10 may 17:23yigma

Yığma "sülh"lə başladı

Yığma "sülh"lə başladı
İslam Həmrəylik Oyunları
A qrupu
Azərbaycan – Kamerun 0:0

1. Şahruddin Məhəmmədəliyev
20. Azər Salahlı
2. Rahil Məmmədov
5. Sadiq Quliyev
15. Ruslan Abışov (k)
19. Məqsəd İsayev
21. Vüqar Mustafayev
(7. Coşqun Diniyev, 76)
6. Rəşad Sadiqov
(16. Elvin Camalov, 90+2)
9. Ağabala Ramazanov
17. Mirabdulla Abbasov
(8. Elşən Abdullayev, 46)
11. Mahir Mədətov
Ehtiyat oyunşular
12. Tərlan Əhmədli
22. Emil Balayev
3. Azad Kərimov
4. Adil Nağıyev
10. Orxan Əliyev
13. Elnur Cəfərov
14. Yusif Nəbiyev
18. Tellur Mütəllimov
23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə

16. Omossola Mecu
3. Banyak Moenji (k)
4. Başak Tomas
6. Kunde Malonq
9. Mbobe Moenji
10. Pandop Tsidcu
(22. Nyonqanq Nana, 84)
11. Serj Andulo
13. Otia Paul
14. Abanda Koa
17. Alima Atanqana
(7. Keyap Dje, 63)
20. Ekollo Malolo
(2. Moundi Mohaze, 90+3)
Ehtiyat oyunçular
12. Samuel Nlend
1. Dande Junior
5. Dava Takonte
8. Frank Tyentçu
15. Mbassidara Mbayso
18. Mussinqa Muasso
19. Nkolo Ossinqan
21. Kami Ntanku
23. Fabril Kaou
Baş məşqçi: Riçard Tova
Vərəqə: B.Moenji, 86 – sarı.
Hakimlər: GEORGİ KRUAŞVİLİ, Zaza Menteşaşvili, Georgi Elikaşvili, Boris Qluşçuk (hamısı Gürcüstan).
Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan).
Nümayəndə: Murad Məmmədov (Azərbaycan).
8 may. Bakı. Bayıl Arena.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

Dünən U-23 İslam Həmrəyliyi Oyunları çərçivəsində ilk oyununu keçirdi. Yaşar Vahabzadənin yetirmələri qrupun favoritlərindən olan Kamerunla qarşılaşdı. Millinin yer aldığı A qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Mərakeşi minimal hesabla üstələmişdi. Yığma da yarışa qələbə ilə start vermək niyyətində idi. Ancaq bunun elə də asan olmayacağı öncədən bəlli idi. Vahabzadə hələ rəqiblər bəlli olanda məhz kamerunluların gücünü fərqləndirmişdi.
Oyuna fəal başlayan qonaqlar elə ilk dəqiqədəcə Şahruddinin qapısı qarşısında təhlükə yaratdı. Ancaq Malolonun zərbəsindən sonra top qapının yanından keçdi. Cəmi 5 dəqiqə keçmişdi ki, Malonq da bəxtini sınamaq qərarına gəldi. Onun vuruşu qüvvətli alınsa da, Məhəmmədəliyev “çərçivə”də etibarlı oynadı. 16-cı dəqiqədə isə Şahruddin Pandopun sevinməsinə imkan vermədi. Az sonra Malonq qeyri-dəqiq vuruşla diqqət mərkəzinə düşdü. Kamerunun hücumları bir-birini əvəz etsə də, Vahabzadənin yetirmələri effektli hücum təşkil edə bilmirdi. İrəli xətdə dağınıq şəkildə qurulan həmlələr elə də yaddaqalan olmurdu. Yalnız Məqsədin yer aldığı sağ cinah nisbətən fəal idi. Nəhayət, 34-cü dəqiqədə U-23-ün ifasında ilk təhlükəli vəziyyətin şahidi olduq. Mirabdullanın zərbəsi qapının yanından keçdi. Kamerun bunun cavabını qolla verə bilərdi. Abandanın vuruşu qüvvətli alınsa da, cüzi dəqiqlik çatmadı. İlk yarıda sonuncu, eləcə də matçın ən real qol epizodunu Vahabzadənin yetirmələri yaratdı. Məqsədin ötürməsindən sonra Ağabala topu saxlamadan qapıya ünvanlasa da, tir qonaqları qoldan xilas etdi.
Fasilədən dərhal sonra Vahabzadə əvəzetməyə əl ataraq, Mirabdullanı meydandan alıb, Elşəni döyüşə atdı. Ancaq ilk yarıda olduğu kimi, ikinci hissənin əvvələrində də Kamerun daha fəal idi. 53-cü dəqiqədə Ekollo qapıçı ilə üzbəüz qalsa da, “çərçivə”ni dəqiq nişan ala bilmədi. Həmin epizodda Şahruddin vaxtında irəli çıxıb, rəqibin rahat şəkildə qərar verməsinə mane ola bilmişdi. Bir saatın tamamında isə Məhəmmədəliyev Malonqun fərqlənməsinə imkan vermədi. Bu dəqiqələrdə təzyiqi artıran Kamerun əvvəlcə Alima, ardınca Kunde ilə U-23-ün qapısına doğru həmlə etdi. 69-cu dəqiqədə isə Vüqarın zərbəsindən sonra rəqib qolkiper səhvsiz oynadı. Cəmi 2 dəqiqə sonra Ağabala yenidən diqqət mərkəzinə düşdü. Onun qüvvətli zərbəsindən sonra qapıçı əla reaksiya ilə topu tirin üstündən aşırdı. Başqa sözlə, azarkeşlər iki gözəl hərəkətə şahidlik etdi: əla zərbə, əla seyv. Komandasını bir neçə epizodda qoldan xilas edən Şahruddin 80-ci dəqiqədə az qala bütün əziyyətini yerə vuracaqdı. Mənasız yerə “çərçivə”ni tərk edən qapıçının bəxti onda gətirdi ki, rəqib fürsəti dəyərləndirə bilmədi. Əsas vaxtın son dəqiqəsində isə Ağabala rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etmədi. Oyundan sonra, çox güman, Ramazanov məhz həmin epizodla bağlı referi ilə sakit tərzdə dialoqa girdi. Ancaq görünən o idi ki, gürcü ədalət təmsilçisinin izahatı Ağabala üçün yetərli oldu… Uzatma dəqiqələrində Mbobe Moenjinin vuruşundan sonra Şahruddin yenə də “çərçivə”də səhvsiz oynadı. Beləliklə, U-23 yarışa “sülh”lə başladı. Qeyd edək ki, yığmamız A qrupunda növbəti oyununu mayın 11-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək. Həmin oyun da saat 18.30-da “Bayıl Arena”da başlayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar