12 may 20:14yigma, manset

Məşqçilər Komitəsinin üzvləri Prosineçkinin seçiminə münasibət bildirdi

Məşqçilər Komitəsinin üzvləri Prosineçkinin seçiminə münasibət bildirdi
Vaqif Sadıqov: “Məndən olsa, 10 Rauf kimisini yığmaya dəvət edərəm”
Şakir Qəribov: “Onun millidən kənarda qaldığını biləndə təəccübləndim”


Şimali İrlandiya ilə matç üçün siyahını açıqlayan Robert Prosineçkinin premyer-liqanın bombardiri Rauf Əliyevə dəvət göndərməməsi hamını təəccübləndirib. Ötən sayımızda yazdığımız kimi, görəsən, “İnter”in forvardı daha nə etməliydi ki, oynadığı klublarda ehtiyatda qalan başqa futbolçular kimi millinin qapıları onun da üzünə açılsın? Xatırladaq ki, xorvat mütəxxəssis adalılarla taleyükli qarşılamada 4 forvard – Ağabala Ramazanov, Ruslan Qurbanov, Renat Dadaşov və Ramil Şeydayevin xidmətindən yararlanmağı düşünür. Renatla Ramili AFFA rəsmilərinin böyük yalvar-yaxar, minnətlə “milliləşdirdiyini” nəzərə alsaq, Prosineçkinin cütlüyü yığmanın düşərgəsinə dəvət etməsini hardasa başa düşmək olar. Renat bu dəfə də kənarda qalsaydı, böyük ehtimalla, bir daha Azərbaycana gəlməyəcəkdi. Şeydayevin isə indi-indi ayağı açıldığından, assosiasiya rəsmilərinin uçmağa qanadı yoxdu, ruslardan “oğurlanan” forvard belə məqamda kənarda qala bilməzdi.
Bəs görəsən, Qurbanovla Ramazanov hansı üstün cəhətlərinə görə Raufdan fərqli ölkənin əsas komandasının çalışdırıcısının diqqətini cəlb edib? Bu suala cavab tapmaq üçün Rauf, Ağabala və Ruslanın geridə qoyduğumuz mövsümdə statistik göstəricilərini gözdən keçirməyə qərar verdik. Filip Ozobiçlə mövsümün şərikli bombardiri olan “İnter”in hücumçusu premyer-liqada 26 oyunda (2041 dəqiqə) iş başında olub və 11 dəfə adını tabloya yazdırıb. Ölkə kubokunda 4 oyuna (345 dəqiqə) çıxan Rauf 3 dəfə fərqlənib. Qış fasiləsinə qədər “İnter”in, 3-cü və 4-cü dövrədə isə “Qarabağ”ın şərəfini qoruyan Ağabala isə üst-üstə 25 qarşılaşmada (1662 dəqiqə) komandasına yardım edib. Yarımmüdafiənin cinahında da oynamağı bacaran bəstəboy oyunçu kubok görüşlərində 6 oyun (432 dəqiqə) keçirib və 4 dəfə rəqibləri topu tordan çıxarmağa məcbur edib. Mövsümə “Neftçi”də başlayan, avqustun son günündə gözlənilmədən “Qəbələ”yə keçən Ruslan Qurbanov isə 2016/17 mövsümündə Ağabala və Raufdan az, daha konkret desək, 24 çempionat matçında (1485 dəqiqə) top qovub. Ölkə kubokunda isə “milliləşdirilmiş” futbolçu 3 oyun (300 dəqiqə) meydanda məşqçinin etimadını doğrultmağa çalışıb və 1 qol vurub.
Statistikadan da görünür ki, Prosineçkinin oyun fəlsəfəsinə uyğun gəlməyən Əliyev bütün göstəricilərdə həm Ramazanovu, həm də Qurbanovu qabaqlayır. Yəqin ki, qeyd etdiyimiz müqayisəli rəqəmlər millinin baş məşqçisi və məşqçilər koprusunda da var. Ancaq bütün bunlara baxmayaraq, ucaboy hücumçu Şimali İrlandiya ilə matça ya tribunadan, ya da mavi ekrandan baxmaq məcburiyyətindədi.
Bəs görəsən, 2016/17 “futbol ili”ndə ölkənin ən sərrast yerli futbolçusu adını qazanan forvardın heyətdən kənarda qalmasına Məşqçilər Korpusunun üzvləri necə münasibət göstərir? Onlar Prosineçkinin qərarı ilə razılaşırlar, ya yox? Bu suallara cavab tapmaq üçün əvvəlcə komitənin sədri Vaqif Sadıqovu aradıq. Ancaq deyəsən, sualımız Vaqif bəyin xoşuna gəlmədi və bizə bir qədər əsəbi tonda cavab verdi: “Mən başa düşmürəm, siz nəyə görə mənə belə sual verirsiz? Yığmanın baş məşqçisi var və o da heyətə kimi dəvət edəcəyinə özü qərar verir. Məndən olsa, 10 Rauf kimisini yığmaya dəvət edərəm. Ancaq hazırda “sükan” onun əlindədi. Ola bilsin, Rauf mövsümün bombardiri olmasına baxmayaraq, Prosineçkinin oyun modelinə uyğun gəlmir. Sonda nəticəyə görə baş məşqçi məsuliyyət daşıdığından biz onun işinə müdaxilə edə bilmərik. Onun bu qərarına bir tərəfdən də sevinmək lazımdı. Prosineçki bu cür söz-söhbətlərin yaşanmaması üçün istəsəydi, 26 nəfərlik siayhıya Əliyevin də adını salardı. Belədə heç kim onu asıb-kəsməyəcəkdi. Ancaq xorvat məşqçi bilə-bilə ki, onun bu seçimi söz-söhbət yaradacaq, medianın təzyiqindən çəkinməyərək müstəqil qərar verib. Kimin haqlı, kimin haqsız olduğunu isə zaman göstərəcək”.
Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov Raufun adını siayhıda görməyəndə təəccübləndiyini söylədi: “Əliyevin zədədən yeni döndüyü vaxtlarda milliyə çağrılmamasını başa düşmək olardı. Hücumçu oprimal formasından uzaq düşmüşdü. Ancaq çempionatın son bölümünü yüksək səviyyədə keçirdi, iki bombardırdən biri oldu, “İnter”in gümüş qazanmasında pay sahibidi. Açığı, onun millidən kənarda qaldığını biləndə təəccübləndim. Rauf hücumçu kimi bir çox üstünlüklərə sahibdi. Həm ayaqla, həm də başla yaxşı oynayır, sona qədər mübarizə aparır. Ancaq heyət seçimində son qərar Prosineçkiyə məxsusdu, Məşqçilər Komitəsinin üzvləri onun işinə müdaxilə etmir. Fikrimcə, hücumçu ən azı “26-lıq”da olmalıydı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar