12 may 21:50yigma

Ərəb məşqçi süni örtükdən gileyləndi

Yaşar Vahabzadə: “Növbəti oyunlarda Telluru meydana buraxa bilərəm”
Azərbaycan – Səudiyyə Ərəbistanı oyunundan sonra mətbuat konfransına əvvəlcə rəqibin baş məşqçisi Yusif Anbar gəldi və bunları dedi:
- Qalib gəldiyi üçün Azərbaycan yığmasını təbrik edirəm. İlk hissədə daha baxımlı oyun sərgilədik. Təəsüf ki, nəticə əldə edə bilmədik. Bilirdik ki, Azərbaycan ev sahibi olduğundan onlarla oyunumuz çətin keçəcək. Rəqib layiqli qələbə qazandı. Azərbaycana qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bizim üçün Kamerunla görüş formal xarakter daşıyacaq. Ancaq yenə əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışacağıq.
- Bugünkü soyuq hava isti iqlimə alışmış futbolçularınıza təsir göstərmədi?
- Yox, hava o qədər də təsir göstərmədi. Çünki Azərbaycanla təxminən eyni iqlimə malikik. Çıxışımıza mənfi təsir edən örtüyün süni olmasıydı.
- Mərakeş və Azərbaycan yığmasını müqayisə edə bilərsiz? Hansı komanda daha güclüdü?
- Hər iki komanda yaxşı oyun sərgiləyir. Yalnız sırf fiziki hazırlıq baxımından Mərakeşin üstün olduğunu düşünürəm. Ancaq Azərbaycanda Rəşad Sadiqovla Ruslan Abışovun ustalıq səviyyəsi diqqəti çəkir. Elşən Abdullayev, Ağabala Ramazanov və Mahir Mədətovun da təhlükəli futbolçular olduğunu qeyd etməliyəm. Hər iki komanda yarımfinala layiq futbol sərgiləyir. Onu da qeyd edim ki, əsas yığmamız Avstraliya ilə oyuna hazırlaşdığından millimizin üzvlərindən heç kimi komandamıza cəlb edə bilmədik.
- İslamiada və Azərbaycanla bağlı xatirələriniz necə olacaq?
- Azərbaycan çox yüksək səviyyədə təşkilatçılıq göstərir. Azərbaycan xalqı sanki bu oyunlara köklənib.
Ərəb məşqçi süni örtükdən gileyləndi
Daha sonra jurnalistlər qarşısına Yaşar Vahabzadə çıxdı:
- İki fərqli hissə izlədik. İlk hissədə küləyə qarşı oynayırdıq. Ötürmələrdə çoxlu səhvlərə yol verdik. Futbolda 2-3 ötürmə səhvi edəndə üstünlük rəqibə keçir. Fasilədə bəzi dəyişikliklər etdik. İkinci hissədə sürətli hücumlar qurduq. Komanda çox yaxşı təsir bağışladı. Uşaqların hamısından razı qaldım.
- Futbolçular tez-tez rəqiblə dava edirdilər. Sanki meydana bu məqsədlə çıxmışdılar...
- Yox, meydana dava etməyə çıxmamışdılar. Anlaşılmazlıq ola bilər. Hər iki komanda qalib gəlmək istəyirdi. Kənardan sakit olmalarını söyləyirdim. Amma 50 metr kənardan qışqıranda, irad tutanda o qədər də eşitmirlər.
- Elvin Camalov və Tellur Mütəlimov düşərgəyə zədəli qoşulmuşdu. Onların durumları necədi?
- Camalovu ötən oyunda meydana buraxdım. İndi tam sağalıb. Mütəllimov isə dünəndən komandayla məşqlərə qoşulub. Növbəti oyunlarda Telluru meydana buraxa bilərəm.
- Bu oyunla hansı nəticəyə ümid edirsiz?
- Əvvəldən demişəm ki, ilk məqsədimiz qrupdan çıxmaqdı. Bunu bacarsaq, növbəti hədəf haqda danışmaq olar.
- Rəqib baş məşqçi Mərakeşin fiziki cəhətdən daha güclü olduğunu söylədi. Siz bu haqda nə deyə bilərsiz?
- Mərakeş pis komanda deyil. Bu gün də oyunlarını izlədik. Bu görüşə hazırlaşmağa vaxtımız var. Deməzdim ki, fiziki cəhətdən mərakeşlilərdən geri qalırıq. Gördüyünüz kimi, 2-ci hissədə sürətli hücumlar qurduq. Bu da komandamızın fiziki hazırlığının qaydasında olmasından xəbər verir.
- Mərakeşlə oyunda 1 xal da qrupdan çıxmaq üçün kifayət edir. İlk növbədə müdafiəni düşünüb, əks-hücum taktikasına bel bağlayacaqsız?
- Biz öz oyunumuzu sərgiləyəcəyik. Meydana qələbə üçün çıxacağıq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar