07 may 15:06yigma

“Sumqayıt” U-23-ün rəqibi ilə “sülh bağladı”

“Sumqayıt” U-23-ün rəqibi ilə “sülh bağladı”
Yaşar Vahabzadə: “Mərkəz müdafiəçiləri ağırdı”

İslam Həmrəyliyi Oyunlarında U-23 millimizin rəqiblərindən olan Kamerunun “Sumqayıt”la yoldaşlıq görüşü keçirəcəyini xəbər vermişdik. Premyer-liqada mövsüm başa çatsa da, görünür, AFFA-nın xahişinə əsasən afrikalılarla görüşə razılıq verən “gənclik şəhəri” təmsilçisi dünən yığmanın qrupdakı ilk rəqibi ilə qüvvəsini sınadı. Yaşar Vahabzadənin komandası ilə mayın 8-də qarşılaşacaq Kamerunun “Sumqayıt”la görüşünü gənc referi Nail Nağıyevin idarə etdiyini bildirək.
Matç premyer-liqa ab-havasında keçdi. Belə ki, “Sumqayıt”ın 1000-ə yaxın azarkeşi yoldaşlıq görüşündə komandalarını dəstəkləməyə gəlmişdi. Samir Abasovun əsas heyətə güvəndiyini vurğulayaq. Bu mənada yalnız Fərhad Vəliyev oyunda iştirak etmədi. Onun “çərçivə”dəki yerini Mehdi Cənnətov tutmuşdu.
Yerli publikanın dəstəyi ilə irəli atılan Abasovun yetirmələri 15-ci dəqiqədə hesabı açdı. Düzdü, qol standart vəziyyətdən sonra vuruldu. Künc zərbəsindən sonra top qapı qarşısına göndərildi ki, “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edərək, komandasını hesabda önə keçirdi. Bir qədər sonra sürəti hesabına müdafiəçilərdən yayınıb qapıçı ilə təkbətək çıxan Amil Yunanov fərqi iki topa çatdırdı. Fasilə ərəfəsində Kamerun bu qollardan birinin əvəzini çıxmağı bacardı. İkinci hissədə daha bir dəfə fərqlənən afrikalılar məğlubiyyətdən qaça bildi.
Oyunu izləyənlər arasında U-23-ün baş məşqçisi Yaşar Vahabzadənin olması təbiidi. Qarşılaşmadan sonra onun rəqiblə bağlı fikirlərini öyrəndik: “Qarşılaşmanı sona qədər izlədim. Kamerunlular hər hissədə fərqli heyətlə mübarizə apardılar. Belə başa düşdüm ki, oyuna ehtiyat qüvvə ilə başlamışdılar və ikinci yarıda əsas heyətdən yararlandılar. Pis komanda deyil. Döyüşkəndilər, fiziki cəhətdən seçilirlər. Rəqibin yaxşı orta xətti var. Həm dayaq yarımmüdafiəçiləri, həm də cinah oyunçuları xoşuma gəldi. Topla yaxşı davranırlar, eyni zamanda sürətlidilər. Zəif yerlərinə gəlincə, müdafiədə boşluqlar var. Mərkəz müdafiəçiləri ağırdı. Ucaboydular, ancaq bir az ləngdilər. Hər halda, Amil Yunanov sürəti və çevikliyi sayəsində onlara xeyli problem yaratdı. Ümumiyyətlə, bu qarşılaşma bizim üçün faydalı oldu. Rəqibi canlı, iş başında izləmək başqa şeydi. Biz də baxdıq, qeydlərimizi götürdük. Oyunun diskini də aldım, gecə də izləyəcəm, uşaqlara da göstərəcəm. Bir yerdə təhlillər aparıb, necə oynamalı olduğumuzu yəqinləşdirəcəyik. Əsas Kamerunun nəyə qadir olduğunu öyrənmək idi, mərakeşlilərlə səudiyyəlilərin ilk turdakı görüşünü izləmək imkanımız olacaq. Məni itkilər narahat edir. “Qarabağ” və “Qəbələ”dən olan heyət üzvləri sabah (bu gün) səhər 11-də bizə qoşulacaqlar. Mənə dedilər ki, Tellur Mütəllimov zədələnərək, oyunu davam etdirə bilməyib. Həkimimizə göstəriş verdim ki, “Qəbələ”nin düşərgəsiylə əlaqə saxlasın, Tellurun zədəsiylə maraqlansın. Hələ qarşıda 2-3 gün vaxt var, yüngül xəsarət alıbsa, bərpa oluna bilər. Gəlsin, durumunu öyrənəcəyik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar