26 yan 06:06yigma

Yığmadan Xorvatiyada nə gözləyək?


Elnur Qəmbərov: “Azərbaycan futzalını hər kəs braziliyalılara görə tanıyır”
Ağatahir Əzimov: “Məncə, elit mərhələdə şansımız var”

DÇ-2020-nin elit mərhələsində mübarizə aparacaq futzal yığmamızı Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da bir-birindən önəmli qarşılaşmalar gözləyir. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Milli qarşıdakı məsul oyunlara Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə yekun vurdu. Üstəlik, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda iki yoxlama matçında da gücünü sınadı. Futzalçılarımız yanvarın 21-i və 22-də Özbəkistan millisi ilə münasibətləri aydınlaşdırdı. Bakı İdman Sarayında təşkil olunan ilk görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız ikinci qarşılaşmada qalib gəldi – 4:3. Amma sərgilənən oyun gələcək adına ümid vermədi. Hazırda çoxlarına belə bir fikir hakim kəsilib ki, milli komandamız bu oyunla Xorvatiyada qarşıya qoyulan hədəfin öhdəsindən gələ bilməyəcək. Bəs görəsən, bununla bağlı mütəxəssislər hansı fikirdədi?
Elnur Qəmbərov: “Açığı, mənim millidən gözləntim böyük deyil. Çünki hamı bilir ki, yığmamız legionerlərdən asılıdı. Qrupumuz isə çətindi. Rusiya ilə nəsə edə biləcəyimizə inanmıram. Xorvatiya isə ev sahibidi və çox güclüdü. Üstəlik, onların bizimlə prinsipi var. Düşünmürəm ki, onlara qarşı oyunda uğurlu nəticə qazanaq. Yalnız Slovakiya qalır ki, bəlkə onlarla oyunda nəyəsə ümid edək. Açıq danışsaq, bu gün millimizin DÇ-yə getməsi bizə heç nə verməyəcək. Çünki futzalımızda inkişaf yoxdu. Millinin taleyi iranlılardan asılıdı. 1000-1500 manat adamlar indi gəlib bizim millidə çıxış edirlər. Hanı bizim cavanlarımız? Niyə yetişmirlər? Siz axırıncı dəfə bizim millinin baş məşqçisinin azərbaycanlı olduğunu xatırlayırsız? Elə əsas heyətdə yer oyunçuların da. Nə qədər eyni futzalçıları görəcəyik? Təsəvvür edin ki, Tofiq Mikayılov 12-13 il öncə mənimlə birgə oynayıb. Hələ də yığmaya dəvət alır. İnkişaf olsaydı, Tofiq yığmaya çağırılardı? Komanda başdan-ayağa legionerlə doludu. Adı da var ki, Azərbaycanı tanıdırıq. Azərbaycan futzalını hər kəs braziliyalılara görə tanıyır. Bu uğur qazanmaq deyil axı. Eynilə böyük futbolda olduğu kimi. Bir nəfər belə xaricdə oynamır. Bir dəfə Xətai Bağırov gedib bir az oynadı. Sonra da tez qayıtdı. Artıq gürcüləri futzalda bizdən çox tanıyırlar. Yaxşı ki, “Araz Naxçıvan” var. Azərbaycan futzalını arxasınca sürüyüb birtəhər aparır. Baxın, bütün veteranlar qalıb kənarda. Axtarmırlar, maraqlanmırlar. Bilənlər, başı çıxanlar kənarda qalarsa, hansı inkişafdan söhbət gedə bilər? Bu gün veteran oyunçular taksi sürür, mühafizəçi işləyir. Halbuki bu işin içindən çıxıblar, onlar axtarılmalıdı, fikirləri soruşulmalıdı. Bu üzdən də hansısa turnirə vəsiqə qazanmaqla heç nə dəyişməyəcək. Bundan öncə də Avropa çempionatında iştirak etmişdik. Bizə nə verdi o turnir? Yenə eyni oyunçular, eyni vəziyyət. Milli hamımızındı, mən də hər şeyə rəğmən, yığmaya uğurlar arzulayıram. Ancaq fikrimcə, bu turnir də bizə heç nə verməyəcək”.
Ağatahir Əzimov: “Millidəki yerli uşaqlar hazırda fiziki yükləmələrlə məşqlər keçirlər. Ona görə də onlarda yorğunluq hiss olunurdu və çox da yaxşı oyun göstərmədilər. Bir az ağır idilər. Braziliyalılar isə birinci oyundan öncə yeni gəlmişdilər. İkinci qarşılaşmada oyunun məzmunu bir az dəyişdi. Artıq biz də rəqibə qarşı pressinqlə oynayırdıq. Buna gücümüz çatırdı. Bu hələ hazırlıq mərhələsidi. Ona görə də burda faciəvi bir şey yoxdu. Əsas odu ki, iş gedir. Məncə, elit mərhələdə şansımız var. Oyunçular artıq toplu məşqlərə keçəcəklər. İndiyə qədər ağır fiziki hazırlıq gedirdi. Dediyim kimi, bu səbəbdən də onlarda yorğunluq hiss olunurdu. Legionerlərdən isə bu oyunlarda nəsə gözləmək olmaz. Çünki təyyarədən düşüb meydana çıxdılar. Heç uyğunlaşma prossesi olmayıb. Gələn kimi oynamaq olmaz axı. Ancaq ikinci gün nisbətən irəliləyiş var idi. Mənə elə gəlir ki, yaxşı olacaq. Hələ bildiyimə görə, milliyə Xorvatiyada da bir-iki legioner qoşulacaq. Sadəcə, çempionatları davam edir deyə, dəvət alan kimi gələ bilmirlər”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar