07 may 12:17yigma

Karantinə kimi yığmaya namizədlərin siyahısı qısalıbmış


Vaqif Sadıqov: “Ancaq yekun qərar olmadı, sonra da araya xəstəlik düşdü”
Milli komandanın baş məşqçi postu hələ də boşdu. Mətbuatda bu vəzifə üçün saysız-hesabsız mütəxəssislərin adları çəkilsə də, heç biri rəsmiyyətə qovuşmadı. Nəhayət, bir müddət öncə AFFA açıqlama yayaraq, yığmaya baş məşqçi seçimi üçün danışıqları dayandırdığını bildirdi. Sözsüz, belə vəziyyətdə danışıq aparmaq mənasızdı. Düzdü, Nikola Yurçeviç vəzifəsindən ayrılanda dekabr idi. O zaman isə heç koronavirusun izi-tozu da yox idi. Ancaq federasiya rəhbərliyi nədənsə tələsmədi, arxayın davranmağa üstünlük verdi. Düzdü, bu arxayınlıq Millətlər Liqasının martın 3-də keçirilən püşkatma mərasimi ilə də bağlı idi. Bir yandan araya pandemiyanın girməsi bizim üçün yaxşı oldu. Çünki əks təqdirdə beynəlxalq oyunlar martda başlayacaqdı, bizim isə hələ də baş məşqçimiz yox idi…
Hazırda nəinki ölkə, hətta dünya futbolunun belə qarşısında böyük bir qeyri-müəyyənlik var. Hələlik premyer-liqanın da aqibəti bəlli deyil. Ancaq millinin baş məşqçisi axır-əvvəl təyin olunmalıdı. Üstəlik, futbolçuların bir müddətdi hazırlıqsız qalması, yeni baş məşqçinin onları tanımaması ikiqat çətinlik yaradacaq. Milli komandamızın sabiq çalışdırıcıları Ağasəlim Mircavadov və Vaqif Sadıqovla bu barədə danışdıq. Təcrübəli mütəxəssislərdən baş məşqçi təyinatının gecikməsinin yığmaya necə təsir edəcəyinə münasibət öyrəndik.
Ağasəlim Mircavadov: “Açığı, yaşımla bağlı mən bir müddətdi işə gedə bilmirəm. Qərara riayət etməyə çalışıram. Ancaq AFFA-nın millinin baş məşqçisi üçün danışıqları dayandırmasından xəbərdaram. Hazırda danışıqlar davam etsə də, nəticə olmayacaq. Yəqin bir şey bilirlər ki, edirlər. Onsuz da hazırda iş yoxdu, hər yer dayanıb. Bəlkə də kiminləsə danışıblar, razılıq olub. Ola bilsin, gözləyirlər. Bu durumdan milli komandanın əziyyət çəkməsinə gəlincə, hazırkı vəziyyətin dünyada bütün idman növlərinə təsiri olacaq. Buna şübhə yoxdu. Hazırda yalnız Belarus çempionatı davam edir. Baxın, milliyə futbolçular hardan gəlir? Klublardan. Hazırda onlar dayanıb, məşq etmirlər, oynamırlar. Ancaq bu gündən bəzi yerlər fəaliyyətə başlayacaq. Yəqin yavaş-yavaş hər şey normala dönəcək. Amma yenə də heç kim bilmir ki, koronavirus tam olaraq nə vaxt bitəcək. Necə olacağını bilmək üçün vaxta ehtiyac var”.
Vaqif Sadıqov: “Mövcud vəziyyətin tək milli komandaya yox, bütün Azərbaycan futboluna təsiri olacaq. Təbii ki, bu gün komanda planlı şəkildə fəaliyyət göstərə bilmirsə, başındakı insan bəlli deyilsə, mütləq təsiri olacaq. Ancaq o təsiri minimuma endirmək üçün hamımız çıxış yolu tapmalıyıq. Elə bir vəziyyətdəyik ki, təsirsiz ötüşə bilmir. Bu gün klublar dayanıb, oyunçular formasından uzaqdı, milli komandalar fəaliyyətsizdi. Necə təsirsiz ötüşə bilər ki?! Koronavirus pandemiyasından öncə baş məşqçi təyin etməyə imkan var idi. O vaxt danışıqlar gedirdi. Artıq siyahıdan az namizəd qalmışdı. Ancaq yekun qərar olmadı, sonra da araya xəstəlik düşdü. Amma yenə də çıxış yolu tapmalıyıq. Açığı, bu vəziyyətdə AFFA-nın kiminləsə danışıq apardığına, razılaşdığına inanmıram. Çünki federasiya rəhbərliyi hər zaman futbol ictimaiyyəti ilə şəffaf şəkildə çalışır. Belə bir şey olsaydı, açıqlanardı. Bilirsiz ki, danışıqlar dayandırılıb. Hazırda gözləyirik ki, pandemiya bitsin, çempionatlar bərpa olunsun və ən əsası beynəlxalq oyunların təqvimini bilək. Ondan sonra danışıqları bərpa edərik”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar