08 in 11:27yigma

Elxan Məmmədovun əcnəbi sevgisi davam edir


Samir Abasov: “Ən azı həmin əcnəbi gəlib bizlərdən kiminsə iş yerini əlindən alır”
Bazar ertəsi “CBC Sport”da yayınlanan “Bizim futbol” verilişinin qonağı olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yığma ilə bağlı açıqlamasında üç məşqçi ilə danışıqların davam etdiyini bildirib. Təəssüf ki, Elxan bəy bu dəfə də danışıq apardıqları mütəxəssislərin əcnəbi və ya yerli olduğunu bildirməyib. Və bu üzdən futbol ictimaiyyətində artıq elə fikir fomalaşıb ki, millinin texniki zonasında növbəti dəfə əsas söz sahibi əcnəbi olacaq.
Bəs pandemiyanın dünya iqtisadiyyatını çökdürdüyü indiki dönəmdə Azərbaycan yığmasına xaricdən baş məşqçi dəvət etmək nə dərəcədə düzgün addımdı? Heç kimə sirr deyil ki, əcnəbi məşqçi nə qədər az maaşa razılıq versə də, yerli mütəxəssislə müqayisədə daha yüksək əməkhaqqı alacaq. Belə olan halda icraçı vitse-prezidentin növbəti dəfə xaricdə məşqçi axtarışına çıxması təəccüb doğurur. Özü də yenə qeyd edirik ki, indiki ağır iqtisadi durumda. Deməyin ki, yığmanı qarşıda Millətlər Liqasında çıxış gözləyir. Birincisi, bu turnirin hansı tarixdə keçiriləcəyi hələ dəqiqləşməyib. Böyük ehtimalla bu suala UEFA-nın iyunun 17-də keçiriləcək onlayn konfransında aydınlıq gələcək. İkincisi, C divizionun 1-ci qrupunda yığmaya rəqib olan Lüksemburq, Cənubi Kipr və Monteneqro kimi Avropanın heç ortababları sırasına aid olmayan yığmalarla görüşdə vacibdi ki, futbolçulara əcnəbi tapşırıq versin? Bəs yerli mütəxəssislər? Onlar nə vaxt özlərini sübut etmək imkanı qazanacaqlar. Bəlkə də kimlərsə bu cümlələri oxuyaraq “Qurban Qurbanov gəlmişdi də, nə etdi” sualını verib, Məmmədovun baş məşqçi postuna əcnəbi çalışdırıcı axtarışına çıxmasına haqq qazandıracaq. Ancaq bu cür düşünənlərə qarşılıqlı sual vermək istərdik. Guya Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviçin dönəmində milli hansı yaddaqalan uğurlarla bizləri sevindirdi? Təsadüfi qələbə və ya tsikl ərzində bir-iki baxımlı oyun inkişaf əlaməti deyil. Deməyin ki, nəticə olmasa da, adını çəkdiklərimiz bizə peşəkarlığı öyrətdilər, müasir futbolun nə olduğunu başa saldılar. Yenə də yanlış fikirləşirsiz. Niyə? Ona görə ki, peşəkarlığı bizə onlar gətirmədi, bu, sadəcə, zamanın tələbi idi. Dünyaya inteqrasiya nəticəsində bizim futbol təsərrüfatına rəhbərlik edən şəxslər başqa ölkələrdə millilərə yaradılan şəraiti gördülər, UEFA-nın tələblərini yerinə yetirmək məcburiyyətində qaldılar. Milyonları cibinə qoyan əcnəbi məşqçilərin əsas işi yığmanı daha üst səviyyəyə qaldırmaq, böyük turnirlərin final mərhələsinə daşımaq idi. Ancaq onların heç biri bu işin öhdəsindən gələ bilmədi. Heç nə dəyişmirsə, onda niyə pulumuzu Bertiyə, Robertə, Nikolaya yedizdirməliyik?
Elxan bəyin sonuncu açıqlamasına münasibət öyrənmək üçün hazırda işsiz olan PRO kateqoriyalı Samir Abasovu aradıq: “Elxan müəllimin dediklərinə nə münasibət bildirim? Sizcə, hansı yerli məşqçi yığmanın “sükanı arxasına” əcnəbi mütəxəssisin dəvət olunmasının tərəfdarı kimi çıxış edə bilər? Ən azı həmin əcnəbi gəlib bizlərdən kiminsə iş yerini əlindən alır. Elə bu prizmadan yanaşsaq, kənardan çalışdırıcı dəvət olunması yerlilərin ürəyincə deyil. Ancaq Elxan müəllim deyirsə ki, danışıqlar aparır, gözləyək, görək yekun necə olur. Yəqin elə məsləhət biliblər. Bilirsiz, mən nə vaxt onun dediklərinə münasibət bildirərəm? O vaxt ki, seçim dəqiqləşsin və icraçı vitse-prezident desin ki, məhz bu səbəbdən filan əcnəbini ölkənin əsas komandasının baş məşqçi postuna dəvət etdik. Ola bilsin, deyər ki, vaxtilə çalışdırdığı komandanı dünya və Avropa çempionatının final mərhələsinə daşıyıb, müxtəlif yığmalarda və klublarda iş təcrübəsi çoxdu, tanınmış ulduzlar rəhbərliyi altında oynayıb və onlarla işləmək qabiliyyətinə malikdi və s. Ondan sonra mənə də diktofon uzadarsız, sözümü deyərəm, yeni məşqçinin seçiminin düzgün olub-olmadığını bildirərəm. Hələ kimin təyin olunacağını bilmədən, adam barədə heç bir məlumatım olmadan indi nə deyə bilərəm? Bəlkə elə əcnəbi məşqçi ilə danışıq aparılır və razılığını almağa çalışırlar ki, özüm də onun gəlişinə sevinəcəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar