08 may 21:22yigma

U-23 “ramolunmaz şirlər”ə qarşı

U-23 “ramolunmaz şirlər”ə qarşı
İslamiadanın saytı “dincəlir”

Bu gündən etibarən Bakı daha bir turnirə evsahibliyi etməyə başlayır. Belə ki, 4-cü İslam Həmrəyliyi Oyunları bu gün futbol yarışı ilə start götürür. Məlum olduğu kimi, futbol yarışında 8 ölkə çıxış edir. Qeyd edək ki, iki həftə sürəcək turnirdə ölkəmizi U-23 təmsil edəcək. Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq. Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaq. Açılış matçında Səudiyyə Ərəbistanı Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək. Günün son qarşılaşmasında isə millimiz kamerunlu həmyaşıdları ilə oynayacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcək. Final matçı isə mayın 21-də olacaq.
Millimizin qrupdakı ən çətin rəqibi məhz Kamerundu ki, afrikalılar üç gün əvvəl “Sumqayıt”la yoxlama oyununda “özünü göstərib”. Yəni Vahabzadənin yetirmələri rəqibi iş başında görmək imkanı qazanıb. Fikrimizcə, bu komandanı yenmək mümkündü. Startdakı qələbədən çox şey asılıdı. Qrup birincisi olmaqla digər qrupda Türkiyə ilə üz-üzə gəlməkdən yayınmaq olar. Çox güman, B qrupundan qardaş ölkə təmsilçisi lider kimi çıxacaq.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 10. Orxan Əliyev, 11. Mahir Mədətov, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.
Kamerun: 1. Dande Yunior, 2. Moundi, 3. Banyak Muenji, 4. Eta Bavak, 5. Dava Takonte, 6. Kunde Malonq, 7. Keap Dje, 8. Frank Tyentçu, 9. Mbobe Moeqni, 10. Panqor Tsidcu, 11. Andulu Serje, 12. Samuel Nlend, 13. Pol Otia, 14. Abanda Koa, 15. Mbassidara, 16. Omossola Mecu, 17. Alima Atanqana, 18. Mussinqa Muasso, 19. Nkolo Ossinqan, 20. Ekollo Malolo, 21. Kami Ntanku, 22. Nonqanq Nana, 23. Fabril Kaou.
Bu yerdə təşkilatçılıqla bağlı bir məqama toxunaq. Turnirin saytında nə təyinatlar, nə də komandaların heyəti ilə bağlı məlumat yerləşdirilib. Bu da İslamidanın təbliğinə barmaqarası münasibətdən xəbər verir. Təşkilat Komitəsində AFFA-nın media ilə bağlı departament üzvlərindən heç kimin olmaması da bu yöndə mətbuatın işini axsadır. Hər halda, assosiasiya əməkdaşları bizə bu yöndə kömək əlini uzada bilmir ki, buna görə onları qınamaq fikrində deyilik. Yalnız onu öyrənə bildik ki, millimizin oyununu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Açılış oyunu isə ukraynalı ədalət təmsilçilərinə tapşırılıb. Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Orxan Məmmədov isə Əlcəzair - Türkiyə matçında iş başında olacaqlar.
A qrupu: AZƏRBAYCAN, Kamerun, Səudiyyə Ərəbistanı, Mərakeş.
B qrupu: Türkiyə, Fələstin, Oman, Əlcəzair.
təqvim
tarix oyunlar stadion
8 may, 10.30 Səudiyyə Ərəbistanı – Mərakeş AZAL Arena
8 may, 12.30 Əlcəzair – Türkiyə Bayıl Arena
8 may, 16.30 Fələstin - Oman AZAL Arena
8 may, 18.30 Azərbaycan - Kamerun Bayıl Arena
11 may, 10.30 Oman – Türkiyə AZAL Arena
11 may, 12.30 Kamerun – Mərakeş Bayıl Arena
11 may, 16.30 Fələstin – Əlcəzair AZAL Arena
11 may, 18.30 Azərbaycan – Səudiyyə Ərəbistanı Bayıl Arena
15 may, 12.30 Türkiyə - Fələstin Bayıl Arena
15 may, 12.30 Oman – Əlcəzair AZAL Arena
15 may, 18.30 Kamerun – Səudiyyə Ərəbistanı AZAL Arena
15 may, 18.30 Mərakeş – Aərbaycan Bayıl Arena
18 may, 12.30 B1 - A2 Dalğa Arena
18 may, 18.30 A1 - B2 Dalğa Arena
21 may, 14.00 3-cü yer uğrunda oyun Tofiq Bəhramov adına Respublika stadionu
21 may, 20.00 Final Tofiq Bəhramov adına Respublika stadionu
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar