14 may 14:38yigma

Sözü ilə əməli düz gəlməyən Prosineçkinin menyusuna...

Sözü ilə əməli düz gəlməyən Prosineçkinin menyusuna...
...və ya Almaniya ilə oyundan sonra “kim yatıb, kim oyaqdı?”

Bazar ertəsi yığmanın baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya ilə oyun üçün heyəti açıqladı. Xorvat mütəxəssisin budəfəki siyahısı da müzakirələrə yol açdı. Ölkəmizə gəldiyi ilk vaxtlarda “klubunda oynamayan futbolçunu yığmada görməyəcəksiz” deyən mundialın bürünc medalçısı yenə vədinə əməl etmədi. Tutaq ki, ötən mövsümün bombardiri Rauf Əliyevin heyətdən kənarda qalması normal qarşılana bilməzdi. Çox güman, mütəxəssisə bu haqda sual ünvanlansa, “baş məşqçi mənəm, qərarı mən verirəm” deyəcək. Uzağı “fəlsəfəmə uyğun gəlmir” cavabını eşidəcəyik. Bir sözlə, Prosineçkinin 26 nəfərlik siyahısında yer alan futbolçuların heç də hamısı hazırda əla formada deyil. Sırf bu üzdən bombardirin, eləcə də klubundakı çıxışı ilə yığmada olmağı haqq edənlərin kənarda qalması haqlı tənqidlərə yol açır. Maraq üçün xorvat çalışdırıcıdan dəvət alanların klubunda necə çıxış etdiyinə nəzər salaq. Bunun üçün yığmanın Almaniya ilə qarşılaşmasından (1:4) bu yana olan müddəti götürdük. Qeyd edək ki, Prosineçkinin yetirmələri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bundestimlə martın 26-da üz-üzə gəlmişdi. Odu ki, futbolçuların həmin vaxtdan mövsümün sonuna, çempionatı davam edənlərin isə hazırki ana qədər olan göstəricilərinə nəzər yetirək.

qapıçılar
Kamran Ağayev
Yığmanın əsas qapıçısının durumuna üzülməmək olmur. Ona görə yox ki, Kamrana haqsızlıq ediblər, ona süni problem yaradıblar. Sadəcə, millinin oyun təcrübəsindən əməlli-başlı əziyyət çəkən qolkiperə möhtac qalması üzücüdü. Təəəssüf ki, belə durumda Prosineçkinin “Səlahət əsas heyətdə olmağa daha layiqdi” düşüncəsi ilə hərəkət edəcəyi inandırıcı deyil. Ancaq xatırladaq ki, Kamran sonuncu dəfə yanvarın 14-də meydana çıxıb. “Boavişta”dan uğursuz şəkildə ayrılan qolkiper əslində Almaniya ilə oyunda hansı vəziyyətdə olduğunu göstərmişdi. Qollardan bəzilərində səhvə yol verməsi, reaksiyasındakı lənglik oyun təcrübəsinin aşağı səviyyədə olmasından xəbər verirdi. Yarım mövsüm klubunda forma geyməyən qapıçının durumu haqda əlavə söz deməyə ehtiyac qalmır.

Səlahət Ağayev
Hər nə qədər Kamranın bir nömrəli əvəzləyicisi kimi gözlər ona dikilsə də, nədənsə baş məşqçi rəsmi matçlarda Səlahətə güvənmir. Hətta Kamran nə qədər klubsuz qalsa belə. Hazırda “İnter”i “Neftçi”yə dəyişəcəyi gündəmdə olan “çərçivə qoruyucusu” mövsümün ikinci yarısında bir müddət zədədən də əziyyət çəkdi. Almaniya ilə oyundan sonra cəmi 2 çempionat matçında meydanda olub. Bu iki görüşdə 4 dəfə qapısında qol görən Səlahətin durumu da ürəkaçan deyil.

Anar Nəzirov
Yığmanın 3-cü qapıçısı sayılan “Zirə”li digər qapıçılarla müqayisədə daha yaxşı vəziyyətdədi. Apreldə 3 matçda forma geyən Nəzirov hər üç görüşdə inmalı çıxışı ilə diqqəti çəkə bilib. Belə ki, 2 oyunda qapısını toxunulmaz saxlayan Anar yalnız 1 dəfə rəqibin fərqlənməsinə mane ola bilməyib. Maraqlıdı ki, bu üç görüşdə “Zirə” 7 xal toplayıb və “Qarabağ”dan uzun müddətdən sonra xal alıb. Təbii ki, komanda uğuru ilə yanaşı, Nəzirovun da çıxışı xüsusi qabardılmalıdı. Başqa sözlə desək, qapıçılardan ibarət “üçlük”də yer alan Anar avrokuboklarda da çıxış imkanı qazanıb.

müdafiəçilər
Tərlan Quliyev
Hərçənd Bədavi ilə Rəşadın olduğu vaxtda, xüsusən Şimali İrlandiya ilə önəmli bir qarşılaşmada Prosineçkinin onun xeyrinə seçim edəcəyi heç inandırıcı deyil. Baxmayaraq ki, Tərlan Qətərlə yoldaşlıq oyununda hətta fərqlənə də bilmişdi. Ancaq əsas heyət üzvü sayılmır. Mövsümün sonunda klubunda daim forma geyənlərdən biri olub. Almaniya ilə oyundan sonra premyer-liqada 4 matçı əvəzlənmədən keçirib.

Bədavi Hüseynov
Çoxları onun özünü xarici çempionatda sınamalı olduğunu deyir. Doğrudan da bu gün ölkəmizdə ən güclü mərkəz müdafiəçilərindən biridi. Xüsusən Sadıqovla tandemi yaxşı alınan Bədavi çempionatda 2, kubokda isə final qarşılaşmasını əvəzlənmədən keçirib. Hüseynov hazırda istər Prosineçkinin, istərsə də millinin vazkeçilməz üzvlərindədi.

Rəşad Sadıqov
U-19 liqasında baş məşqçi kimi çempionluğu qeyd edən Sadıqovun “Qarabağ”ın mövsümü “qızıl dubl”la başa vurmasında da əməyi oldu. Kapitanın xorvat çalışdırıcının siyahısında olması gözlənilən idi. Hərçənd kubokun finalında “Qəbələ” ilə görüşün 54-cü dəqiqəsində zədələndiyi üçün meydanı tərk etmək məcburiyyətində qalmışdı. Görünür, zədəsi ciddi deyil. Premyer-liqada isə ötən ay 4 oyunda 336 dəqiqə oynayıb.

Maksim Medvedev
Daha bir “Qarabağ”lı yığmanın əsas üzvü, milli üçün önəmli füqurlardan biridi. Almaniya ilə oyundan bu yana premyer-liqada 4 qarşılaşmanı əvəzlənmədən keçirib. Kubokda isə həm yarımfinalın cavab oyununda “Neftçi”yə, həm də finalda “Qəbələ” qarşı 901 dəqiqə mübarizə aparıb. Ümumiyyətlə, “Qarabağ”ın “ikinci cəbhə”nin yarımfinal görüşlərində və finalında qol buraxmaması “köhlən atlar”ın müdafiə xəttinin etibarlılığından xəbər verir. Bu mənada müdafiəçilərin işi göz qabağındadı.

Pavel Paşayev
Almaniya ilə oyunda Maksim zədədən yeni döndüyü və hazır olmadığı üçün Prosineçki start heyətində məhz onun xeyrinə seçim etmişdi. Paşayev “Stal”da daimi heyət üzvüdü, bundestimlə görüşdən sonra Ukrayna çempionatında 6 matçda meydanda olub və bütün qarşılaşmaları əvəzlənmədən keçirib.

Məhəmməd Mirzəbəyov
Yığmanın əsas heyət üzvlərindən sayılan Mirzəbəyovun “Qəbələ”dəki durumu heç ürəkaçan deyil. Belə ki, millinin son toplanışından sonra Roman Qriqorçuk, demək olar, Məhəmmədə güvənmir. Premyer-liqada cəmi 1 görüşdə 35 dəqiqə oynayıb. Onda da zədəli Ürfanın əvəzinə meydan çıxıb. Kubokun cavab matçında “İnter”ə qarşı 90 dəqiqə mübarizə aparıb, finalda isə yenə də məcburi əvəzetmədən şans qazanıb və 63 dəqiqə meydanda olub, vəssalam.

Ürfan Abbasov
Məhəmmədlə müqayisədə Qriqorçuk Ürfana daha çox güvənib. Apreldə premyer-liqada 3 oyunda 235 dəqiqə oynayıb. Kubokda isə iki matçda 117 dəqiqə top qovub. Təbii, Abbasovun finalda avtoqola imza atması psixoloji durum baxımından heç də yaxşı hal deyil.

yarımmüdafiəçilər
Ruslan Abışov
Hazırda U-23-ün heyətində İslamiadada çıxış edən Abışov haqda xoş sözlər demək çətindi. Apreldə 3 çempionat matçında şans qazanıb ki, bu da 248 dəqiqə deməkdi. Qışda “İnter”i “Neftçi”yə dəyişəndən sonra “ağ-qaralar”a o qədər də faydalı olmadı. Premyer-liqanın son turunda əzəli rəqib “Qarabağ”la görüşdə avtoqola imza atdığını da xatırladaq.

Namiq Ələsgərov
“Neftçi”də qeyri-adi bacarıq ortaya qoymayan Namiq apreldə 4 çempionat oyununda şans qazanıb, bunun 3-də 90 dəqiqə oynayıb. Ancaq bu qarşılaşmaların heç birində qol vurmayıb. “Qarabağ”la paytaxt klubu arasındakı razılıq üzündən kubokun yarımfinal matçlarını kənardan izləmək məcburiyyətində qalıb. Bir sözlə, yığmanın gələcəyi gözü ilə baxdığımız Namiq heç də ideal formada deyil.

Rahid Əmirquliyev
İki il öncə ölkənin ən yaxşı futbolçusu seçilən Rahid “Qarabağ”da əvəzolunmaza çevrilə bilmədi. Ötən ay çempionatda 4 oyunda, kubokda isə 3 matçda meydanda olub. Yarımfinalın hər iki görüşünü əvəzlənmədən keçirən yarımmüdafiəçi finalda cəmi 5 dəqiqə şans qazandı. Hər halda, Prosineçki ona əsas heyət üzvü gözü ilə baxır.

Qara Qarayev
Hazırda kareyrasının ən yaxşı dönəmini keçirən Qaranın xaricə üz tutmasını hər kəs istəyir. Almaniya ilə oyundan sonrakı müddətdə çempionatda 5, kubokda isə 3 oyunda şans qazanıb. Bu oyunların əksəriyyətini əvəzlənmədən keçirib. Hətta bəzi oyunlarda Qurbanov ona müdafiənin sağında da şans verib. Təbii, çalışdırıcı bu addımı onu sınamaq üçün yox, inandığına görə atıb. Klubunda olduğu kimi, yığmada da əsas heyət üzvüdü.

Riçard Almeyda
Hələ də “milliləşdirilməyən” braziliyalının yığmada çıxışını azərbaycanlı futbolsevərlər səbirsizliklə gözləyir. Onun komandanın gücünə güc qatacağı şübhə doğurmur. Bir sıra keyfiyyətlərə malik olan “sambaçı”nın Şimali İrlandiya ilə oyunda iştirakı mümkün olsa, bu bizim xeyrimizədi. Ötən ay çempionatda 3 görüşdə mübarizə aparıb. Kubokun finalında isə 85 dəqiqə oynayıb. Təbii, “Qarabağ”lıların oyun sayında heyətin genişliyi də müəyyən rol oynayır. Qurban Qurbanov əsas heyət üzvlərinə ara-sıra istirahət verir. Ancaq bu onların oyun təcrübəsindən əziyyət çəkdiyi anlamına gəlmir. Komanda “qızıl dubl” edirsə, əsas heyət üzvlərinin durumu haqda artıq sözə ehtiyac qalmır.

Əfran İsmayılov
Hazırda yaxşı formada olduğunu demək olar. Araşdırdığımız müddətdə 5 çempionat, 2 kubok oyununda meydanda olub. Xüsusən “Qəbələ” ilə final matçında sərgilədiyi oyun komandasının uğurunda müəyyən rol oynadı. Həlledici görüşdə həm məhsuldar ötürmə ilə yadda qaldı, həm də rəqibi avtoqola məcbur etdi.

Dmitri Nazarov
Yığmanın əsas heyət üzvü olan, Almaniya ilə oyunda fərqlənməklə diqqəti cəlb etməyi bacaran Nazarov “Ertsgebirge”də də uğurludu. Belə ki, Nazarov bundestimlə matçdan bu yana 7 oyunda meydanda olub, 4 dəfə rəqib qapılarına yol tapıb. Prosineçkinin belə bir futbolçunu siyahıdan kənarda qoyması, sadəcə, ağılsızlıq olardı.

Eddi İsrafilov
Martdan bu yana Eddi “Kadis”də cəmi 2 matçda şans qazanıb. Bu da ümumlikdə 94 dəqiqə edir. İsrafilovun “Mursiya” ilə görüşdə fərqləndiyini də qeyd edək. Oyun təcrübəsi kifayət qədər deyil.

Emin Mahmudov
“Boavişta”da elə də uğurlu karyera yaşamayan Mahmudov apreldə 3, mayda isə 1 görüşdə şans qazanıb. Düzdü, bu, üst-üstə 116 dəqiqə edir. Ancaq söhbət Portuqaliya çempionatından gedir. Birmənalı şəkildə “oyun təcrübəsi yoxdu” demək düzgün olmaz.

Elvin Məmmədov
“Zirə”də daim şans qazanır, əsas heyət üzvüdü. Apreldə 4 premyer-liqa matçında meydanda olub, 1 dəfə fərqlənib. Belə deyək, komandanın avrokuboklara vəsiqə qazanmasında onun da rolu var. Ancaq Prosineçkinin Elvinə əsas heyət üzvü gözü ilə baxmadığı da məlumdu.

Cavid Hüseynov
Bir neçə gün öncə qəzetimizə açıqlama verən “Qəbələ”nin kapitanı özünün mövsümlük çıxışından razı qalmadığını etiraf etmişdi. Ötən ay premyer-liqada 4 matçda (299 dəqiqə) forma geyib. Kubokda isə yarımfinalın ilk oyununda “İnter”ə qarşı cəmi 12 dəqiqə mübarizə aparıbsa, finalda 90 dəqiqə oynayıb.

Araz Abdullayev
Qışda “Qəbələ” ilə anlaşan Arazın yeni komandasındakı çıxışı da ürəkaçan olmadı. Apreldə çempionatda cəmi 2 oyunda şans qazanıb, üst-üstə 174 dəqiq oynayıb. Kubokda isə 2 matçda 117 dəqiqə mübarizə aparıb. Ancaq nə premyer-liqada, nə də “ikinci cəbhə”də fərqlənməyi bacarıb. Araz nəinki qeyd etdiyimiz müddətdə, ümumiyyətlə, “Qəbələ”nin formasında rəqib qapılarına yol tapa bilməyib.

hücumçular
Ağabala Ramazanov
Qışda “İnter”i “Qarabağ”a dəyişən Ramazanovun ağdamlıların heyətində mövsümün ilk yarısındakı qədər parlaq çıxış etmədiyi faktdı. Düzdü, onun “köhlən atlar”a heç xeyir vermədiyini söyləmək doğru olmaz. Yığmanın son toplanışından bu yana çempionatda 4, kubokda isə 3 matçda forma geyib. Premyer-liqada 221, “ikinci cəbhə”də isə 189 dəqiqə oynayıb. Lakin bu matçlardan heç birində fərqlənə bilməyib.

Ruslan Qurbanov
Maraqlıdı ki, Qriqorçuk əvvəllər Ruslana daha çox etimad göstərirdi. Belə ki, Qurbanov apreldə cəmi 3 çempoionat oyunda meydanda olub ki, bu da 177 dəqiqə edir. Kubokda isə yarımfinalın ilk görüşündə 90 dəqiqə oynayıb. Yığmanın əsas heyət üzvlərindən sayılan “Qəbələ”linin durumu, böyük ehtimalla, Prosineçkini də qayğılandırır.

Ramil Şeydayev
Görünür, qışda komandasını dəyişməsi uğurlu addım imiş. Şeydayev son vaxtlar üzümüzü güldürməyi bacarıb. Belə ki, araşdırdığımız müddət ərzində “Jilina”nın əsas komandasında 3, əvəzedicilərində isə 2 dəfə fərqlənib. Forvard bu göstərici ilə Prosineçkidən dəvət almağı haqq edirdi.

Renat Dadaşov
Bundestimlə matçda ən azı 1 dəqiqə oynayacağı gözlənilən Renatın adı heç “18-liy”ə belə salınmadı. Hətta Almaniya mətbuatında onun yığmamızdan imtina etməsi ilə bağlı yazılar da dərc olunmuşdu. Ancaq Prosineçkinin Dadaşova dəvət göndərməsi yazılanların həqiqəti əks etdirmədiyini göstərir. Bununla belə, hücumçu “Ayntraxt”ın son oyunlarında gözə dəymir. Məlum olduğu kimi, Renat Frankfurt təmsilçisinin U-19 komandasınıda çıxış edir.

Son söz əvəzi
Göründüyü kimi, Prosineçkinin siyahısında klubunda az şans qazananların sayı yetərincədi. Bu durumda daimi forma geyənlərin kənarda qalmasını anlamaq çətindi. Artıq ümid edək ki, xorvat çalışdırıcı problemləri hazırlıq zamanı yoluna qoyacaq. Ancaq çempionatla toplanışın eyni effekt vermədiyini də hər kəs bilir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar