17 may 13:01yigma

Gürcü referi mərakeşliləri dəli etdi

Gürcü referi mərakeşliləri dəli etdi
“Belə hakimlə dünya çempionu da olmaq mümkündü”

Yığmamızın A qrupundakı son oyunu həlledici önəm daşıyırdı. Mərakeşlə qolsuz heç-heçə də Yaşar Vahabzadənin komandasını yarımfinala yüksəldəcəkdi. Tribunalarda 1000-ə yaxın azarkeş komandamızı qələbəyə səsləyirdi ki, bu say da əvvəlki iki görüşlə müqayisədə nisbətən çox idi. Tribunalar ilk hissədə daha fəal idi. Bir dəfə “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarını eşitdik. İlk 45 dəqiqədə başqa şüar diqqətimizi çəkmədi. İkinci yarının ortalarına qədər tribunalar susqun idi. Ta ki Coşqun Diniyevin yüzfaizlik qol vəziyyətini boşa verdiyi ana qədər. Bundan sonra həm azarkeşlər coşdu, həm də meydandakı mübarizə qızışdı. Qonaqları iki mərakeşli azarkeş dəstəkləyirdi ki, onlardan biri ölkəsinin böyük bayrağını əlində tutmuşdu. O, 90 dəqiqə boyunca əsəblərinə hakim ola bilmirdi. Hakim Georgi Kruaşvilinin mübahisəli, birmənalı olmayan qərarları ərəbi çılğına döndərmişdi. Deyəsən, öz dilində ədalət təmsilçisini tez-tez “yağlayırdı”. Rəqibin baş məşqçisi, köməkçiləri və ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları da gürcü referidən kəskin narazı idi. Xüsusən ikinci hissədə mərakeşli futbolçunun Şahruddinlə təmas zamanı yerdə qalmasından sonra hakimin penalti yox, qapıçımıza qarşı kobudluq edildiyi haqda qərar çıxarması ərəbləri dəli etdi. Onlar hətta meydana da çıxdılar. 4-cü hakim bir təhər mərakeşliləri yerinə qaytara bildi. Mərakeşin baş məşqçisi Camal Salami üzünü jurnalistlərə tutaraq ingiliscə “böyük sıfır” söylədi. Çalışdırıcı mətbuat konfransını tərk edərkən fransızca “belə hakimlə dünya çempionu da olmaq mümkündü” söylədi. Qarşılaşmanı canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov tribunanı gec tərk etdi. Sanki qurum rəsmisi jurnalistlərin getməsini gözləyir, hakimliklə bağlı sualdan yayınmağa çalışırdı. Sonda qarşılaşmanı İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar və Mərakeşin ölkəmizdəki səfirliyinin nümayəndələrinin izlədiyini də nəzərinizə çatdıraq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar