24 fev 11:12yigma

Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək


“Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu”[/b]
AFFA 16 yaşlılardan ibarət milli komandanın baş məşqçi postuna Aqil Nəbiyevi gətirib. Federasiyadan verilən açıqlamaya görə, qərar Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq qəbul edilib. Nəbiyev artıq bir neçə müddətdi bu işlə məşğul olur. O, beş aydı ki, 15-16 yaşlı futboçularla çalışır. Aqil bəylə yeni vəzifəsi və aşağı yaş qruplarındakı çətinliklərlə bağı söhbət etdik.
- Əvvəlcə təyinatınızla bağlı təəssüratınızı bölüşərdiz.
- Təxminən 5 aydı bu layihə üzərində çalışırıq. Bakı bölgəsində bu yaş qrupu üzrə uşaqları toplayırdıq. Təbii ki, Miloş Velebitin rəhbərliyi altında. Hər bir insanın hədəfi olmalıdı. Mənim də özüməməxsus məqsədlərim var. Millidə işləmək hər bir insan üçün şərəfdi. Mənə yığmada həm oynamaq, həm də çalışmaq nəsib oldu. Bu, qürurverici bir şeydi. Həfədim daha yuxarı yerlərdə işləmək, yığmanı daha yaxşı yerlərə gətirməkdi. Çox sağ olsunlar ki, mənə bu fürsəti verdilər. İnanıram ki, onların etimadını doğruldacam.
- Dediz ki, artıq bir neçə aydı bu işlə məşğulsuz. Aşağı yaş qruplarında çalışmağın hansı çətinlikləri var?
- Bəli, 5 aya yaxındı bu işlə məşğulam. Artıq uşaqların çoxunu tanıyırıq. Söhbət Bakı ətrafındakı oyunçulardan gedir. Onların bütün oyunlarını izləmişik. Çalışacağıq ki, ən keyfiyyətli olanları milliyə dəvət edək. Sözsüz, uşaq futbolunda çətinliklər var. Ancaq bu millidən asılı bir şey deyil, klubların öhdəsinə düşən işdi. Futbolçular klubdan milliyə hazır gəlməlidi. Biz hazır komandaya gəlməmişik. Ancaq hələ vaxtımız var. Bu uşaqların oyunları hələ gələn il olacaq. Ona isə bir ildən çox var. Çalışıb o vaxta qədər maksimum hazırlaşmalıyıq. Çətinliklərin öhdəsindən gəlməliyik.
- Konkret sizi narahat edən nələrsə var?
- Biz futbolçuları həftədə iki dəfə görə bilirik. Ancaq hər dəfə eyni uşaqları görə bilmirik. Belə ki, hər komandadan 5-6 oyunçu bəyənirik. Onların hamısını birdəfəyə dəvət etmək olmur. Amma hamısı nəzarətimizdə olur. Əsas iş klublardadı. Çalışıb federasiya ilə əməkdaşlıq etməlidilər. Hamımız milli üçün çalışmalıyıq. Klublar mütləq federasiyaya və mili komandalara kömək etməlidi. Ki, futbolçular yığmaya hazır gəlsinlər.
- Mütəxəssislər aşağı yaş qruplarında uşaqların beynəlxalq oyun təcrübəsinin az olduğunu deyir. Bununla bağlı fikriniz var?
- Açığı, elə ona görə 15, 16 yaşlı komandalar yaradılır ki, əsas milliyə qədər oyunçularda təcrübə olsun. Ancaq həmin yaş qrupları üzrə çempionatda barmaqla sayılacaq qədər az komanda var. Rəqabət olmasa, sonda belə bir vəziyyət yaranır. Mən Bakıda bu yaş qrupu üzrə bütün oyunları izləyirəm. Onu deyim ki, keyfiyyətli komanda çoxdu. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu. Xeyr, var. Onları üzə çıxarmaq isə biz məşqçilərin üzərinə düşür. Onları yaxşı səviyyəyə gətirmək bizim borcumuzdu.
- Hazırda inandığınız, gələcəyi parlaq olan oyunçular var?
- Təbii ki, var. Ad çəkməyəcəm, ancaq var. Bakı üzrə bütün oyunçuların siyahısı bizdə var. Ancaq Bakı ilə yanaşı, bölgələrdə də axtarışa çıxacağıq. Daha öncə də 15-16 yaşlıların toplanışı olub. Ona görə əksəriyyətini yaxşı tanıyırıq. İndi biz onları daha da inkişaf etdirmək üçün çalışacağıq. Milli komanda tək bir nəfərin deyil, hamımızındı. Gərək bir-birimizə dəstək olaq. İstər media, klub, istərəsə də azarkeş olaraq. Hamımız millinin ən yaxşı səviyyədə olmasını istəyirik.
- Yəqin ki, əsas milli komandaya baş məşqçi olmaq iddianız var.
- Açığı, bu gün özümü o yerə hazır saymıram. Mən hələ məşqçiliyə yeni başlamışam. Hələlik bu barədə düşünmürəm. Ancaq mənim üçün millinin aşağı yaş qruplarında çalışmaq belə böyük şərəfdi. Ümidləri doğrultmaq üçün hər şeyi edəcəm.
[b]- Söhbət milli komandadan düşmüşkən, hazırda yığmanın baş məşqçisinin yerli, yoxsa əcnəbi olmasının müzakirəsi gedir. Sizcə, yerli olsun, yoxsa əcnəbi?

- Siyahıda kimlərin olduğunu bilmirəm. Ola bilsin ki, bu barədə çoxlu müzakirələr gedir. İnanıram ki, ən yaxşı variantı seçəcəklər. Məncə, yerli və ya əcnəbidən çox əsas odu ki, millimizə, Azərbaycana faydalı olsun.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar