11 may 19:02yigma

Yığmanın İslamiadada ikinci sınağı

Yığmanın İslamiadada ikinci sınağı
Vahabzadə: “Diqqətli olub, əlimizdən gələni etməliyik”

Bu gün U-23 İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti matçını keçirəcək. Yaşar Vahabzadənin yetirmələri Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Bu qarşılaşma da “Bayıl Arena”da keçiriləcək və 18.30-da başlayacaq. Oyunu “İdman Azərbaycan” canlı yayınlayacaq. Öncə hər iki komandanın heyətini diqqətinizə çatdıraq.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 10. Orxan Əliyev, 11. Mahir Mədətov, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.
Səudiyyə Ərəbistanı: 1. Məhəmməd Avay, 2. Ömər Əl-Suneyn, 3. Əhməd Şarahili, 4. Abdulmohsen Fallatah, 5. Abdulla Əl-Fahad, 6. Abdulelah Əl-Malki, 7. Abdulla Əl-Meybas, 8. Məhəmməd Kanno, 9. Əbdülrəhman Əl-Hamdi, 10. Məhəmməd Əl-Kovaykibi, 11. Əbdüləziz Əl-Bişi, 12. Məhəmməd Əl-Baqavi, 13. Hassan Rayfavi, 14. Motaz Əil-Tambakti, 15. Hassan Əl-Əmri, 16. Rayed Əl-Hamdi, 17. Fahad Zahim, 18. Əli Hazazi, 19. Hazaa Əl-Hazaa, 20. Abdulla Əl-Salem, 21. Həbib Əl-Vatyan, 22. Marvan Əl-Heydəri, 23. Əli Layami.

Yığma A qrupundakı ilk oyununda Kamerunla üz-üzə gəldi. Qrupun favoriti ilə matçda heç-heçə edən (0:0) U-23 bu dəfə qələbə qazanmaq niyyətindədi. Qeyd edək ki, Səudiyyə Ərəbistanı açılış turunda Mərakeşlə qarşılaşdı və minimal hesabla (0:1) məğlub oldu. Bu gün öncə Kamerunla Mərakeş münasibətləri aydınlaşdıracaq. Saat 12.30-da başlayacaq həmin qarşılaşmanın nəticəsi bizim üçün də önəmlidi. Hər halda, qarşısına qrupdan çıxmaq hədəfi qoyan U-23 Səudiyyə Ərəbistanını məğlub etməlidi. Əks halda, Vahabzadənin yetirmələri işini çətinə salacaq. Yeri gəlmişkən, yığmanın baş məşqçisi bu rəqibin hansı keyfiyyətlərə malik olduğunu bilir. Belə ki, Yaşar bəyin Səudiyyə Ərəbistanının ilk turdakı oyununu izləmək imkanı olub.
Matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrey Çeban olacaq. Ona Vitali Terzi və Ruslan Rasku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək. Yeri gəlmişkən, qrupun digər oyununda – Kamerun - Mərakeş matçında bizim hakimlər iş başında olacaq. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək, matçın laysmanları Yaşar Abbasovla Namiq Hüseynov olacaq, briqadada dördüncü hakim kimi Ömər Paşayev yer alıb.
Reaksiya
Yaşar Vahabzadə: “Hər bir komandaya hörmətlə yanaşmaq lazımdı. Səudiyyə Ərəbistanının ilk oyununu izləmişəm. Bəlkə də bu komanda bir qədər zəif göründü. Amma bunun səbəbi Mərakeşin daha güclü təsir bağışlaması da ola bilər. Futboldakı çıxış qarşındakı rəqibdən də asılıdı. Hər halda, hazırlaşırıq. Komandamızda hansısa problem, zədəli yoxdu. Normal məşqlərimizi edirik. Çalışacağıq ki, Səudiyyə Ərəbistanına qarşı oyunda da əzmkarlıq nümayiş etdirək, istəyimizi ortaya qoyaq. Kamerunla matçda hücumda bir qədər dəqiqlik çatmırdı. Uşaqlar son ötürmələri çatdıra bilmirdi. Düşünürəm ki, belə çatışmazlıqları aradan qaldırsaq, yaxşı nəticə qazana bilərik. Təbii, bu cür turnirlərdə ilk oyundan çox şey asılı olur. Bu üzdən hazırda kollektiv daxilində ab-hava yaxşıdı. Futbolçular lazımi qaydada hazırlaşır, üzərinə düşən məsuliyyəti dərk edir. İslam Həmrəyliyi Oyunları burdakı futbolçuların çoxu üçün bəlkə də həyatında bir dəfə olan yarışdı. Uşaqlar bunu da anlayır. Plan üzrə hazırlaşırıq. Səudiyyə Ərəbistanının güclü və zəif tərəflərinə gəlincə, Mərakeşlə matçda hücumda xüsusi nəsə göstərmədi. Amma komanda şəklində müdafiə olunmağı bacarırlar. Rəqib standart vəziyyətlər zamanı təhlükəli ola bilər. Çünki heyətində ucaboy futbolçular var. Məhəmməd Kanno və Abdulrəhman Əl-Hamdini fərqləndirə bilərəm. Bundan başqa, “10 nömrə”nin (Məhəmməd Əl-Kovaykibi) ayağı yaxşı top tutur. Ona nəzarət etmək lazımdı. Bir sözlə, diqqətli olub, əlimizdən gələni etməliyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar