17 may 12:58yigma

U-23 yarımfinala adladı

U-23 yarımfinala adladı
Hakim simpatiyası etiraz doğurdu

İslam Həmrəylik Oyunları
A qrupu
Mərakeş - Azərbaycan 0:0

1. Yasin Əl-Husli
2. Fahd Mufi
4. Əşrəf Dari
(21. Sufian Yaxlef, 23)
5. Zəkəriyyə Əl-Əyud
6. Valid Sabbar
7. Məhəmməd Kamal
9. Ayman Əl-Hassani (k)
13. Yasin Mahyu
16. Yahya Attiat-Allal
17. Cuayib Əl-Maftul
(19. Həmzə Qudali, 46)
20. Züheyr Əl-Mutarayi
(23. Zəkəriyyə Benlamaci, 68)
Ehtiyat oyunçular
12. Əşrəf Sıdxı
22. Məhəmməd Kennouf
3. Saad Athorsa
10. Əhməd Xentouf
11. Hussam Amaanan
14. Həmzə Ərrahli
18. Anas Sudani
Baş məşqçi: Camal Salami

1. Şahruddin Məhəmmədəliyev
5. Sadiq Quliyev
6. Rəşad Sadiqov
(4. Adil Nağıyev, 24)
15.Ruslan Abışov (k)
19.Məqsəd İsayev
(18.Tellur Mütəllimov, 89)
20. Azər Salahlı
21. Vüqar Mustafayev
7. Coşqun Diniyev
(16. Elvin Camalov, 82)
8. Elşən Abdullayev
9. Ağabala Ramazanov
11. Mahir Mədətov
Ehtiyat oyunçular
12. Tərlan Əhmədli
22. Emil Balayev
2. Rahil Məmmədov
3. Azad Kərimov
10. Orxan Əliyev
13. Elnur Cəfərov
14. Yusif Nəbiyev
17. Mirabdulla Abbasov
23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
Vərəqələr: Y.Mahyu, 7.F.Mufi, 35. Y.Attiat-Allal, 45. A.Əl-Hassani, 57. V.Mustafayev, 59. V.Sabbar, 80. Y.Əl-Husli, 81. Z.Əl-Əyud, 82 – sarı.
Hakimlər: GEORGİ KRUAŞVİLİ, Zaza Menteşaşvili, Georgi Elikaşvili, Boris Qluşçuk (hamısı Gürcüstan).
Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan).
Nümayəndə: Murad Məmmədov (Azərbaycan).
15 may. Bakı. Bayıl Arena.
Binci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

U-23 qrupda sonuncu oyununda məğlub olmayacağı halda növbəti mərhələyə adlayacaqdı. Özü də qrupun digər matçının nticəsindən asılı olmayaraq. Səudiyyə Ərəbistanı – Kamerun görüşündə ikincilər xal itirəcəyi halda “Bayıl Arena”dakı heç-heçə Mərakeşi də növbəti daşıyacaqdı. Ancaq əvvəlki oyunlarda uduzan Səudiyyə Ərəbistanının Kamerundan xal almaq ehtimalı az olduğundan, Camal Salaminin yetirmələri qələbə üçün əlindən gələni edəcəkdi. Bir sözlə, liderlərin dueli böyük maraq doğururdu.
Mərakəş ilk dəqiqələrdən üstünlüyü yiyələndi. Artıq 4-cü dəqiqədə Əl-Hassaninin zərbəsindən sonra top qapının üstündən keçdi. 12-ci dəqiqədə isə Züheyrin vuruşu təhlükəli alınsa da, dəqiq deyildi. Az sonra Kamal fərqlənməyə yaxın oldu. Lakin onun qapıya ünvanladığı top cüzi fərqlə dirəyin yanından ötdü. Bir sözlə, nominal meydan sahibləri hücumlarına ara vermək niyyətində deyildi. 21-ci dəqiqədə Salaminin yetirmələri penalti tələb etsə də, gürcü referi davam işarəsi verdi. Hissənin ortalarında hər iki komandanın heyətində zədə üzündən məcburi dəyişiklik reallaşdı. Sadiqov oyunu davam etdirə bilməyincə meydana Nağıyev çıxdı. 25-ci dəqiqədə Məhəmməd Kamal yenidən diqqət mərkəzinə düşdü. Onun zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiq idi. Cəmi 4 dəqiqə sonra Mərakeşin kapitanı azərbycanlı azarkeşləri həyəcanlandırdı. Lakin onun vuruşundan sonra top cüzi fərqlə qapının yanından keçdi. Ümumiyyətlə, Vahabzadənin yetirmələri ilk yarıda, demək olar, hücum planında heç nə ilə yadda qalmadı. Yalnız hissənin son 5 dəqiqəsində yığma nisbətən fəallaşdı. Ancaq ilk yarıdakı daha bir real qol vəziyyətini Mərakeş yaratdı. Yenə də kapitan diqqətləri üzərinə çəkdi. O, bir neçə müdafiəçidən sıyrılmağı bacarsa da, “çərçivə”yə düşə bilmədi.
Görünür, Kamerunun ilk hissədə Səudiyyə Ərəbistanının qapısından 2 top keçirməsi xəbəri “Bayıl Arena”ya da çatmışdı. İkinci hissədə afrikalılar var qüvvə ilə irəli atıldı. Bu, U-23-ün müdafiəsinin işini nə qədər çətinləşdirsə də, əks-hücum şansı da yaratdı. 48-ci dəqiqədə bu cür imkanlardan biri əldən verildi. Mədətov son anda topa toxuna bilmədi. Bir müddət rəqibin təzyiqi, yığmanın müdafiədə etibarlı oynaması qapılar qarşısında yaddaqalan epizodların azlığı ilə müşayiət olundu. Ancaq son 20 dəqiqədə gərginlik xeyli artdı. 70-ci dəqiqədə Vahabzadənin yetirmələri əla fürsət yaxaladı. Əks-hücum zamanı Aağabala qapıya paralel ötürmə etdi, Coşqun isə yaxın məsafədən, eyni zamanda qapıçı ilə üzbəüz epizodda fərqlənə bilmədi. Az sonra Salaminin komandası əvvəlcə Abışovun, bir qədər sonra Elşənin qol arzusuna mane oldu. 79-cu dəqiqədə isə yığmanın ifasında daha bir real qol imkanı qaçırıldı. Ruslan əla ötürmə ilə Ağabalanı qapıçı ilə duelə göndərsə də, “Qarabağ”lı qeyri-dəqiq zərbə ilə fürsəti qaçırdı. Cəmi 1 dəqiqə sonra gürcü referi Mərakeşin haqlı penaltisini “yedi”. Belə ki, Məhəmməd Kamal topu qapıçının başı üzərindən atdı, Şahruddin isə özünü ona çırpdı. Belədə hər iki oyunçu yerdə qaldı və ədalət təmsilçisi penalti təyin etmək əvəzinə, əks istiqamətdə cərimə zərbəsinə işarə etdi. Onsuz da oyunboyu gürcünün yığmaya simpatiyası hiss olunurdu və bu epizodda mərakeşlilərin səbr kasası daşdı. Elə bunun məntiqi nəticəsidi ki, rəqibin 3 futbolçusu hakimə etiraza görə sarı vərəqə ilə “mükafatlandırıldı”. Qalan dəqiqələrdə isə Ağabalanın cərimə zərbəsindən cəhdi yaddaqalan oldusa, sonradan meydana çıxan Benlamacinin vuruşundan sonra top qapının üstündən keçdi. Beləliklə, bu oyunda qazanılan 1 xal U-23-ü yarımfinala daşıdı. Finala adlayacaq komandaların adına mayın 18-də aydınlıq gələcək. Həmin gün Vahabzadənin yetirmələri B qrupunun lideri Əlcəzairlə, Kamerun isə Omanla üz-üzə gələcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar