20 may 11:20yigma

Jurnalistlər yerli məşqçinin tərəfdarıdı


“Koronavirusa görə neftin qiymətinin aşağı düşməsinə və iqtisadiyyatın bundan əziyyət çəkməsinə görə çalışdığım sahədə kəsilmələr oldu. Hazırkı dönəmdə mənim layihəm vacib deyil. Bu gün bütün dünya iqtisadiyyatın çəkməməsi üçün mübarizə aparır. Yəni burdan ayrılmağım şəxsi məsələ deyil” – bu sözləri ötən cümə qəzetimizə açıqlamasında 10 ildi Azərbaycanda yaşayan, stadionların qazonlarına qulluq edən Filip Şarples demişdi.
Əslində əcnəbilərlə bağlı siqnalı bu müsahibədən təxminən 10 gün əvvəl almışdıq. Etibarlı mənbədən əldə etdiyimiz məlumatı sizinlə bölüşmüş, bu gün ölkə idmanına xidmət edən əcnəbilərlə yolların ayrılacağını diqqətinizə çatdırmışdıq. Artıq prosesə start verilib.
Koronavirusun ölkə büdcəsinə vurduğu zərərin detallarını incələmək artıqdı. Neftin dəyərinin azalması, üstəgəl, bütün sahələrdə axsamaların olması idmandan da yan keçməyəcək. Çıxış yolu isə birdi: böyük xərclərdən uzaq durmaq. Bu gün ölkə idmanında böyük pullar alan kifayət qədər legioner idmançı, məşqçi və mütəxəssis fəaliyyət göstərir. Onların illik məvacibi yüzminlərlə ölçülürsə, ölkə rəhbərliyinin qənaət rejiminə keçib, onların yola salınmasına dair göstəriş verməsi normaldı.
Bu isə o deməkdi ki, yaxın gələcəkdə Azərbaycan futbolunda Frits Stuxlik, Bernard Lippert, Milan Obradoviç, Miloş Velebit kimi adlara rast gəlməyəcəyik. Üstəlik, əsas yığma da qanı qanımızdan, canı canımızdan olan birinə tapşırılacaq. Azərbaycanda isə işsiz, eyni zamanda təcrübəsinə görə öyünən məşqçilərin sayı kifayət qədərdi. Belədə ortaya sual çıxır: yerli məşqçi hansı meyarlara uyğun seçiləcək və ya seçilməlidi? Bugünkü yığmanı çalışdırmağa ən real namizəd kimdi? Məlum suallarla bağlı mövzuda həmsöhbətlərimiz illərdi futbolun içində olan təcrübəli həmkarlarımız oldu.
Vüqar Zeynalov (azerisport): “Maraqlı mövzuya toxunmusuz. Amma indiki halda millidən danışmağı məqsədəuyğun saymıram. Çünki idman zalları açılmayıb, idman növlərinin fəaliyyətinin başlamasına dair qərar verilməyib. Çempionat başlasa və ya buna dair qərar verilsə, nəsə demək olar. Nisyə söhbətlərlə bağlı danışmağı xoşlamıram. Sualınıza konkret cavab istəyirsizsə, bu gün üçün elə bir namizədim yoxdu. Çünki yığma ilə uğurlu nəticələrə imza ata biləcək yerli mütəxəssis görmürəm. Hətta bu məsələdə mənim fikrim soruşulsa belə, ümumi durumu deyərdim ki, yığma iki yerli məşqçiyə tapşırılmalıdı: biri təcrübəli, digəri gənc. Amma ad olaraq elə biri ağlıma gəlmir. Uzun məsələdi, dərin mövzudu, hərtərəfli düşünmək lazımdı”.
Vüsal Mahmudov (futbolinfo): “Yığmanı yerli mütəxəssisə tapşırmaq üçün koronavirusun gəlişinə ehtiyac yox idi. Bunu əvvəldən etmək lazım idi. İndiyə qədər milli bir neçə əcnəbi məşqçinin rəhbərliyi altında olub və heç birindən ciddi nəsə ala bilməmişik. Pullar havaya səpilirdi. Kadr çatışmazlığı, futbolçuların istənilən səviyyədə olmaması səbəbindən irəli gedə bilməmişik. Neçə milyonluq məşqçi gətirsən də, bu heyətlə böyük uğurlar qazanmaq mümkün deyil. Namizədlərə gəlincə, onsuz da geniş seçim imkanı yoxdu. Premyer-liqada çalışan və nəticə verən mütəxəssislər yığmada da çalışa bilər. Qurban Qurbanov yığmanı çalışdırmağa əsas namizəddi. Sadəcə, elə dəzgah qurub onu millidən uzaqlaşdırdılar ki, yenidən ona dəvət göndərilməsi, yaxud dəvəti qəbul etməsi qaranlıq məsələdi. Tərlan Əhmədov, Ayxan Abbasov, son vaxtlar millidə köməkçi işləmiş Arif Əsədovun özü də namizəd göstərilə bilər. Hətta Rəşad Sadıqovu da namizəd göstərmək mümkündü. İndiki durumda məşqçilərin iş bacarığından çox sistemi qurmaq bacarığı müzakirə olunmalıdı. Çünki millidə sistem vacibdi. Qısa deyim, konkret ad çəkə bilməyəcəm. Məndən olsa, “Qurban Qurbanov, Tərlan Əhmədov, Ayxan Abbasov, Rəşad Sadıqov, Arif Əsədovdan biri olsun” deyərdim. Rəşad təkcə futbolçu olmayıb, həm də kapitan, lider kimi yaddaşlarda qalıb. Risk edib, onu əsas millidə sınamaq olar. U-21-dəki fəaliyyəti zamanı özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı”.
Rəşad Ergün (komanda): “AFFA-nın son illərdə yığma ilə bağlı siyasətini bəyənməmişəm. Berti Foqtsa 6 ilyarım milyonlar yedirdildi, belə deyim, Azərbaycanın pulları Foqtsun əli ilə Almaniyaya göndərildi. Robert Prosineçkini dağ başına qaldırsalar da, mənim üçün o da uğurlu deyildi. Hətta bu haqda yazı yazıb, uğurlu olmadığını faktlarla sübut etmişdim. Nikola Yurçeviçin işi də göz qabağındadı - 1 xal. Odu ki, koronavirusun yaratdığı məcburiyyət üzündən AFFA bundan sonra yerli mütəxəssislərdən birinə güvənməlidi. Hətta bu məsələnin özündə də fikirlərim qarışıqdı. Qurban Qurbanov son illər ölkənin ən üzdə olan və uğurlu məşqçisidi. Ona göstərilən münasibəti hamı gördü. 6 illik proqram adı ilə gətirib, 1 ildən sonra qapını göstərdilər. Qurbanova göstərilən münasibətdən sonra AFFA-nın hansı mütəxəssisə güvənəcəyi özümə də çox maraqlıdı. Bu gün bizə həm müdafiə futbolu oynatmağı, həm də əks-hücumlar hesabına nəticə qazanmağı bacaran biri lazımdı. Belələrinin siyahısında ağlıma ilk gələn Tərlan Əhmədovdu. Cari mövsümdə “Keşlə”də gördüyü iş göz qabağındadı”.
Elşən Məmmədov (sportnet): "Açığı, ölkə futbolunda maliyyənin azaldılacağından və millinin yeni baş məşqçisinin əcnəbi olmayacağından məlumatsızam. Amma istənilən halda, yerli və gənc mütəxəssislərə şans vermək ideyasının tezliklə gerçəkləşməsi təqdirəlayiq addım olardı. Bu gün Azərbaycan premyer-liqasındakı komandalara rəhbərlik edən baş məşqçilərin əksəriyyəti gəncdi. Oyunlar zamanı ciddi taktiki mübarizənin şahidi oluruq. AFFA hər il təşkil etdiyi PRO kateqoriyalı kurslar vasitəsilə kifayət qədər mütəxəssisə lisenziya verir. Artıq onların özlərini milli səviyyəsində sübut etmək zamanıdı. İndiki məqamda klublardakı baş məşqçilərdən Aftandil Hacıyevlə Ayxan Abbasovu əsas milliyə rəhbərlik etməyə layiq saymaq olar. Hər iki mütəxəssisin məhdud büdcəli "Səbail" və "Sumqayıt"da futbolçularla dil taparaq kollektiv formalaşdırmaq bacarığı və oyun dəst-xətti göz önündədi. Hacıyevin Abbasova nəzərən daha soyuqqanlı olması onu baş məşqçi postuna daha yaxın edir. Hazırda milli komanda qarşısında elə bir ciddi vəzifə durmayıb. Millətlər Liqasında düşdüyü qrupdan çıxmaq şansları yüksək olmayan komanda əsas hazırlığı DÇ-2022-nin seçmə mərhələsində bacardığı qədər xal toplamağa yönəltməlidi. Bu baxımdan 2021-ci ildə başlayacaq seçmə tsiklə qədər yeni baş məşqçinin kifayət qədər vaxtı olacaq. Lakin bütün hallarda əsas məsələ futbol yarışlarının bərpasıdı. Bu baş verməsə, qalan bütün mülahizələrimiz fərziyədən başqa bir effekt verməyəcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar