30 in 22:49yigma

Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi

Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi
Arif Əsədov: “Yaxşı olardı ki, premyer-liqa avqustun 10-na kimi başlayaydı”
Ölkəmizin futbol yığmasının UEFA Millətlər Liqasının 2020/21 mövsümündə keçirəcəyi oyunların yeni təqvimi müəyyənləşib. Yığma turnirə sentyabrın 5-də “doğma divarlar” arasında Lüksemburqla oyunla start verəcək. 3 gün sonra hələ ki baş məşqçisi olmayan komanda Cənubi Kiprdə yerli komanda ilə üz-üzə gələcək. Oktyabrın 10-da isə yığma Monteneqroda meydana çıxacaq. Təxminən 2 ay davam edəcək seçmə mərhələnin son görüşündə ölkənin əsas komandası Lüksemburqun qonağı olacaq. Ona qədər milli oktyabrın 13-də Cənubi Kipri, noyabrın 14-də isə Monteneqronu Bakıda qəbul edəcək.
C Liqası
1-ci qrup
5 sentyabr
20.00 Azərbaycan – Lüksemburq
8 sentyabr
22.45 Cənubi Kipr – Azərbaycan
10 oktyabr
17.00 Monteneqro – Azərbaycan
13 oktyabr
20.00 Azərbaycan – Cənubi Kipr
14 noyabr
21.00 Azərbaycan – Monteneqro
17 noyabr
23.45 Lüksemburq – Azərbaycan
Millətlər Liqasının təqvimi bəlli olsa da, yığmanın sözügedən turnirə kimin rəhbərliyi altında çıxacağı məlum deyil. Hələ ki millidə baş məşçqçi əvəzi Arif Əsədovdu. Bu üzdən ölkənin əsas komandası və Millətlər Liqası ilə bağlı suallarımızı ona ünvanlamağı lazım bildik.
- Millətlər Liqasının təqvimi ilə bağlı fikrinizi bilmək istəyirik.
- Təqvimdən şikayət etmək, belə olsaydı, daha yaxşı olardı, ilk görüşdə filan rəqiblə qarşılaşmaq istərdik, birinci turun evdə və ya səfərdə keçirilməsinin müsbət və mənfi tərəflərindən danışmaq düzgün olmazdı. Onsuz da qısamüddətli turnirdə bütün rəqiblərlə üz-üzə gəlməliyik.
- Ancaq bir var ilk görüşdə qrupun favoriti sayılan komanda ilə qarşılaşasan, bir də var bir qədər zəiflə turnirə start verəsən. İlk görüşün nəticəsi turnirin gedişinə də təsir göstərir. Ən azı motivasiya baxımından ilk oyunda qazanılacaq qələbə sonrakı matçlar üçün futbolçulara əlavə motivasiya verə bilər.
- Təqvimi UEFA müəyyənləşdirir və bu səbəbdən bizim nəsə deməyimiz heç nəyi dəyişmir.
- İyunun əvvəlində premyer-liqa komandalarının öz aralarında keçirdikləri yoxlama matçlarının, demək olar ki, hamısını izlədiz. Yığma üzvləri uzun fasilədən sonra necə təsir bağışladılar?
- İstəkli görünsələr də, fiziki durumlarının o qədər də yüksək olmadığı hiss olunurdu. Oyun praktikası cəhətdən də axsamalar gözə dəydi. Yalnız “Qarabağ”ın oyunçuları yaxşı mənada başqalarından seçildilər.
- Premyer-liqanın avqustun sonlarında start götürəcəyi haqda söz-söhbət dolaşır. Çempionatın gec başlaması yığmanın çıxışına mənfi təsir göstərməyəcək?
- Yaxşı olardı ki, premyer-liqa avqustun 10-na kimi başlayaydı. Millinin toplanışına qədər heç olmasa, 3 tur oynanılsa, bizim işimizə yarayar. Futbolçular da formaya düşərdilər. Düzdü, ona kimi təmsilçilərimiz avrokuboklarda meydana çıxacaqlar. Ancaq intensiv oynamaq, həftədə iki oyun keçirmək oyun praktikası və fiziki cəhətdən futbolçulara müsbət tərəfdən kömək edər.
- Toplanışdan söz düşmüşkən, bir məqama da toxunmaq istərdim. Bundan əvvəlki tsikllərdə komanda 12-14 günlük bir araya gələrdi. Bu dəfə necə olacaq?
- Bu dəfə belə plan yoxdu. Çünki avrokuboklarda iştirak edən komandalarımız ilk mərhələni keçəcəyi halda 27-də növbəti oyuna çıxacaqlar. Yığmanın da əsasını məhz qitəmiqyaslı turnirdə iştirak edən klubların üzvləri formalaşdırır. UEFA yığma üzvlərinin bir araya gəlməsi üçün avqustun 31-ni seçib. Biz ən yaxşı halda 28-də toplaşa bilərik. Uzunmüddətli toplanış üçün vaxtımız olmayacaq.
- Sentyabrın 5-də Bakıda Lüksemburqla qarşılacaq milli 3 gün sonra Cənubi Kiprdə meydana çıxmalıdı. 3 günə iki oyun ağır olmayacaq?
- Ağır olsa da, olmasa da, başqa yolumuz yoxdu. Təqvim bunu tələb edir. Sadəcə, çalışmalıyıq ki, sıx qrafikə uyğun plan quraq, futbolçuları buna hazır edək.
- Bu sualı bilərəkdən sona saxladım. Yığma Millətlər Liqasına Arif Əsədovun rəhbərliyi altında çıxacaq, yoxsa yeni baş məşqçinin yolunu gözləyək...
- Bu haqda sizə heç nə deyə bilmərəm. Çünki mənə bununla bağlı heç nə deyilməyib. Hələ ki köməkçi kimi üzərimə düşən işi yerinə yetirirəm. Yoxlama görüşlərini izlədim, bəzi milli üzvləri haqda əlavə məlumatlar topladım, müəyyən qeydlər apardım. Qarşıdakı günlərdə AFFA rəhbərliyinin nə qərar verəcəyini deyə bilmərəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar