10 dek 16:05yigma

“Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik”


Vüqar Məmməd “Altınordu”nu nümunə göstərdi
U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində İngiltərə, Yunanıstan və San Marino ilə birgə eyni qrupda mübarizə aparacaq. Yığma son seçmə mərhələni xalsız tamamlamışdı. Almaniya, Qazaxıstan və Yunanıstanla bir qrupda yer alan milli keçirdiyi bütün görüşlərdə məğlub olmuşdu. Komanda 3 oyunda qapısından 10 top buraxmış və cəmi 1 qol vura bilmişdi. İndiki halda da uğur qazanacağımız inandırıcı görünmür. Rəqiblərin səviyyəsi bəllidi. Ümumiyyətlə, bizim üçün qrupdakı rəqiblər bəlli olduqdan sonra əksər vaxt nəticənin necə olacağını təxmin etmək çətin olmur. Təəssüf ki, hazırda Avropanın ən zəif komandaları sırasında yer almışıq. Bu uğursuz seriya yalnız sözügedən yaş qrupu ilə bağlı deyil. Ümumilikdə futbolumuzun biabırçı vəziyyətdə olması ilə əlaqəlidi.
17 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Vüqar Məmmədlə həm qrupdakı şanslarımızla, həm də ümumilikdə aşağı yaş qruplarınndakı problemlərlə bağlı danışdıq: “Güclü rəqiblərlə bir qrupa düşmüşük. İngiltərə millisi dünya çempionatının finalına qədər yüksələn komandadı. Yunanıstan isə həmişə elit-raunda vəsiqə qazanıb. Mən hər zaman demişəm ki, biz gərək ardıcıl 3-4 il ilk mərhələni keçək ki, sonradan reytinq baxımından daha rahat qrupa düşək. Eyni nüansları U-19 millimiz üçün də deyə bilərəm. Qrupa düşmək üçün gərək yaxşı hazırlaşaq. Hazırda asan rəqib yoxdu. Bu gün milli komandalar nəticələrə görə tənqid olunur. Ancaq məsləhətim budu ki, klublardakı vəziyyətlə yaxından maraqlanmaq lazımdı. Görək futbolçu orda nə işlə məşğuldu, nə yeyir-içir, ümumiyyətlə, qidalanırmı? Hansı şəraitdə məşq edir, hansı meydanda oyuna çıxır? Onlar bəzən elə meydanda oyuna çıxır ki, görüşün bir an öncə, tez bitməsini istəyir. Çünki orda nəinki futbol oynamaq, heç normal gəzmək belə olmaz. Bunları gördükdən sonra isə İngiltərə, Almaniya, Yunanıstan ilə özümüzü müqayisə edin. Heç uzağa getməyə ehtiyac yoxdu. Türkiyə ilə müqayisə etsəz, bəs edər. Əsas milli üzdədi deyə, hamı onu görür. Siz aşağı yaş qruplarıyla maraqlanın, ordakı vəziyyəti işıqlandırın. Təəssüf ki, vəziyyət acınaqcaqlıdı. Klubların çoxuna aşağı yaş qruplarında oynayan futbolçular maraqlı deyil. Onlar yalnız milliyə dəvət aldıqda yaşıl meydan, rejim görür, normal vitaminlə təmin olunurlar. Təsəvvür edin ki, futbolçuların heç orda oynamağa butsları belə olmur. 21-ci əsrdə yaşasaq da, hər şeyə sıfırdan başlayırıq. Görürsüz ki, klubla milli arasında fərq çox böyükdü. Bu da oyunçuların beynəlxalq görüşlərdəki performanslarına təsir edir. Mən bütün problemləri klublarda görmürəm. Futbolçular da peşəkar olmalıdılar. Onlar futbolçu olmaq istəyirlərsə, bəzi şeyləri qurban verməlidirlər. Üstəlik, biz millidə futbolçu yetişdirmirik. Klublarda yetişən, hazır olan oyunçuları yığmaya cəlb edirik. Hər dəfə də eyni problemləri deyirik. Ancaq nə əməl edən olur, nə də nəticə var. Baxın, görün neçə klubumuzda akademiya fəaliyyət göstərir? Onların adı akademiyadı, əslində isə sıradan futbol məktəbidi. Ötən il Türkiyənin “Altınordu” klubunun düşərgəsində təcrübə keçdim. Ordakı şəraitdən heç danışmağa dəyməz. İnanın ki, Avropanın bir çox ölkəsindən üstündülər. Biz ordakı şəraitin heç yanından keçə bilmərik. O klub 1923-ci ildə yaranıb, 2023-də 100 yaşları tamam olacaq. O zaman isə artıq bütün dünya onlardan danışacaq. Bu gün Türkiyənin 9 milli komandası var. Onların dördünü “Altınordu”nun oyunçuları təşkil edir. Komandadakı bütün oyunçular öz yetirmələridi. Məqsədləri superliqaya vəsiqə qazanıb avrokuboklara yüksəlməkdi. Yetişdirdikləri oyunçular İngiltərədə, İtaliyada, Belçikada oynayırlar. Yəni bizdə də klubların düzgün strukturu olmalıdı. Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik. Mən heç vaxt günahkar axtarmamışam, həmişə inkişaf etməyin yollarını aramışam”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar