24 yan 12:32yigma

Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı


Alesio Xorvatiyaya aparacağı heyəti bu gün açıqlayacaq
Azərbaycan - Özbəkistan 2:3 (0:2)
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Hadi Əhmədi, 17. İsa Atayev; 1. Emin Kürdov, 3. Tyaqo Teles, 5. Tofiq Mikayılov, 6. Eduardo Borges, 7. Ramiz Çovdarov, 10. Vassura, 13. Əmir Şocayi, 16. Conatan Luis, 20. İsaq Surqalı.
Baş məşqçi: Joze Alesio Da Silva.
Özbəkistan: 12. Ravşan Əliboyev, 3. Maşrab Adilov, 7. Dilşod Rahmatov, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev; 1. Rustam Umarov (k), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 5. Javlon Anorov, 6. İlhamjon Hamroyev, 8. Husniddin Nişonov, 9. Ravşan İsmatullayev, 10. Xuşnur Erkinov, 13. Abdulla Solihov, 14. Konstantin Sviridov.
Baş məşqçi Bahodir Əhmədov.
Qollar: D.Rahmatov, 3 (0:1). İ.Ropiyev, 5 (0:2). Vassura, 24 (1:2). Ə.Usmanov, 29 (1:3). İ.Surqalı, 36 (2:3).
Vərəqələr: S.Jorayev, 13. M.Adilov, 31. İ.Ropiyev, 38. E.Borges, 40 - sarı. İ.Atayev, 35. D.Rahmatov, 35 - qırmızı.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov.
21 yanvar. Bakı İdman Sarayı.
Dünya çempionatının elit mərhələsinə hazırlaşan futzal yığmamız son iki gündə təlim-məşq prosesi çərçivəsində iki sınaq matçı keçirdi. Bakıya qonaq gələn Özbəkistanla yanvarın 21-də baş tutan matç Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda üçün uğursuz alındı. Görünür, braziliyalı mütəxəssis rəqibi ciddiyə almamışdı. O, start heyətində Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev və iranlı legioner Hadi Əhmədiyə şans vermişdi. Əvəzində yığmanın əsas fiqurları - Tyaqo, Vassura, Eduardo və başqaları ehtiyatda qalmışdı. Asiyalılar matçın taleyini, demək olar, elə ilk 5 dəqiqə ərzində həll etdilər. 3-cü dəqiqədə Rahmatov, 2 dəqiqə sonra isə Ropiyev adını tabloya yazdırdı. Hissənin ortalarından etibarən özünə gəlməyə başlayan yığmanın səylərinə baxmayaraq, rəqib müdafiəsini yarmaq mümkün olmadı və beləliklə, futzalçılarımız fasiləyə 2 topluq yenilgi ilə yollandılar.
İkinci hissənin əvvəlində, konkret 24-cü dəqiqədə Vassura fərqi minimuma endirsə də, özbəklər 5 dəqiqə sonra Usmanovun qolu sayəsində hesabı 3:1-ə çatdırdılar. Yığmanın növbəti qolu 36-cı dəqiqəyə təsadüf etdi. İranlı İsaq Surqalı yenidən komandamızı ümidləndirsə də, məğlubiyyətdən xilas olmaq mümkün olmadı. Beləliklə, yığma Asiya təmsilçisi ilə ilk dueldə 2:3 uduzdu.
Joze Alesio Da Silva ilk oyundakı yenilgiyə belə şərh verdi: “İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan bizə qarşı ikiqat istəkli idi. Bizdə isə hazırda yüksək liqada fasilədi və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb. Əlbəttə, belə oyunlarda nəticədən çox komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdi. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Növbəti oyunda fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.
Özbəkistan millisinin baş məşqçisi Bahodir Əhmədovun fikirlərini də diqqətinizə çatdırırıq: “Bakıya gəlmək mənim üçün xoşdu. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanı oldu, amma biz bu şanslardan daha yaxşı istifadə etdik. Qələbə qazanmağımızda əsas amil müdafiədə düzgün oynamağımızdı. Bu da futzalda vacib detaldı. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb olunan yeni futzalçıları yoxlamaqdı. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycanın Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı var”.
Azərbaycan - Özbəkistan 4:3 (3:1)
Azərbaycan: 12. Rövşən Hüseynli, 10. Vassura, 6. Eduardo Borges, 13. Əmir Şocayi, 3. Tyaqo Teles; 1. Emin Kürdov, 5. Tofiq Mikayılov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Hadi Əhmədi, 16. Conatan Luis, 17. İ.Atayev, 20. İsaq Surqalı.
Baş məşqçi: Joze Alesio Da Silva.
Özbəkistan: 12. Ravşan Əliboyev, 3. Maşrab Adilov, 7. Dilşod Rahmatov, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev; 1. Rustam Umarov (k), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 5. Javlon Anorov, 6. İlhamjon Hamroyev, 8. Husniddin Nişonov, 9. Ravşan İsmatullayev, 10. Xuşnur Erkinov, 13. Abdulla Solihov, 14. Konstantin Sviridov.
Baş məşqçi Bahodir Əhmədov.
Qollar: Vassura, 3 (1:0). İ.Hamroyev, 10 (1:1). Tyaqo, 13 (2:1). Eduardo, 15 (3:1). İ.Ropiyev, 26 (3:2). S.Jorayev, 29 (3:3). İ.Atayev, 37 (4:3).
Vərəqələr: Tyaqo, 19. X.Bağırov, 39 - sarı. Ə.Usmanov, 36 - qırmızı.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov.
22 yanvar. Bakı İdman Sarayı.
Futzal yığmamız Özbəkistanla ikinci oyuna fərqli heyətlə başladı. Start heyətində üç braziliyalı var idi. Onu da qeyd edək ki, tərəflərin razılığına görə ilk oyunda meydandan qovulan futzalçılar - İsa Atayevlə Dilşod Rahmatov bu dəfə də komandalarına kömək edirdi. Hadisələri qabaqlayaraq deyək ki, yığmamıza qələbəni məhz İsa qazandırdı.
Hesabı 3-cü dəqiqədə Vassura ilə açan Alesionun komandası hissənin ortasında rəqibin tarazlığı bərpa etməsinə şərait yaratsa da, sonradan 2 qol vurub fasiləyə inamlı üstünlüklə yollandı. Tyaqo və Eduardo komandamızın üstünlüyünü möhkəmləndirdi. Bununla belə, yenilgi ilə barışmayan özbəklər ikinci hissənin gedişində 2 qol vurub fərqi aradan qaldırdı - 3:3. Ancaq qeyd etdiyimiz kimi, İsa 37-ci dəqiqədə qələbə topunu vurdu. Bundan 1 dəqiqə əvvəl isə özbəklər azlıqda qalmışdı.
Beləliklə, yığma DÇ-nin elit mərhələsi ərəfəsində keçirdiyi son oyunda qələbə qazandı. Bəlkə bu qələbənin rəsmi oyunlarda komandaya köməyi dəydi. Amma oyun planında problemlərin qaldığını da qeyd edək. Ümid edirik ki, Xorvatiyada düşərgəyə qoşulacaq Vilela və Qallonun dönüşü ilə bu narahatlıq da aradan qalxacaq.
Joze Alesio Da Silva: “Bu gün oyuna daha yaxşı konsentrasiya olmuşduq. Çünki dünən keçirdiyimiz matçda çoxlu səhvlərə yol vermişdik. Bunu təhlil edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik. Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Burdakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha iki oyunçu Osiyek şəhərinə gələcək. Bizi çətin qarşılaşmalar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
Bahodir Əhmədov: “Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci yarıda bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumilikdə Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar