04 may 17:41yigma

“Ruslanın səfir olub-olmaması qərarıma heç bir təsir etməyib”

“Ruslanın səfir olub-olmaması qərarıma heç bir təsir etməyib”
Yaşar Vahabzadə U-23-ü qrupdan çıxarmağı hədəfləyib

Media üçün açıq məşqdən sonra Yaşar Vahabzadə mətbuat konfransına gəldi. O öncə təlim-məşq toplanışı haqda qısa danışdı: “Mayın 1-dən təlim-məşq toplanışına başlamışıq. Ondan əvvəl də, arada vaxt olanda iki-üç günlük yığışır, məşqlər edirdik. Amma tam heyət yığa bilmirdik. Burda da heyət tam deyil. Ayın 5-də ölkə kubokunun finalı olacaq. Ondan sonra “Qarabağ” və “Qəbələ”nin futbolçuları da bizə qoşulacaq. Gündə iki dəfə məşq edirik. Hər şey qaydasındadı. Uşaqlar tam ciddiyyətlə hazırlaşır. Onlar İslamiadanın önəmini anlayır Verilən tapşırıqları vaxtında yerinə yetirirlər”.
- Qarşınıza qoyulan hədəf nədi? Hansı nəticə sizi razı salacaq?
- İlk məqsəd yaxşı oyun sərgiləməkdi. Bilirsiz ki, azarkeşlər futbol oyunlarını izləmək üçün stadionlara gələcək. Məndə məlumat var ki, oyunlara biletlər sürətlə satılır. Onları sevindirməliyik. Komandanın qarşısına qoyulan hədəf qrupdan çıxmaqdı. Gerisinə isə baxarıq.
- Heyətlə bağlı bəzi seçimlər var ki, idman mətbuatı üçün qaranlıq qalıb. Birincisi, qapıçı mövqeyində Emil Balayevə etimad göstərilməsi və Kamran Ağayevin heyətə salınmamasdı. Düşünmürsüz ki, bu seçim zamanı hisslərə qapılaraq qərar verimisiz?
- Kamran millinin qapıçısıdı. Mən demişdim ki, yığma oyunçularını baş məşqçi Robert Prosineçkinin icazəsi olmadan çağırmayacam. Bilirsiz ki, qarşıda millini DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı vacib oyun gözləyir. Bu hamımız üçün vacib qarşılaşmadı. Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmaq şansımız var. Bu üzdən millinin bəzi oyunçularını dəvət edə bilmədim. Hər bir məşqçi kimi mən də ən güclüləri götürmək istəyərdim. Amma reallığı nəzərə almaq lazımdı. Əsas yığma bir müdddət sonra Şimali İrlandiya ilə oyunun hazırlığına başlayacaq. Kamranı seçməməyimdə məhz bu məsələ əsas rol oynadı.
- Digər bir maraqlı məqam Ruslan Abışovla bağlıdı. Onu seçməyinizdə İslamiadanın səfiri olması rol oynamadı ki?
- Ruslan Abışov çox yaxşı futbolçudu. Mən bu haqda Prosineçki ilə məsləhətləşdim. Çalışdıq ki, müdafiədə bir lider futbolçu olsun. Onun səfir olub-olmaması qərarıma heç bir təsir etməyib. Sırf futbol cəhətdən düşünmüşəm.
- “Qarabağ” və “Qəbələ”nin oyunçularının komandaya bir az gec qoşulması sizə problem yaratmayacaq?
- Ola bilər ki, bu amil bizə çətinlik yaratsın. Oyun quruculuğunda, onların sistemə uyğunlaşmasında problem yarana bilər. Amma ümid edirəm ki, onlar tam hazırlıqlı şəkildə düşərgəyə qoşulacaq. Hər halda, ən azı fiziki durumları qaydasında olacaq. Çünki ayın 5-nə kimi klublarında məşq edəcəklər. Onların təcrübələri bizim üçün kifayətdi. Rəşad Sadiqov, Tellur Mütəllimov çempionatın əksər oyunlarında meydana çıxıb. Ümid edirəm ki, ciddi problemlər yaşanmayacaq. Onlar düşərgəyə qoşulandan sonra 2 gün vaxtımız olacaq. Həmin vaxtdan maksimum yararlanıb, birinci oyuna komandanı ən yaxşı vəziyyətə gətirməyə çalışacağıq.
- Bildirmişdiz ki, hər mövqedə bir lider futbolçu olmalıdı. Maraqlıdı, hücum xəttində lider kim olacaq? Olmazdı ki, lider kimi Rauf Əliyevə etimad göstərəsiz? Nəzərə alaq ki, son vaxtlar milli komandalarda “İnter”in futbolçularına çox az rast gəlinir.
- “İnter”dən bəzi futbolçuları çağırmaq istəyirdim. İlkin heyətdə onlar yer almışdılar. Amma onları zədəli olduqlarına görə yekun heyətə daxil edə bilmədim. Rauf yaxşı futbolçudu. Yalnız 3 nəfər 23 yaşdan yuxarı futbolçu seçmək imkanım var idi. Mən hər mövqeyə birini seçdim. Mirabdulla Abbasov “Sumqayıt”da olduqca yaxşı mövsüm keçirdi. Mahir Mədətov da gənc olmasına baxmayaraq, “Qarabağ”ın heyətində xeyli oyuna çıxıb, özünü yaxşı tərəfdən göstərib. Hesab edirəm ki, seçimim doğrudu.
- Qrupdakı rəqibləri necə dəyərləndirərdiz? İlk oyun Kameruna qarşıdı. Nəzərə alaq ki, ilk oyunlar həmişə çətin olur.
- Yaxşı komandalara rəqib olmuşuq. Düzdü, onları hələ görməmişik. Amma adlardan görünür ki, ən çətin qrup bizə nəsib olub. Kamerunla oyun çətin olacaq. Dediyiniz kimi, ilk oyunlarda futbolçular çətinlik çəkir, həyəcanlanırlar. Amma oyundan-oyuna hər şey düzəlir. Ayın 5-də Kamerun “Sumqayıt”la yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşmanı izləyəcəm. Rəqibin kimliyindən asılı olmayaraq, çalışacağıq ki, bacarığımızı tam ortaya qoyaq və qrupdan çıxaq.
- İslamiadada iştirak edənlər elə də populyar komandalar deyil. Bu sizə rəqibləri təhlil etməkdə çətinlik yaratmır?
- Biz heyətlərə baxırıq. Siz deyən kimi, adlar o qədər də tanış deyil. Ola bilər ki, bu turnirdən sonra iştirakçı komandaların oyunçuları hansısa böyük klublara keçsin. İslamiadada skautlar olacaq, futbolçuları izləyəcəklər. Deyilənə görə, bəzi futbolçular var ki, onlar “Kayzerslautern” və “Monako” kimi klublarda çıxış edir. Adlardan çəkinməməliyik. Əsas komandaların durumudu. Çox şey birinci turdan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı və Mərakeş komandalarını da təhlil etməyə vaxtımız olacaq. Ümid edirəm ki, hansısa çətinliyimiz olmaz.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar