraq düşərgəyə gələcək. Hazrda U-23-lə birgə olan futbolçular İslamidadan sonra əsas yığmaya üz tutacaq. Riçard Almeydanın isə məhz bu gün toplanışa qoşulacağını vurğulayaq. Bu arada “sambaçı”nın “milliləşdirilməsi” yönündə hələ ki bir yenilik yoxdu.
Yeri gəlmişkən, Şimali İrlandiyanın heyəti açıqlanıb. Qeyd edək ki, yığmanın rəqibi mayın 22-dən 25-dək Mançesterdə təlim-məşq toplanışında olacaq. Daha sonra bu komanda iyunun 2-də Yeni Zelandiya ilə yoxlama görüşü keçirəcək. Baş məşqçi Maykl O`Nil nəzərdə tutulan toplanışa 18 futbolçu dəvət edib: qapıçılar - Maykl Makqovern (“Norviç”, İngiltərə), Roy Kerroll (Linfild), Konor Hazard (“Seltik”, Şotlandiya), Konor Mitçell (“Bernli”, İngiltərə); müdafiəçilər - Rayan Maklaflin ("Oldhem", İngiltərə), Tom Flanaqan ("Berton ", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə), Lük Makkalloh ("Donkaster", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Adam Tompson ("Sauzend Yunayted", İngiltərə); yarımmüdafiəçilər - Oliver Norvud ("Brayton", İngiltərə), Kollum Kamps, Metti Land (hər ikisi "Roçdeyl", İngiltərə), Stüart Dallas ("Lids", İngiltərə); hücumçular - Kayl Lafferti ("Norviç", İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Ceymi Uord ("Nottingem Forest", İngiltərə), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə).
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar