17 may 13:04yigma

Yaşar Vahabzadə əzmkarlığı qabartdı

Yaşar Vahabzadə əzmkarlığı qabartdı
“Hakimlər bizə qarşı insafsızcasına davrandı”

Azərbaycan – Mərakeş oyunundan sonra mətbuat konfransı otağına ilk gələn rəqib komandanın baş məşqçisi Camal Salami oldu.
- Əvvəlcə təşkilatçılara minnətdarlığımı bildirirəm. Amma burda müəyyən çətinliklərlə üzləşdik. İslamiadanın qalibi olmaq istəyirdik. Bu yarış həmrəyliyin, qardaşlığın nümunəsi oldu. Kim layiqdisə, o da qalib gələcək. Keçirdiyimiz 3 oyunda qəribə şeylərlə üzləşdik. Hakimlər bizə qarşı insafsızcasına davrandı. Bəlkə də hakimlər gürcü olduğundan bəzi şeyləri anlamır. Qarşılaşmadan sonra Azərbaycan yığmasının baş məşqçisini təbrik etdim. Bu başqa məsələ. Ancaq bu gün hakimlər pis nümunə göstərdilər.
- Ən çox hansı epizodlara görə idarəçilikdən narazı qaldız?
- Hakim bu oyuna 3 dəqiqə yox, daha çox əlavə etməliydi. Üç dəqiqə elə sırf əvəzetmələrə görə hesablanır. Halbuki neçə dəfə futbolçular yerdə qaldığına görə həkimlər meydana çıxmışdı. Bir dəfə penaltimizi vermədi.
- Azərbaycan yarımfinalda Əlcəzairə qalib gələ bilər?
- Bu turnirdə Əlcəzairin oyununu izləmək imkanım olmayıb. Bu üzdən onların nəyə qadir olduğu haqda fikir yürütməkdə çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, onlar bu heyəti Tokio Olimpiadasına hazırlayır.
- Oyun boyunca hər iki komanda çoxlu səhvlərə yol verdi. Bunu necə qiymətləndirirsiz?
- Futbolçularımızdan üçü sarı vərəqə ilə cəzalandı. Mən onları sakitləşdirməyə çalışırdım. Həm də istəyirdim ki, xəbərdarlıq alan futbolçuları əvəzləyim. Çünki bu bizə problem yarada bilərdi. Qalib gəlsək də, gəlməsək də, əsas məsələ geydiyimiz formanın haqqını vermək, Azərbaycan azarkeşləri qarşısında özümüzü doğrultmaq idi. Onu da qeyd edim ki, ölkənizə səfərdən məmnun qaldıq. İlk dəfə Azərbaycanda olurdum. Çalışacağıq ki, hakimlərin pis əməllərini unudub, burdan xoş xatirələrlə ayrılaq.
Daha sonra jurnalistlərin qarşısına yığmamızın baş məşqçisi Yaşar Vahabzadə çıxdı.
- Bilirdik ki, bizi çox ağır oyun gözləyir. Rəqibə qələbə lazım idi. Böyük qüvvə ilə irəli atılacaqlarını proqnozlaşdırırdıq. Onlar əsasən standart vəziyyətlər və cinah hücumlarıyla uğur qazanmaq istəyirdilər. Futbolçularımız əzmkar mübarizə apardı. Oyun keyfiyyətində müəyyən nöqsanlar olsa da, istək və əzmkarlıq nəticəsində lazımi nəticə əldə olundu. Qarşımızda duran ilk məqsəd qrupdan çıxmaq idi. Buna da nail olduq.
- Orxan Əliyevi meydana buraxmaq istəyirdiz. Sonradan fikrinizdən daşındız. Buna səbəb nə idi?
- Ağabala Ramazanovu əvəzləmək istəyirdik. O sanki bunu hiss etdi və daha həvəslə oynamağa başladı, fəallaşdı. Bu üzdən həmin əvəzetməni reallaşdırmadıq.
- Mərakeşlilər idarəçilikdən narazı qaldı. İki dəfə hakim qapımıza penalti təyin edə bilərdi. İlk hissədə Rəşad Sadiqovun, ikinci yarıda isə Şahruddin Məhəmmədəliyevin rəqibə müdaxiləsi zamanı referi oyunu davam etdirdi. Hakimliyin obyektiv olduğunu düşünürsüz?
- Rəşadın epizoduna baxmaq lazımdı. Ancaq Şahruddinin müdaxilə etdiyi vəziyyətdə rəqib ayağını yuxarı qaldırmışdı. Qapıçıya qarşı təhlükəli oyun var idi.
- Sanki komanda İslamiadada ikinci hissədə daha yaxşı oynayır. Bu sizin tapşırığınızdı, ya sadəcə, belə alınır?
- Yox, bu tapşırıqla bağlı deyil. Ötən qarşılaşmada küləyin müəyyən qədər rolu oldu. Bu görüşdə də külək əsirdi. Bəlkə də bu üzdən ilk hissədə futbolçularımız bir qədər çətinliklə üzləşdilər. Fasilədən sonar isə fəallaşdılar.
- Komandamız yarımfinalda Əlcəzairlə münasibətləri aydınlaşdıracaq. Bu rəqib haqda nə deyə bilərsiz?
- Onların Türkiyə ilə oyununu izləmişik. Digər görüşlərini də izləyib, futbolçulara tapşırıqlarımızı verəcəyik.
- Coşqun Diniyev ilk dəfə start heyətində meydana çıxdı. Növbəti qarşılaşmada da onu ilk “11-lik”də görəcəyik?
- İndidən heç nə demək olmaz. Hansı futbolçu daha hazır olacaqsa, ona da meydanda şans verəcəyik.
- Məqsəd İsayevin zədəsi ciddidi?
- Həkim müayinəsindən sonra durumuna aydınlıq gələcək. Fikrimcə, ciddi zədə ilə üzləşməyib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar