17 yan 12:04yigma

U-19 hər ay toplanış keçəcək


Samir Əliyev “Alanyaspor”un futbolçusu ilə bağlı qərar verməyib
Avropa çempionatına hazırlaşan U-19 millimiz yanvarın 14-dən Bakıda hazırlığa başlayıb, ayın 18-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 25-i və 27-də Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları nəzərdə tutulub. Hazırlığı Bakıda davam etdirən yığmanın heyətinə Türkiyədən bir oyunçu da dəvət olunub. Hazırlığın necə keçdiyini və heyətlə bağlı fikrilərini öyrənmək üçün U-19-un baş məqşçisi Samir Əliyevlə əlaqə saxladıq: “Hazırda komandamızın üzvləri 2002 təvəllüdlü oyunçulardı. Onların bir çoxu 17 yaşlılardan ibarət millidə çıxış ediblər. Bizdə 18 yaşlılardan ibarət komanda olmadığına görə bu oyunçular sonuncu dəfə bir yerdə 2018-ci ildə, yəni ilyarım öncə oynayıblar. Ona görə işimiz bir az çətindi. Ancaq edəcək bir şey yoxdu, öhdəsindən gəlməliyik. Asan nə var ki?! Çalışacağıq onların uyğunlaşma dövrü çox tez keçsin. Düzdü, seçmə mərhələ oktyabrdadı. Yəni yetərincə vaxtımız var. Amma yenə də çətinliklərimiz olacaq. Bilirsiz ki, Türkiyədən bir oyunçu (“Alanyaspor”un U-19 komandasının üzvü Mustafa Yıldırım) dəvət etmişik. Ancaq hələ onunla bağlı yekun qərar verilməyib. Bir neçə gün sonra Anatalyaya yolanacağıq. Orda da məşqlərimiz davam edəcək. Anatalyada yoxlama oyunlarımız olacaq. Həmin qarşılaşmalar bizim üçün yaxşı fürsətdi. Müsbət və mənfi tərəflərimizi görəcəyik. Bəzi problemlərin fərqinə varacağıq. Antalyada “Alanyaspor”un 19 yaşlılardan ibarət komandası ilə də yoxlama oyununda gücümüzü sınayacağıq. Bəzən bəzən olur ki, heyətdə bir mövqe üçün yetərincə oyunçu olur. Ancaq elə də olur ki, bir mövqe üçün oyunçu tapa bilmirsən. Ona görə də Yıldırımı dəvət etmişik. Bu normal haldı. Dünyanın hər yerində “milliləşdirilən” oyunçular var. Bizdə də hərdən olur. Burda qəbahət heç nə yoxdu. Ancaq onunla bağlı yekun qərarı hələ verməmişik. Çıxışına baxacağıq, ehtiyac duysaq, bizimlə qalacaq. Oktyabra qədər komandanı hazır etmək istəyirik. Oyunçuların beynəlxalq oyun təcrübəsi yetərincə deyil. Rəqiblər belə turnirlərə çox ciddi hazırlaşırlar. Bizdə isə futbolçular maksimum U-19 liqasında çıxış edirlər. Bu yarışın da hansı səviyyədə olduğunu bilirsiz. Ancaq müsbət məqam odu ki, ayda bir dəfə toplanış keçəcəyik. Bu da oyunçuları tanımaq, onlarla daha faydalı çalışmaq üçün yaxşıdı. Nə qədər tez toplansaq, bir o qədər də uyğunlaşma prosesi tez olur”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar