10 may 17:18yigma

Yaşar Vahabzadə jurnalistdən üzr istədi

Yaşar Vahabzadə jurnalistdən üzr istədi
Riçard Tova: “Biz texniki, Azərbaycan isə taktiki cəhətdən yaxşı oynadı”
Azərbaycan – Kamerun oyunu başa çatdıqdan sonra mətbuat konfransına əvvəlcə qonaqların baş məşqçisi Riçard Tova gəldi.
- İlk oyunumuzu təşkilatçı ölkənin komandasına qarşı keçirmək xoş idi. Hər iki komanda qələbə üçün bütün gücünü ortaya qoydu. Biz texniki, Azərbaycan isə taktiki cəhətdən yaxşı oynadı. Rəqib yaxşı müdafiə olunurdu. Qol vurmaq üçün bir neçə şansımız oldu. Azərbaycan bizə problem yaratdı. Nə özləri qol vurdu, nə də bizə fərqlənməyə imkan verdilər. Komandaların bir-birinə hörmətini müşahidə etdik. Qalib gələ bilməsək də, komandamı alqışlayıram. Çünki bizim heyətimiz daha gəncdi. Əsasən 18-20 yaşlı futbolçularla bura gəlmişik. Bu oyunlar onlara təcrübə qazanmaq baxımından faydalı oldu.
- Sünii örtükdə oynamaq sizin üçün problem yaratdı?
- Qazonun durumu bizim üçün problem yaratmadı. Çünki Kamerunda da süni örtüklü stadionlar var. Bizim üçün belə qazon yad deyildi.
- Qrupdan çıxmaq uğrunda mübarizədə Mərakeşi, ya Azərbaycanı ciddi rəqib sayırsız?
- Bu gün hər iki komandanın oyununu gördüm. Hər ikisinin özünə görə üstün tərəfləri var.
- İdarəçilikdən narazısız?
- Qalib gələ bilərdik. Amma hakimlikdən narazı deyilik.
- “Sumqayıt” daha güclüdü, yoxsa Azərbaycan millisi?
- Biz heç vaxt bu komandalarla oynamamışdıq. “Sumqayıt”la oyundan çox böyük dərslər çıxardıq. Həmin yoxlama görüşündən çox razı qaldım. Çalışırdıq ki, qalib gələk. Qələbə qazana bilməsək də, həmin matçın böyük faydası oldu.
Daha sonra millimizin çalışdırıcısı Yaşar Vahabzadə jurnalistlər qarşısına çıxdı.
- Bu gün bir xal qazandıq. Nəticədən razıyam. Ancaq oyunumuzda çatışmazlıqlar var idi. Bəzi futbolçular bizə mayın 6-da qoşulmuşdu, yorğun idilər. Xətlərarası əlaqəni qurmaq üçün yetərincə vaxtımız olmadı. Uşaqlar sona kimi mübarizə apardı. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Heç-heçəni ədalətli nəticə sayıram.
- Qrupda əsas rəqib Kamerun sayılırdı. Bu oyunda əldə olunan 1 xal qrupdan çıxmaq şanslarınızı artırdı?
- Birinci məqsədimiz qrupdan çıxmaqdı. Sona kimi mübarizə aparacağıq. Mərakeş Səudiyyə Ərəbistanına qalib gəldi. Həmin oyunu da izlədik. Belə turnirlərdə əsas odu ki, ilk oyunda uduzmayasan. Məğlub olanda qrupdan çıxmaq şansların xeyli azalır.
- Kamerunla müqayisədə digər komandaların şanslarını necə dəyərləndirirsiz?
- Mərakeşin oyunu çox xoşuma gəldi. Əvvəl yazırdılar ki, bu komanda gəlmək istəmir, futbolçuları yığa bilmirlər. Amma mən belə görürəm ki, yalan söhbət imiş. Deyəsən, ən yaxşı futbolçularını bura gətiriblər.
- Oyundan əvvəl jurnalistlə futbolçular arasında insident yaşandı. Buna görə yetirmələrinizi tənbeh etdiz? Onların bu addımını necə dəyərləndirirsiz?
- Bu, mətbuat konfransıdı. Yaxşı olardı ki, burda sırf bu oyun haqda danışaq. Məsələnin necə olduğunu bilmədim. Futbolçular yalnız oyunda aqressiv olmalıdı. Nə azarkeşə, nə də jurnalistə qarşı kobud davranmamalıdı. Həmkarınıza qarşı düzgün hərəkət olmayıbsa, yetirmələrim adından sizdən üzr istəyirəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar