12 may 21:46yigma

U-23 İslamiadada ilk qələbəsini qazandı

U-23 İslamiadada ilk qələbəsini qazandı
İslam Həmrəyliyi Oyunları
A qrupu

Azərbaycan – Səudiyyə Ərəbistanı 2:0 (0:0)
1. Şahruddin Məhəmmədəliyev
2. Rahil Məmmədov
(7. Coşqun Diniyev, 46)
5. Sadiq Quliyev
6. Rəşad Sadiqov
(4. Adil Nağıyev, 88)
15. Ruslan Abışov (k)
19. Məqsəd İsayev
20. Azər Salahlı
21. Vüqar Mustafayev
8. Elşən Abdullayev
9. Ağabala Ramazanov
11. Mahir Mədətov
(10. Orxan Əliyev, 86)
Ehtiyat oyunçular
12. Tərlan Əhmədli
22. Emil Balayev
3. Azad Kərimov
13. Elnur Cəfərov
14. Yusif Nəbiyev
16. Elvin Camalov
17. Mirabdulla Abbasov
18. Tellur Mütəllimov
23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə

21. Həbib Əl-Vetyan
2. Ömər Əl-Suneyn
4. Abdulmohsen Fallatah
5. Abdulla Əl-Fahad
8. Məhəmməd Kanno (k)
9. Əbdülrəhman Əl-Həmdi
(19. Hazaa Əl-Hazaa, 72)
10. Məhəmməd Əl-Kevaykibi
(16. Rayed Əl-Həmdi, 61)
15. Hassan Əl-Əmri
17. Fahad Zahim
18. Əli Hazazi
20. Abdulla Əl-Salem
(11. Əbdüləziz Əl-Bişi, 82)
Ehtiyat oyunçular
1. Məhəmməd Avay
22. Marvan Əl-Heydəri
3. Əhməd Şarahili
6. Abdulelah Əl-Malki
7. Abdulla Əl-Meybas
12. Məhəmməd Əl-Baqavi
13. Hassan Rayfavi
14. Motaz Əl-Tambakti
23. Əli Layami
Baş məşqçi: Yusif Anbar
Qollar: E.Abdullayev, 67 (1:0). A.Ramazanov, 82 (2:0).
Vərəqələr: M.Mədətov, 34. A.Rmazanov, 50. H.Əl-Əmri, 50. Ə.Əlhəmdi,75. M.İsayev, 85 – sarı.
Hakimlər: ANDREY ÇEBAN, Vitali Terzi, Ruslan Rasku, Andrey Brequta (hamısı Moldova).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
Nümayındə: Elçin Məmmədov (Azərbaycan).
11 may. Bakı. Bayıl Arena.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

Yığma bu oyunda qarşısına 3 xal qazanmaq hədəfi qoymuşdu. Günün ilk matçında Kamerunla Mərakeş heç-heçə etmişdi ki, Vahabzadənin yetirmələri qələbə sayəsində Mərakeşlə A qrupunun şərikli lideri olacaqdı.
Qonaqlar oyuna fəal başladı. Artıq 3-cü dəqiqədə Əl-Kevaykibinin zərbəsi təhlükəli alınsa da, dəqiq olmadı. Az sonra U-23-ün müdafiəsindəki çaşqınlıq az qala meydan sahiblərinə baha başa gələcəkdi. Yaxşı ki, ərəblər fürsəti dəyərləndirə bilmədi. 6-cı dəqiqədə isə Əl-Kevaykibi Şahruddinin sayıqlığını yoxladı. Millinin qolkiperi həmin epizodda səhvsiz oynadı. Bundan sonra bir müddət qapılar qarşısında təhlükəli vəziyyət izləmədik. Vahabzadənin yetirmələri, ümumiyyətlə, məntiqli hücum qurmaqda çətinlik çəkirdi. Meydan sahibləri daha çox ünvansız, eyni zamanda rəqibə edilən ötrmələrlə diqqət mərkəzinə düşürdü. 23-cü dəqiqədə Əbdülrəhman Əl-Həmdinin uzaqdan zərbəsindən sonra top qapının üstündən keçdi. Çox keçmədən Hazazinin də vuruşu yaddaqalan alındı. Nəhayət, 30-cu dəqiqədə bizimkilərin ifasında ilk təhlükəli zərbənin şahidi olduq. Ağabalanın qapıya ünvanladığı topun qarşısını rəqib müdafiəçi kəsdi. Hissənin sonlarında isə Səudiyyə Ərəbistanı iki həmlə ilə yerli azarkeşləri həyəcanlandırdı. Əbdülrəhman Əl-Həmdinin başla zərbəsi qeyri-dəqiq alındı. Elə Kanno da “çərçivə”yə düşə bilmədi.
Vahabzadə fasilədən dərhal sonra müdafiədən Rahili alıb, Coşqunu döyüşə atdı. Bu dəyişiklik fayda verdi və yığmanın oyunu xeyli canlandı, hücumların sayı və effekti atdı. 49-cu dəqiqədə Elşəndən ötürmə alan Ağabalanın qapıya ünvanladığı top toru yandan silkələdi. Bundan onra Ramazanov arıdıcıl iki epizodda diqqət mərkəzinə düşdü. O ilk cəhdində dəqiq ola bilmədisə, ikinci vəziyyətdə qapıçı əla oynadı. 55-ci dəqiqədə rəqib müdafiəsindəki səhvdən sonra Mahir topu ələ keçirib bir qədər irəlilədi və zərbə endirdi. Ancaq Əl-Vetyan onun sevinməsinə mane oldu. Bir saatın tamamında ərəb qolkiper Rmazanovun fərqlənməsinə imkan vermədi. Cəmi 4 dəqiqə sonra Əl-Vetyan iki dəfə komandasını qoldan xilas etdi. Əvvəlcə Elşənin vuruşunu zərərsizləşdirən “çərçivə qoruyucusu” ardınca Mahirə dəyib istiqamətini dəyişən topu əla reaksiya ilə kornerə çıxardı. Yığmanın həmlələrinin sayının artması fonunda “atəşkəsin pozulması” an məsələsi idi. Belə də oldu. 67-ci dəqiqədə Elşən cinahdan mərkəzə doğru yönəlib, sol ayaqla endirdiyi qüvvətli zərbə ilə hesabı açdı. Əslində ikinci hissənin gedişində, həmçinin qoldan sonra matçda gərginlik yüksək həddə idi. Ancaq 2-ci qoldan sonra hər iki tərəf sanki sakitləşdi. U-23-ü rahatladan qol zamanı isə rəqibin də müəyyən “əməyi” oldu. Müdafiədən çıxmaq istəyən ərəblər topu Coşquna “hədiyyə etdilər”. Diniyev Mədətova ötürmə verdi, sonuncu isə Ramazanovu zərbə mövqeyinə çıxardı. Ağabala fürsəti əldən verməyərək, uzaq küncü dəqiq nişan aldı. Beləcə, U-23 İslamiadada ilk qələbəsini qazandı.
Qeyd edək ki, qrup mərhələsinə mayın 15-də yekun vurulacaq. Son turda Səudiyyə Ərəbistanı Kamerunla, Vahabzadənin komandası isə Mərakeşlə üz-üzə gələcək. Yığmanın oyunu yenə də “Bayıl Arena”da, saat 18.30-da başlayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar