24 apr 18:41yigma, manset

Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var?

Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var?
Mircavadovla Abdullayev Prosineçkinin planını incələdi

“Neftçi”nin muzeyinin və fanşopunun açılışında iştirak edən yığmanın baş məşqçisi Robert Prosineçki millinin mayda baş tutacaq təlim-məşq toplanışının proqramı ilə bağlı açıqlama verib. Xorvat mütəxəssis Şimali İrlandiya ilə oyunun əhəmiyyətini xüsusi qabardaraq, bütün diqqətlərin bu matça yönəldiyini bildirib: “Bütün fikirlər hazırlığa yönəlib. Mayın 15-də təlim-məşq toplanışı başlayacaq. Ayın 20-də Avstriyaya gedəcəyik və toplanışı orda davam etdirəcəyik. İki yoxlama görüşü keçirmək istəyirik və rəqib axtarışını davam etdiririk. İyunun 3-də Bakıya qayıdacağıq. Azərbaycan üçün ən vacib oyun Şimali İrlandiyaya qarşı olacaq”.
Britaniyalılarla oyunun iyunun 10-da keçiriləcəyini nəzərə alsaq, Prosineçkinin milli üzvlərini təxminən bir ay öncədən başına toplaması futbol ictimaiyyəti arasında heç birmənalı qarşılanmır. Bəzilərinin fikrincə, ağır mövsümdən sonra istirahətə ehtiyacı olan futbolçular Avstriyadakı toplanış zamanı daha da yüklənəcəklər ki, bu da sonda Şimali İrlandiya ilə qarşılaşmada fəsadını göstərə bilər. Ancaq bu fikirlə razılaşmayanlar da var. Çempionatın tez başa çatmasını fakt kimi ortaya qoyanlar adalılarla görüşə qədər yığma üzvlərinin tonusda qalması üçün biraylıq toplanışın vacib olduğunu vurğulayırlar.
Bəs görəsən, mütəxəssislər bu haqda nə düşünür? Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Prosineçkinin qərarına reaksiyası belə oldu: “Bizdə çempionat aprelin 29-da başa çatır. Mayın 5-də iki komandanın ölkə kubokunun finalında üz-üzə gələcəyini nəzərə almasaq, bir futbolçu üçün 15 gün dincəlmək kifayət edir. Kubokun finalında meydana çıxanlar da 10 gün yaşıl meydandan kənarda qalacaqlar ki, bu da az müddət deyil. Bu üzdən heç kim deyə bilməz ki, milli üzvləri düşərgəyə yorğun gələcək. Prosineçki təlim-məşq toplanışını 3 hissəyə ayrıb ki, bu da yaxşı haldı. Komanda Bakıda bir müddət məşq etdikdən sonra Avstriyaya yollanacaq, sonra isə yenidən paytaxta dönəcək. Belədə futbolçu da bir məkandan bezmir, hazırlıq prosesi ona darıxdırıcı gəlmir. Toplanış dönəmində iki yoldaşlıq oyununun keçirilməsi də yığma üzvlərinə müsbət təsir göstərəcək. Bir sözlə, Şimali İrlandiyanı yenmək üçün baş məşqçinin atdığı addımlar düzgündü”.
Yığmanın sabiq çalışdırıcısı Əsgər Abdullayev də xorvat mütəxəssisin düzgün plan tutduğunu bildirdi: “Bəlkə də ilk baxışdan biraylıq təlim-məşq toplanışı çox görünə bilər. Ancaq onu da nəzərə almaq lazımdı ki, bəlli səbəblərdən 2016/17 mövsümü daha erkən bitəcək. Futbolsuz, məşqsiz qalan futbolçu isə istər-istəməz optimal formadan uzaq düşür. Robert Prosineçki də yəqin ki, bütün bunları düşünərək yığmanın təlim-məşq toplanışının həmin müddətdə olmasını istəyib. Futbolçuların çempionat kimi uzun marafonun ardından dincəlməmələrinə gəlincə, fikrimcə, onlar bu il o qədər çox meydana çıxmayıblar ki, hədsiz yorğun olsunlar. Onda Avropada top qovan futbolçular nə etsin? Bizimkilər mövsümboyu ölkə kuboku, avrokuboklar və premyer-liqa matçlarını nəzərə alanda maksimum 35-40 qarşılaşmada iş başında olurlar. Avropanın ortabab çempionatlarında çıxış edənlər belə, ən azı 50-60 görüşə çıxırlar. Hələ mən “böyük beşlik” ölkələrinin klublarının şərəfini qoruyanları demirəm. Prosineçki savadlı mütəxəssisdi və yəqin ki, hazırlıq dönəmində bütün məqamları diqqətdə saxlayacaq. İnanmıram ki, o bir ay ərzində komandanı sabah “yandıra” biləcək yükləmələrə üstünlük versin. Hər bir baş məşqçi kimi, onun da hazırlıq planı var və ona uyğun addım atır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar