10 dek 15:03yigma

Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür


“Problem uşaq futbolunda yox, biz məşqçilərdədi”
Ölkəmizin U-19 yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Moldovada keçiriləcək görüşlərdə yığmamız Fransa, Yunanıstan və ev sahibləri ilə mübarizə aparacaq. Açığı, son dönəmlərdə istər əsas millinin, istərsə də aşağı yaş qrupları üzrə yığmaların çıxışı biabırçı vəziyyətdədi. Böyükdən-kiçiyə bütün milliərimiz qruplarda yalnız rəqiblərinin qol sayını artırmaqla məşğuldular. Ona görə də heç bir seçmə mərhələ ərəfəsində komandalarımızla bağlı ümidverici nəsə demək, ürəkaçan nəticə gözləmək mümkün olmur. Nə vaxt milli komandalarımızın mövcüd olduğu qruplar barədə danışmağa başlasaq, rəqiblərlə aramızdakı səviyyə fərqindən söz açırıq. Təbii ki, söhbət belə başladığı üçün onlardan hansısa nəticə gözləməyə dəymir. Bü gün əsas millimizin fiasko ilə qrupu tamamlaması əslində vəziyyətin nəinki indi, hətta yaxın bir neçə ildə də biabırçı olacağının göstəricisidi. Bu, aşağı yaş qruplarının nəticələrindən açıq-aşkar görünür. Elə U-19-un da qrupdakı rəqiblərinə baxanda yığmanın çıxışının hansı səviyyədə olacağını indidən təxmin etmək çətin deyil.
Komandanın baş məşqçisi Samir Əliyevlə seçmə mərhələdəki rəqiblər, şanslar ətrafında söhbət etdik. AFFA ilə müqaviləsinin müddəti yanvarda bitəcək gənc mütəxəssis yalnız U-19-un perspektivindən yox, ölkə futbolunun təməl problemi olan aşağı yaş qruplarında oyunçu yetişməməsindən də danışdı: “Qrupumuz olduqca çətindi. Fransa haqda çox danışmağa ehtiyac yoxdu. Yunanıstan da fransızlar qədər olmasa da, bizdən öndədilər. Qalır yalnız ev sahbi Moldova. Onlar, demək olar ki, bizimlə eyni səviyyədədilər. Ancaq bu o demək deyil ki, kimlərsə güclüdü deyə, əl-qolumuzu sallayıb onlara məğlub olacağıq. Qrupdan çıxmaq üçün şans həmişə var. Bunun üçün ilk növbədə komanda formalışdırmaq lazımdı. 18 yaşlılarımızın növbəti ildə 19 yaşları olacaq. Və biz onlardan komanda hazırlamalıyıq. Təəssüvür edin ki, 18 yaşlılar bir ildi beynəlxalq oyunlarda oynamırlar. Bu uşaqların oyun təcrübəsi yoxdu. Rəqibləri də dərindən təhlil etməliyik. Düzdü, vaxtımız var. Yarış oktyabrda baş tutacaq. Ancaq ona kimi güclü rəqiblər tapıb yoxlama oyunları keçirməliyik. Bununla uşaqlar təcrübə toplamalı və komanda formalaşmalıdı. Yəni hazırda şansımızın olub-olmadığı haqda konkret danışmaq çətindi. Mən yenə də hamının bizdən güclü olduğunu demirəm. Ancaq rəqiblərimizin bu il 18 yaşlı uşaqları davamlı beynəlxalq yarışlarda oynayıblar. Gələn il də 19 yaşlılara cəlb olunacaqlar. Və bizə baxanda daha təcrübəlidilər. Bu gün hamımız uşaq futbolunu önəmindən danışırıq. Yaxşı, bir söz deyim sizə. Məşqçilər heyəti gedib 16, 17 yaşlıların oyunlarına baxır. Başqa kim gedir? Kim bir dəfə gedib maraqlanır onlarla? Bir dəfə gedib baxmaq, maraqlanmaq lazımdı. Bəli, problemlər çoxdu. Birinci problem biz məşqçilərdədi. Baxın, futbolçu harda yetişir? Klublarda. Klubun öz marağı olmalıdı ki, futbolçunu yetişdirib komandasında oynatsın. Bir çox futbolçular milliyə hazırlıqsız gəlir, ustalıq səviyyələri aşağı olur. Elə bil ki, millinin məşqçisi mənim yerimə sənsən. Klubdan futbolçu çağırırsan və onlar gəlir üstünə. Nə edəcəksən? Bu qədər mütəxəssisimiz var, maşallah, hamısı da danışır. Bəs niyə biz bu problemlərin həllini tapa bilmirik? Bu problemin həlli yolunu bir-iki kəlmə ilə demək çətindi. Ancaq bunları düzəltmək mümkündü. Bunun üçün bir az istək olmalıdı. Hamımız bir olmalıyıq. Millidəki, klublardakı məşqçilər - hamı bir olmalıdı. İlk növbədə biz məşqçilər öz üzərimizdə işləməliyik. Deyirik ki, uşaqlar klublardan hazırlıqsız gəlirlər, yetişmirlər. Niyə yetişmir ki? Sadəcə, biz yetişdirə bilmirik. Deməli, klubdakı məşqçilər öz üzərində işləmirlər. Birinci biz özümüz nəsə bilməliyik ki, onlara da nəsə öyrədək. Onlar tək futbolçu kimi yox, eyni zamanda nizam-intizamı, davaranışı, özünü aparmağı bilən bir şəxsiyyət kimi yetişmirlər. Şəxsiyyət yetişdirmək lazımdı. Bu iş də biz məşqçilərin boynuna düşür. Birinci özümüzdən başlamalıyıq. Deyirik ki, problem uşaq futbolundadı. Xeyr, problem uşaq futbolunda yox, biz məşqçilərdədi. Futbolçunu məşqçi yetişdirir. Məşqçi savadsızdısa, ona nə öyrədəcək? Bu hələ problemin bir hissəsidi, belə nüanslar çoxdu”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar