10 dek 15:56yigma

Yeganə ümid yeri Millətlər Liqasıdı!


Milli komandamız UEFA Millətlər Liqasının C Liqasında mübarizə aparacaq. Yığma C liqasının 4-cü səbətində yer alıb. Bu səbətdə Qazaxıstan, Moldova və Ermənistan yığmaları da var. Millətlər Liqasının püşkatma mərasimi isə 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək. Ötən mövsüm birinci dəfə keçirilən turnirdə yığmadan gözləntilər yüksək idi. Ancaq komandanın uğursuz çıxışı bu liqanın da bizim üçün olmadığını göstərdi. Yığma Qurban Qurbanovun rəhbərliyi altında Kosovo, Farer adaları və Malta ilə bir qrupda mübarizə aparmış, ancaq liderliyik yarışında Kosovoya uduzmuşdu. Açığı, Qurbanovlu millidən gözləntilər böyük idi. Ən azı rəqiblərin bizə uyğun olması yığmanın qrupdan çıxacağına ümid yaratmışdı. Ancaq milli gözləntiləri qarşılaya bilmədi. Hətta qrup mərhələsinin son oyununda Kosovoya 0:4 hesabı ilə məğlub olan komanda kifayət qədər tənqid olunmuş və uğursuz nəticəyə görə Qurbanovla yollar ayrılmışdı. Növbəti mövsümün püşkü isə martda atılacaq. Açığı, bu dəfə də millidən ciddi nəticə gözləmək çətindi. Son seçmə mərhələdəki biabırçı çıxışdan sonra heç nəyə ümid qalmayıb. Üstəlik, nəzərə alaq ki, böyük ehtimalla Nikola Yurçeviçlə yollar ayrılacaq. Yeni gələn baş məşqçinin komandanı hazırlaması, oyunçuları tanıması kimi amilləri də nəzərə alanda, artıq gəlməmiş bəhanəsinin hazır olduğu görünür. Ancaq bu liqadakı rəqiblərin seşmə mərhələyə nəzərən bizə uyğun olması az-çox yenə də nəyəsə ümid etməyə imkan verir. Elə bu səbəbdən mütəxəssislərə yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirməsi üçün müraciət etdik.
Samir Abasov: “Burda komandaların gücü aşağı-yuxarı bəllidi. Demək olar ki, yalnız bir güclü komanda olur qrupda. Ancaq nəzərə alınmalıdı ki, bizim kimi bütün komandalar da bu şansdan yararlanmaq istəyir. Bu turnirin bizim üçün rahat olduğunu deyə bilməsəm də, “dişimizə görədi”. Ancaq təəssüf ki, ilk cəhddə uğursuzluqla üzləşdik. İkinci cəhddə necə olacağını demək çətindi. Bu gün yalnız mən yox, heç kim deyə bilməz ki, komandamız qrupda yer alan hansısa kollektivdən güclüdü. Hə, çıxmalıyıq qrupdan. Çünki bunlarla da oynaya, burdan da özümüzə bir şans yarada bilməsək, nə zaman bunu bacara biləcəyik? Seçmə mərhələdə hamımız rəqiblərin gücündən danışırıq. Ancaq burdakı rəqiblər həmin komandlarla müqayisədə zəifdilər. Arada hətta yerdən göyə qədər fərq var. Biz sırf bu liqaya hazırlaşıb, şans qazanmalıyıq. Bu gün komandaların adlarına baxmaq lazım deyil. Artıq hər kəs futbol oynayır. Lüksemburqla oynayan komandalar – Portuqaliya, Ukrayna nə qədər əziyyət çəkirlər. Bü gün belə komandalar qrupumuza düşsələr, dərhal başlayırıq ki, “mütləq çıxmalıyıq” . Bəli, çıxmalıyıq. Ancaq bu arzudu, istəkdi. Güc baxımından isə biz heç də bu komandalardan güclü deyilik. Xatırlayırsızsa, biz Maltanı evdə və səfərdə uda bilmədik. Deməli, Avropada elə komanda yoxdu ki, biz onlardan iki-üç dəfə güclü olaq. Ötən mövsüm zəif çıxış edən rəqiblərin bu dəfə necə oynayacaqlarını hardan bilək? Çexiya millisini yadınıza salın. Prosineçkinin vaxtında onlara qarşı yaxşı nəticə qazandıq. Həmin vaxt onların heyətində gəncləşdirmə siyasəti gedirdi. Bu gün isə artıq Çexiya AÇ-2020-yə vəsiqə qazanıb. Görürsüz, bir tsikli qurban verib, əvəzində belə uğur qazandılar. Bizim rahat uda biləcəyimiz komanda yoxdu. Çünki biz bu turnirdə aşağı-yuxarı hamı ilə eyni gücdəyik. Onun üçün də çətin olacaq. Bəli, bir azarkeş kimi “qrupdan çıxmalıyıq” deyirik. Digər tərəfdən, azarkeşlər də haqqlıdılar. Bu qruplardan da çıxmasaq, başqa nədən danışaq? Artıq təcrübəmiz var ki, bu özü də böyük şeydi. Kosovo ən güclü rəqib idi, bizim qrupa düşmüşdü. O zaman bəxtimiz gətirmədi. Ancaq artıq həqiqətən də qrupdan çıxmalıyq. Vaxtdı”.
Sənan Qurbanov: “Millətlər Liqasında bizə uyğun rəqiblər çoxdu. Ötən mövsümdə şanslarımız var idi. Düzdü, Kosovonun heyətindəki futbolçuların bir çoxu Avropada çıxış edirlər. Ona görə onlar bizə əngəl oldular. Ancaq yenə də bu turnir bizim kimi komandalara şans yaradır. Gərək bundan istifadə edək. Özünüz də gördüz, seçmə mərhələdə elə bir qrupa düşmüşdük ki, heç bir şansımız yox idi. Bütün rəqiblər bizdən güclü idilər. Bizə uyğun komandalar yox idi. Məncə, şansımızı Millətlər Liqasında axtarmalıyıq. Nəyin bahasına olur-olsun, bir plan əsasında çalışıb burda uğurlu nəticə qazanmalıyıq. Artıq bütün komandalar futbol oynaya bilir. Bəzən elə bir komanda görürük ki, heç 10 il öncə onların belə çıxış edəcəyi ağlımıza gəlməzdi. Elə yaxın qonşu Gürcüstanın heyətinə baxın. 22 futbolçunun 21-i xaricdə oynayır. Bu çox böyük göstəricidi. Artıq bütün dünya inkişaf edir. Açığı, biz onlarla ayaqlaşa bilmirik. Bu da futbolçularımızın xaricə getməməsi ilə bağlıdı. Gənc yaşlarından futbolçuları legioner həyatı yaşamaq üçün göndərmək lazımdı. Bilmirəm, bunu menecerlərmi həll edir, yoxsa başqası. Ancaq artıq bu məsələni yoluna qoymaq lazımdı. Digər tərəfdən, çempionatımızın səviyyəsinin aşağı olduğunu etiraf etmək lazımdı. Sürət olduqca aşağıdı. Elə Avroliqada mübarizə aparan komandamıza baxın. Qrup mərhələsinə qədər gəlib, sonda yenə də çempionatımızın səviyyəsindən gileylənirik. O vaxtı biz də “Qəbələ” ilə eyni problemi yaşayırdıq. Avrokubok oyunlarından sonra oyunçuları çempionat görüşlərinə kökləmək çətin olurdu. Ancaq Avropada belə problem yoxdu. Hər şeyə rəğmən, mən Millətlər Liqasından ümidliyəm. İstedadlı oyunçularımız var. Daim axtarmalıyıq, yenilənməliyik, inkişaf etməliyik. Hamımız əl-ələ verib, baş məşqçini dəstəkləməliyik. Nəticədə bu bizim ölkədi”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar