11 may 19:03yigma

“Sektor 11” kömək üçün AFFA-ya müraciət edib

 “Sektor 11” kömək üçün AFFA-ya müraciət edib
Bildiyiniz kimi, Bakı hazırda daha bir beynəlxalq idman yarışına evsahibliyi edir. Söhbət 4-cü İslam Həmrəyliyi Oyunlarından (İHO) gedir. Mayın 8-də İHO-da futbol yarışlarına start verildi. A qrupunda yer alan U-23 millimiz ilk oyunda Kamerunla 0:0 hesablı “sülh”ə razılaşdı. Ümumilikdə İHO-nun təşkilatçılığı ilə bağlı bir sıra nöqsanlar və çatışmazlıqlar olduğu kimi, “Bakcell Arena”da baş tutan Azərbaycan – Kamerun qarşılaşmasında da xoşagəlməz hal yaşandı. Öncədən xəbər verdiyimiz kimi, bütün milli komandaları stadionlarda dəstəkləməyi adətə çevirmiş “Sektor 11” azad azarkeş qrupu sözügedən qarşılaşmanı da tribunalardan izləmək üçün arenaya yollanıb. Lakin millinin ilk matçını izləmək onlara nəsib olmayıb. Bunun səbəbi isə onların stadiona buraxılmaması olub. Matçdan öncə “Bayıl Arena”nın qarşısında toplaşan azarkeş qrupunun üzvləri hər zaman olduğu kimi, bu dəfə də baraban və bannerlə “silahlanıblar”. Arenanın girişində olan İHO-nun Təşkilat Komitəsinin nümayəndələri azarkeş qrupuna baraban və bannerlə stadiona girməyin mümkünsüz olduğunu bildirib. Bu səbəbdən “Sector 11” azarkeş qrupunun üzvləri matçda iştirak edə bilməyiblər. Onlar baraban və bannersiz stadiona girib, dəstək vermələrini məntiqsiz və absurd addım kimi qəbul ediblər.
Məsələ ilə bağlı sözügedən azarkeş qrupunun rəhbəri Atanur Cəfərli ilə əlaqə saxladıq. O belə halla ilk dəfə qarşılaşdıqlarını dilə gətirdi: “Hamı bilir ki, biz bütün millilərin oyunlarına gedib, komandalarımıza dəstək veririk. Ötən il Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilmişdi. Orda da tribunada yer almışdıq. Bu dəfə də öncədən bildirdiyimiz kimi, U-23-ü dəstəkləmək üçün stadionun qarşısında toplaşmışdıq. Baraban və bannerləri də həmişəki kimi özümüzlə götürmüşdük. Sayımız da 40-50 nəfər idi. Amma bu dəfə gözlənilməz problemlə üzləşdik. Halbuki Avropa çempionatı zamanı bu cür hal başımıza gəlməmişdi. İHO-nun təşkilatçıları dedilər ki, baraban və banner olmaz. Onlar bunu bizə sərt formada bildirdilər. Sanki biz futbola aidiyyatı olmayan nəsə gətirmişik. Çox təəssüfləndik. Baraban odlu silah deyil ki… Bəli, azarkeşin “silah”ıdı. Barabansız ora getməyimizin heç bir xeyri olmayacaqdı. Təsəvvür edin, bir jurnalisti qələm-dəftər və ya noutbuksuz media sektoruna buraxıblar. Bilirsiz, bu nəyə oxşayır? Futbolçunu topsuz meydana buraxıb futbol oynamağı tələb etməyə. Bu cür gülünc vəziyyətlə qarşılaşdıq. Uşaqlarla danışdıq, ümumiyyətlə, içəri girməməyi qərara aldıq”.
Atanurun sözlərinə görə, AFFA bu məsələni yoluna qoymağa çalışacaq: “Bu barədə AFFA-ya müraciət etmişdik. Bildirdik ki, komandamızı dəstəkləməyə gəlsək də, bizi içəri buraxmırlar. Bilmirəm, onlar bu barədə nə ölçü götürəcəklər. Kömək etsələr, yaxşı olar. Biz də milli komandamıza dəstək olarıq. Bu gün (dünən) AFFA-dan zəng gəldi. Bildirdilər ki, məsələ bizlik deyil. Bu məsələni İHO-nun Təşkilat Komitəsi tənzimləyir. Assosiasiyadan dedilər ki, oyunlara getməzdən əvvəl xəbər edin, biz də onlarla danışaq, razılıq alaq. Əks halda yenə eyni vəziyyət təkrarlana bilər. AFFA bizə kömək etmək istəyir. Onları da yaxşı başa düşürük. Görək, qarşıdakı oyunlara gedə biləcəyikmi? Hər halda, uşaqlarla bunu müzakirə edəcəyik. Biletlər də almışıq. Uşaqlar razı olsa, AFFA da Təşkilat Komitəsi ilə danışsa və razılıq alsa, çox güman, qalan oyunlarda tribunada olacağıq. Heç vaxt komandalarımızı tək qoymaq istəməmişik. Onların bizim dəstəyə ehtiyacı var”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar