15 may 11:44yigma

Kiber-futbol üzrə yığmanın üzvü incəlikləri açıqladı


Əli Gözəlzadə: “Həmin oyunçulara sonradan xarici klublardan təkliflər gəlir”
Pandemiya səbəbindən real futboldan uzaq düşən futbolsevərlər son aylarda yaşanan boşluğu virtual aləmdə doldurmaq istəyirlər. Bu arada kiber-futbola üz tutanların sayı durmadan artır. Təsadüfi deyil ki, karantin dönəmində müxtəlif telekanallarda kiber-futbol üzrə yarışlar təşkil olunur, komanda şəklində turnirlər keçirilir. Bugünlərdə AFFA, Sport Marketinq Qrup və “CBC Sport”un təşkilatçılığı ilə ilk dəfə E-Milli Liqada mübarizəyə start veriləcək ki, orda “Sumqayıt”ı iki oyunçu - Əli Gözəlzadə və Sadiq Qocayev təmsil edəcək. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Əli Gözəlzadə hazırda Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alır. Əli 2020 e-Milli seçimlərinin yarımfinalçısı, e-AÇ-2020 yarışmasının iştirakçısı olub. 20 yaşlı Sadiq Qocayev isə Fransa-Azərbaycan Universitetində (UFAZ) kompüter elmləri ixtisası üzrə təhsil alır. Sadiq 2019-cu ildə keçirilən dünya çempionatının milli seçmə mərhələlərində 1/4 finala qədər irəliləyib. Azərbaycan üçün bir qədər yeni olan kiber-futbol haqda ətraflı məlumat almaq üçün Əli Gözəlzadə ilə söhbətləşməyi lazım bildik.
- Son vaxtlar bütün dünyada bu oyuna maraq artıb. Azərbaycanda bu yöndə durum necədi?
- Bəli, son illərdə dünyada kiber-futbola maraq çox artıb. Bizdə isə bu sahə hələ yeni inkişaf etməyə başlayıb. Amma bizdə də gündən-günə maraq çoxalır. Sıralarımız genişlənir. Məsələn, Milli Liqa yaradılıb və sosial şəbəkələrdə yazılanlardan da görmək olar ki, bu sahəyə üz tutanların sayı qısa vaxtda çox artıb. Məncə, liqa çərçivəsində baş tutacaq qarşılaşmalar “CBC Sport”da yayınlacağı halda maraqlananların sayı daha çox olacaq. Belə layihənin gerçəkləşməsi çox gözəl ideyadı.
- Təxminən 2 ay öncə Azərbaycanda çox sayda iştirakçının qatıldığı turnir təşkil olunmuşdu. Sən həmin yarışda neçənci yeri tutmuşdun?
- İki ay öncə milli seçimlər baş tutdu. 256 nəfərin qatıldığı seçim çox gərgin mübarizə ilə yadda qaldı. Turnirə qatılanların əksəriyyəti ilk “dördlüy”ə düşməyə layiq idilər. Çünki seçimə qatılanların arasında, demək olar ki, zəif oyunçu yox idi. Yarımfinala kimi irəlilədim. Finalın biraddımlığında millidəki komanda yoldaşım Təbrizə uduzdum. Və sonda yarışı üçüncü pillədə başa vurdum. Ümid edirəm ki, belə yarışlar tez-tez təşkil olunacaq.
- Sən həm də kiber-futbol üzrə yığmanın üzvüsən. Qatıldığınız son turnir barədə danışardın.
- Artıq bir neçə aydı E-milli komandanın üzvüyəm. Qatıldığımız ən böyük yarış AÇ-2020 oldu. Təəssüf ki, növbəti mərhələyə adlaya bilmədik. Ancaq bu turnir bizə çox böyük təcrübə qazandırdı. Qitənin aparıcı yığmaları, kiber-futbolda peşəkar olan oyunçular ilə qarşılaşdıq. Hansı ki, artıq neçə illərdi bu işlə məşğuldular. İnanıram ki, orda qazandığım təcrübə hesabına liqada özümü yaxşı tərəfdən göstərə biləcəm. İnşallah, növbəti beynəlxalq yarışlarda ölkəmizi daha üst səviyyədə təmsil edəcəyimizə inanıram. Təbii ki, yenə milliyə seçimlər olacaq. Hər kəs gəlib özünü sınaya bilər. Bilmirəm, yeni seçimlərdə mən yığmaya düşə biləcəm, ya yox, ancaq heyətdə yer alacağım halda Azərbaycanı layiqincə təmsil etməyə hazıram.
- Kiber-futbolda uğur qazanmaq üçün hansı şərtlər olmalıdı?
- Kiber-futbolda uğur qazanmaq üçün bir neçə şərt olmalıdı. Oyun bacarığının olmasından danışmağa dəyməz. Bu vacibdi. İlk pillədə intizam durur. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu sizə bir faktla deyə bilərəm. Son iki dünya çempionatında Fransanı təmsil edən oyunçu geridönüş edərək qızıl medala sahib çıxıb. Yarışa qatılan idmançıda yüksək motivasiya olmalıdı. Kiber-futbolda rəqibin psixoloji təzyiqinə məruz qalıb özünü itirsən, bütün oyunu əldən verə bilərsən. Fikrimcə, oyun bacarığı, intizam və psixoloji durum həlledicidi.
- Kiber-futbol intellektual oyundu, yoxsa yeni idman növü?
- Fikrimcə, kiber-futbol qarışıqdı. Bunu intellektual oyuna və idmana aid etmək də olar, etməmək də. Çünki çox oyunçular tanıyıram ki, dərin futbol biliyi olmadığından onu taktikada tətbiq edə bilmir. Oyun bacarığın nə qədər yüksək olsa da, futbol biliyi mütləq olmalıdı. Mən sadəcə, PES-dən nümunə gətirdim. Digər kiber-futbol növlərində də bu keçərlidi. Məncə, bu qarışıq, miks halında yaradılmış bir sistemdi.
- Məndə olan məlumata görə, real futbolda olduğu kimi, kiber-futbolda da oyunçuları transfer edirlər və buna görə müəyyən məbləğlər ödənilir. Bizdə də belə təcrübədən yararlananlar var?
- Ölkəmizdə kiber-futbol yeni inkişaf etdiyindən hələ ki bizdə oyunçuların transferləri haqda heç nə eşitməmişəm. Yəqin ki liqa başlayandan sonra bizə də belə təkliflər gələcək. Mən buna əminəm. Məhz belə turnirlərdə güclülər üzə çıxır. Həmin oyunçulara da sonradan xarici klublardan təkliflər gəlir.
- Necə oldu ki, yeni yaranan liqada məhz “Sumqayıt”ın şərəfini qorumağa qərar verdin?
- Liqanın anonsunu eşitdiyim ilk gündən həyəcanlandım. Ümid edirəm ki, çox güclü rəqabət olacaq. Yeni turnirdə “Sumqayıt”ın adından çıxış etmək məni daha məsuliyyətli olmağa vadar edir. Çünki həyatda ilk addımlarımı bu şəhərdə atmışam, məktəbə Sumqayıtda getmişəm, uzun illər burda yaşamışıq. Liqada uğur qazansaq, deməli, mən də şəhər üçün nəsə etmiş olacam. Komanda yoldaşım da güclü oyunçudu və oyununu da görmüşəm. İnanıram ki, ilk “üçlüy”ə düşə biləcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar