18 yan 11:20yigma

"Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır


İsa Atayev: “Bu mərhələdə buraxılacaq hansısa səhvin bərpası yoxdu”
Futzal yığmamız dünya çempionatının elit mərhələsinə hazırlığı davam etdirir. "Modern Hospital"da məskunlaşan komanda natamam heyətlə olsa da, gündə bir, bəzən isə iki məşq edir. Məsələ burasındadı ki, hələ legionerlərin hamısı toplanışa qatılmayıb. Sabah əcnəbilər də düşərgədə olmalıdı. Yanvarın 21-i və 22-də Bakıda Özbəkistanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq millinin sabah həm də mətbuat üçün açıq məşqi baş tutacaq. Bundan başqa, şənbə günü saat 12.00-da "Olimpik Star"da keçiriləcək məşqdən əvvəl baş məşqçi Joze Alesio da Silva media nümayəndələri üçün brifinq keçirəcək və hazırıığın gedişi ilə bağlı sualları cavablayacaq.
Bu arada yığmanın əsas fiqurlarından olan İsa Atayev Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Futzalçı yığmanın düşərgəsindəki ab-havadan bəhs edib.
- Hazırlıq necə gedir? Əsasən fiziki, yoxsa taktiki planda məşqlər keçirilir?
- Plan üzrə hazırlığı davam etdiririk. Həm taktiki məşqlər keçirik, həm də fiziki çalışmalara yer verilir. Baş məşqçi fiziki hazırlıq üzərində daha çox dayanır. Çünki yüksək liqada dekabrın sonlarından fasilə yaranıb və oyunçuların hamısı, demək olar, istirahətdən dönüb. Belədə fiziki hazırlığı yüksəltmək vacibdi. Topla məşqlərimiz də olur, ancaq taktiki çalışmalara heyət tam toplaşdıqdan sonra daha çox vaxt ayrılacaq.
- Toplanışa artıq çəki ilə və ya hazırlıqsız gələn varmı?
- Bir var komanda ilə hər gün məşqlər edəsən, bir də var gündəlik fərdi hazırlıqla kifayətlənəsən. Bunlar fərqli məqamlardı. Ancaq heç kim düşərgəyə artıq çəki ilə gəlməyib. Buna görə də fiziki formamızı qısa vaxtda tam bərpa edəcəyik. Çünki istirahətə yollansaq da, demək olar, hər gün məşq edirdik ki, fasilədən sonra çox əziyyət çəkməyək. Komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Bəzən gün ərzində iki, əksər hallarda isə bir məşqlə kifayətlənirik.
- Baş məşqçi əsasən nələrə diqqət etməyi tapşırır?
- Nizam-intizama xüsusi diqqət yetirir. Hər birimizdən gündəlik rejimə riayət etməyimi, məşqlərə ciddi yanaşmağımı, oyunlara konsentrasiya olmağı, məşqdə verilən tapşırıqları düzgün yerinə yetirməyi tələb edir. Çünki bu mərhələdə buraxılacaq hansısa səhvin bərpası yoxdu. Komanda olaraq, ən yüksək nəticəni qazanmağa köklənmişik. Ona görə də hazırlığımızı ən yüksək səviyyəyə qaldırmalıyıq.
- Rəqiblərlə bağlı hansı məlumat əldə etmisən və ya baş məşqçi hansı məlumatları verib?
- Rəqiblərimizdən ən çox Rusiya ilə həm rəsmi, həm də beynəlxalq turnirlərdə dəflərlə üz-üzə gəlmişik. Sonuncu duelimiz sentyabrda olub. Slovakiya millisi ilə oktyabrda Bakıda görüşmüşük. Xorvatiya ilə də oyunlarımız olub və müsbət nəticə əldə etmişik. Bu komandanın ötən ay Ukrayna millisinə qarşı keçirdiyi oyunları izləmişik. Taktiki və fiziki cəhətdən yaxşı hazırlıqlı, mobil komandadı. Əlbəttə, hər birinin özünəməxsus üstün və zəif cəhətləri var. Baş məşqçimiz də bunu müəyyənləşdirib. Oyunlara yaxın necə mübarizə aparacağımızı deyəcək. Aydın məsələdi ki, biz onlarla necə maraqlanırıqsa, rəqiblərimiz də bizi təhlil edir, istifadə edə biləcəkləri zəif tərəflərimizi axtarırlar.
- Ardıcıl ikinci dəfə dünya çempionatına yollanmaq şansımız nə qədərdi?
- 50-nin 50-yə dəyərləndirərdim. Futzaldı, istənilən görüşdə 10 saniyə ərzində oyunun taleyini həll etmək mümküdü. Ona görə də əvvəlcədən nəticə barədə yüzfaizlik fikir bildirmək olmaz. Biz də çox istəyirik ki, ikinci dəfə ən mötəbər yarışda ölkəmizi təmsil edək. Hansı komanda yaxşı hazırlaşsa, imkanlarından düzgün istifadə etsə, qələbəni də o qazanacaq. İnanıram və daxilimdəki hisslər həmin komandanın biz olacağını deyir.
- Rəqibləri ayrı-ayrılıqda necə xarakterizə edərdin?
- Turniröncəsi reallığı nəzərə alsaq, Rusiya favorit sayılır. İkinci özümüzü, üçüncü isə Xorvatiya futzalçılarını görürəm. Bizim üçün bütün suallara ilk oyundan sonra aydınlıq gələcək. Xorvatiya ilə onların meydanında finala bərabər görüş keçirəcəyik. Slovakiyanı aşağılamıram. Bakıda da onlarla oyunumuz ağır keçdi. Bu komanda da sürpriz edə bilər. Biz bütün diqqətimizi meydan sahibi komanda ilə yanvarın 29-da keçirəcəyimiz oyuna yönəltmişik.
- Özbəkistanla qarşılaşmalar hazırlıq baxımından nə kimi fayda verəcək?
- Səfərdən əvvəl onlarla oyunların keçirilməsi ancaq faydalı olacaq. Çünki oyun təcrübəsinə böyük ehtiyacımız var. Bu oyunlarda səhvlərimizi görəcəyik. Ondan sonra həmin çatışmazlıqları aradan qaldırmağa vaxtımız olacaq.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar