Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
21 noy 21:55yigma

Rüsvayçı oyun, biabırçı sonluq


Yurçeviçin Emin Mahmudovla qəsdi-qərəzinin səbəbi nədi?
AÇ-2020-nin seçmə oyunu
E qrupu
256 Slovakiya – Azərbaycan 2:0 (1:0)
1. Martin Dubravka
2. Peter Pekarik
7. Lukaş Haraslin
(21. Mixal Dyuriş, 71)
9. Robert Bojenik
(18. Samuel Mraz, 77)
11. Matuş Bero
14. Milan Şkrinyar
15. Norbert Gyömber
16. David Hançko
17. Marek Hamşik (k)
19. Yuray Kuçka
(8. Andrey Duda, 85)
22. Stanislav Lobotka
Ehtiyat oyunçular
12. Marek Rodak
23. Dominik Holec
3. Denis Vavro
4. Martin Valyent
5. Lübomir Şatka
6. Yan Qrequş
10. Albert Rusnyak
13. Patrik Hroşovski
20. Nikolas Şpalek
Baş məşqçi: Pavel Hapal

12. Emil Balayev
2. Qara Qarayev (k)
3. Şəhriyar Rəhimov
4. Bəhlul Mustafazadə
6. Bədavi Hüseynov
9. Vüsal İsgəndərli
11. Ramil Şeydayev
14. Eddi İsrafilov
(5. Elvin Camalov, 46)
16. Abbas Hüseynov
18. Anton Krivotsyuk
(19. Təmkin Xəlilzadə, 72)
22. Cavid Hüseynov
(17. Renat Dadaşov, 79)
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
23. Mehdi Cənnətov
7. Araz Abdullayev
8. Emin Mahmudov
10. Ağabala Ramazanov
13. Dmitri Nazarov
15. Şəhriyar Əliyev
20. Riçard Almeyda
21. Pavel Paşayev
Baş məşqçi: Nikola Yurçeviç
Qollar: R.Bojenik, 19 (1:0). M.Hamşik, 86 (2:0).
Vərəqələr: E.İsrafilov, 45. C.Hüseynov, 45. L.Haraslin, 62. M.Şkrinyar, 82. T.Xəlilzadə, 88 – sarı.
Hakimlər: SERGEY BOYKO, Vladimir Volodin, Semyon Slonçak, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Kevin Azzopardi (Malta).
UEFA nümayəndəsi: Skot Struters (Şotlandiya).
19 noyabr. Trnava. “Anton Malatinski” stadionu. 7825 tamaşaçı.
11 (8) qapıya (çərçivə”yə) zərbə 3 (1)
9 qayda pozuntusu 14
2 vərəqə (qırmızı) 3
5 korner 1
3 ofsayd 0
Seçmə mərhələnin son oyunundan əvvək ən nikbin azərbaycanlı azarkeş belə yığmanın Trnavadan xal və ya xallarla geri dönəcəyinə inanmırdı ki, proqnozlar özünü doğrultdu. Nikola Yurçeviçin çalışdırdığı komanda zəif oyunla azərbaycanlı futbolsevərləri pərişan etdi.
Slovaklar millimizi yenəcəyi və paralel keçən Uels – Macarıstan matçı heç-heçə bitəcəyi təqdirdi E qrupunun ikincisi kimi final mərhələsinə birbaşa vəsiqə qazanacaqdılar. Bu üzdən Hapalın yetirmələrinin ilk dəqiqədən irəli atılacağı gözlənilən idi. Oyuna kəşfiyyatsız başlayan Slovakiya qonaqları öz cərimə meydançasına sıxdı. Yeri gəlmişkən, Yurçeviç Uelslə matçla müqayisədə heyətdə bəzi dəyişikliklər etməyi lazım bilmişdi. Araz Abdullayev, Riçard Almeyda, Pavel Paşayev və Dimitri Nazarovu ehtiyatda saxlayan xorvat mütəxəssis əvəzində start “11-liy”ində Vüsal İsgəndərli, Abbas Hüseynov, Eddi İsrafilov və Cavid Hüseynova yer vermişdi. Oyunda ilk ciddi qol vəziyyəti Balayevin qoruduğu qapı önündə yaşandı. 12-ci dəqiqədə Kuçka təxminən 23 metrdən “çərçivə”yə güclü zərbə endirsə də, Emil gözəl seyv edərək topun qapı xəttini keçməsinə imkan vermədi. 4 dəqiqə sonra yığmanın, daha dəqiq desək, Şeydayevin təkbaşına reydi yerli azarkeşləri yüngülvari həyəcanlandırsa da, “Dinamo”nun forvardının meydan mərkəzindən həmləsi sonda zəif zərbə ilə yekunlaşdı. 19-cu dəqiqədə isə slovaklar hesabı açdılar. Bojenik uzaq küncü dəqiq nişan aldı. Hər şey isə meydanın mərkəzində futbolçularımızın mənasız, ancaq statistikaya düşəcək ötürmələrindən sonra yol verdikləri xətadan başladı. Topu ələ keçirən həmişəcavan Hamşik komanda yoldaşının boş zonada olduğunu görüb ora ötürmə etdi. Bojeniklə üzbəüz qalan Mustafazdə isə rəqib futbolçunun üstünə getmək əvəzinə geriyə çəkilməyə qərar verdi ki, belədə Bojenikə zərbə vurmaq üçün imkan yarandı və o da bundan məharətlə yararlandı. Həmin an Bədavinin də müşahidəçi rolunda olduğunu vurğulayaq. İtiriləsi heç nəyin qalmadığı bir anda, üzərində təzyiq olmayan yığmanın seçmə mərhələnin son görüşündə daha inamlı oyun sərgiləyib “qapını möhkəm çırpmaq” fürsəti olsa da, Yurçeviçin komandası ilk yarıda, demək olar ki, topu özündə saxlaya bilmirdi. Bir-iki ötürmədən sonra top rəqibə “hədiyyə olunurdu”. Hücumdan isə danışmağa dəyməz. İrəlidə tək qalan Şeydayevə dəstək olmadığından, Dubravka bekarçılıqdan isinmə hərəkətləri edirdi. Yığma üzvləri maksimum şəkildə çalışırdılar ki, oyunun tempini aşağı salsınlar və 5 ay öncə Bakıda yaşanan biabırçılıq, heç olmasa, Trnavada təkrarlanmasın.
Fasilədə Uelsin Macarıstanla oyunda hesabda önə çıxıdğını bilən meydan sahiblərinin ikinci yarıya o qədər də istəkli başlamadığı açıq-aydın hiss olunurdu. Bu üzdən Hamşik və komanda yoldaşları birinci 45 dəqiqədə olduğu kimi istəkli deyildilər. Bu məqam isə millinin işinə yardı. Qonaqlar bir qədər inamlı görünür, topla daha çox təmasda olurdular. Ötürmələrdə səhvlərin də sayı azalmışdı. Təəssüf ki, eyni sözləri hücum planında demək qeyri-mümkündü. Yığma yalnız son 10 dəqiqədə qola yaxın oldu. 81-ci dəqiqədə Şeydayevdən əla ötürmə alan Renat özü zərbə vurmaq əvəzinə daha əlverişli mövqedə olan İsgəndərlini “görsəydi”, bəlkə də millidə debüt edən “Zirə”nin futbolçusu hesabı bərabərləşdirəcəkdi. Dadaşovun zərbəsindən sonra qapıçıdan geri qayıdan topu isə Vüsalın “çərçivə”yə yox, bir neçə saniyə əvvəlki epizoda görə əsəbindən göyə vurduğunu hamı gördü. Əsas vaxtın başa çatmasına 4 dəqiqə qalmış meydan sahibləri matçın yekun nəticəsini müəyyənləşdirən qolu vurdular. Hamşikin təxminən 20 metrdən güclü zərbəsi yolüstü Bəhlulun başına dəyərək tora daxil oldu. Mustafazadə topa toxunmasaydı, Balayev bəlkə də qola mane olacaqdı. Çünki qolkiper zərbə anını görmüşdü və topun traektoriyasını düzgün müəyyənləşdirərək həmin istiqamətə yönəlmişdi. Beləliklə, AÇ-2020-nin son matçında da uduzan yığma qrup mərhələsini 1 xalla başa vurdu və belə “gözoxşayan” göstərici ilə qitənin ən zəif üç yığması arasında özünə, AFFA rəhbərliyinə “layiqli” yer tapdı.
RƏŞAD

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala üzrə)
Emil Balayev - 3,5
Artıq millidə "1 nömrə" statusuna yiyələnən Balayevi məğlubiyyətdə, buraxılan qollarda günahlandırmaq insafsızlıq olardı. Hər iki qolda top mudafiəçiyə toxunaraq istiqamətini dəyişdiyindən Emil aciz idi. Əvəzində o, bir neçə təhlükəni önləməklə, qurtarışları ilə fərqin daha böyük olmasını əngəllədi.
Anton Krivotsyuk - 3,0
Gənc mudafiəçi Yurçevicin cinahla bağlı seçimindən əziyyət çəkir. O, ardıcıl ikinci oyunda da əvəzləndi. Belədə Şəhriyar Rəhimovu arxaya çəkən xorvat mütəxəssis Krivotsyuku 72 dəqiqə meydanda saxladı. Bir sözlə, Antonun əvəzlənməsi zəif oyunu ilə bağlı deyil. Amma o, Uelslə oyunla müqayisədə hücumların təşkilinə nisbətən az qoşulurdu.
Bəhlul Mustafazadə - 3,0
Deyəsən, gənc olmasına rəğmən, millidə davamlı start heyətində yer alması Bəhlulun ziyanına olub. Yaxşı ki, tsikl başa çatdı, yoxsa o, “yanacaqdı”. Slovakiya ilə oyun isə Mustafazadə üçün uğursuz alındı. Konkret onun günü deyildi. İlk qolda məhz onun nəzarətində olan rəqib topu qapıya göndərdi. İkinci qol isə avtoqola bərabər oldu. Belə ki, top ona deyib qapıçını çaşdırdı və tora düşdü.
Bədavi Hüseynov - 3,0
Ümumiyyətlə, Slovakiya ilə oyunda mərkəz müdafiəçiləri zəif çıxışla yadda qaldı. İlk qolda Bədavi komanda yoldaşını “sığortalamadı”. İkinci qolda isə irəli çıxıb zərbənin qarşısını kəsməyə çalışsa da, yubandığı üçün cəhdi yetərsiz qaldı.
Abbas Hüseynov - 3,0
Ötən həftə Bakıdakı oyunda kobud səhvlə yadda qalan Pavel Paşayev haqlı olaraq, ehtiyatda qalmışdı. Ancaq Abbas ondan ciddi mənada fərqlənmədi. Hüseynov bir epizodda topu rəqibə ötürməklə slovakiyalıların kəsərli əks-hücumuna şərait yaratdı. Yaxşı ki, həmin epizod qolla nəticələnmədi. İstənilən halda, Abbasda həyəcan daha çox hiss olunurdu.
Qara Qarayev - 3,5
Yığmanın yeni kapitanı "qara iş" görməyə, müdafiəçilərə kömək etməyə çalışsa da, rəqibin orta sahədə “at oynamasını” əngəlləyə bilmirdi. Əksinə, meydan sahibləri mərkəzi maneəsiz keçirdi. Bəlkə də ilk yarıda Eddinin, eləcə də Cavidin zəif oyunu onun işini artırırdı.
Şəhriyar Rəhimov - 4,0
Komandanın ən yaxşısı Şəhriyar idi. Yurçeviç onu həm müdafiəçi, həm yarımmüdafiəçi kimi oynatsa da, Rəhimov hər iki mövqedə fəal idi. Bir epizodda bəxti gətirmədi. Cinahdan birbaşa qapıya göndərdiyi topu rəqib qolkiper inanılmaz reaksiya ilə dəf etdi.
Eddi İsrafilov - 3,0
Uelslə Bakıdakı oyunu buraxan, İspaniyadan birbaşa Slovakiyaya yollanan Eddinin yolunu bu qədər səbirsizliklə gözləməyə dəyməzmiş. İsrafilov meydanda olduğu 45 dəqiqə ərzində heç nə ilə yadda qalmadı.
Cavid Hüseynov - 3,0
Cavid 79 dəqiqə meydanda qalsa da, faydasından çox ziyanını gördük. Həm əks-hücumlara qoşula bilmir, həm də rəqib həmlələri zamanı meydanın mərkəzində boşluqlar verirdi. İkinci hissədə isə, ümumiyyətlə, gəzişirdi.
Vüsal İsgəndərli - 3,5
Camalov kimi millidə debüt matçını keçirən Vüsal canfəşanlığı ilə yadda qaldı. O, cinah həmlələrində effektli idi. Renat Dadaşovun qaçırdığı real qol vəziyyətində isə daha əlverişli mövqedə qərarlaşmışdı. Bəlkə də bu üzdən komanda yoldaşının ona ötürmə etməməsinə hiddətləndi.
Ramil Şeydayev - 3,5
Ramil Rusiya mətbuatının tənqidini haqq edir. Ona görə yox ki, "zəif bənd"di. Əksinə, meydanda ən çox can yandıran futbolçu məhz Şeydayevdi. Sadəcə, əsas işinin qol vurmaq olduğunu unudan hücumçu həddən artıq geri qayıdır, orta sahə oyunçusu, bəzən müdafiəçi funksiyasını yerinə yetirir. Nəticədə hücum gücü azalır.
Elvin Camalov - 3,5
Eddini əvəz edən Elvin Camalov müqayisədə daha faydalı oldu. Fasilədən dərhal sonra oyuna qoşulan, mərkəzdə inadkar mübarizə aparan, rəqibə davamlı pressinq edən Camalov debütdə özünü yaxşı tərəfdən göstərə bildi.
Təmkin Xəlilzadə - 3,0
Yurçeviçin "gizli silahı" Xorvatiya ilə oyundakı qəhrəmanlığını son iki matçda təkrarlaya bilmədi. Özü də hiss edirdi ki, oyuna yaxşı qoşula bilməyib, aqressivlik nümayiş etdirirdi. Aldığı sarı vərəqə də bunun nəticəsində qeydə alındı.
Renat Dadaşov - qiymətsiz
MİRAĞA

Reaksiyalar
Bədavi Hüseynov: "İlk hissədə futbolçularımızda bir az çaşqınlıq vardı, ona görə də topa normal nəzarət edə bilmirdik. Fasilədə uşaqlarla danışdıq ki, qorxmaq lazım deyil. İkinci 45 dəqiqəyə başqa köklənməylə çıxdıq. Qaçdıq, daha açıq oynamağa başladıq, dəqiq ötürmələrimiz çox oldu, sona yaxın əla qol imkanı qazandıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Yekunda səviyyə sözünü dedi: rəqibin iki zərbəsi və iki səkən topdan sonra iki qol. Hesab edirəm ki, ikinci hissədə yaxşı oynadıq. Pavel Hapal deyib ki, onun futbolçuları fasilədə Uels - Macarıstan matçının hesabını bilərək ikinci hissədə ruh düşkünlüyündə olublar? Mənim bununla bağlı başqa fikrim başqadı, onu da dedim. Budəfəki seçmə mərhələdən ciddi nəticələr çıxarmaq lazımdı. İlk növbədə öz oyunumuzu yaxşılaşdırmaq lazımdı ki, komanda daha döyüşkən olsun. Bu qədər uduzmağımızın konkret səbəbini demək çətindi. Yekundakı 1 xala haqq qazandırılası söz yoxdu, sadəcə, uğursuz tsikl. Bəli, elə matçlar oldu ki, xallar qazana bilərdik, ancaq alınmadı. Fikrimcə, yeni komanda formalaşır, yeni nəsil futbolçular gəldi. Keçid mərhələsidi və belə nəticə məhz bu nəsildəyişməylə bağlıdı. Mənə elə gəlir ki, gələcəkdə oyunumuz yaxşılaşacaq. Sözsüz, çox şey vəd etmək olar, ancaq deyilənləri hələ meydanda həyata keçirmək lazımdı. Azarkeşlər qarşısında utandırıcı göstəricidi, ancaq bu millidi. Onu nəticədən asılı olmayaraq, həmişə dəstəkləmək lazımdı. Hər komandanın çətinlikləri olur. Bizdə indi məhz həmin dövrdü. Ümid edirəm ki, yaxın vaxtda keçid dövrünü uğurla başa vurub, azarkeşlərimizi sevindirəcəyik".
Vüsal İsgəndərli: “Yığmada debüt etdiyimə görə xoşbəxtəm. Baş məşqçi həmişə deyirdi ki, oyunlarımızı izləyir. Görünür, nə iləsə diqqətini çəkə bilmişəm. Həyəcanlı deyildim, amma bundan əvvəl hansısa yoldaşlıq matçında oynasaydım, işim daha asan olardı. Sadəcə, nəticənin belə olması yerinə düşmədi. Bu gün əlimizdən gələni etməyə çalışdıq. Hətta qol vurmaq şanslarımız da oldu. Etiraf edək ki, çətin qrupa düşmüşdük. Rəqiblərin heyətindəki futbolçuların adları və hansı komandalarda çıxış etmələri hər şeyi deyir. Renat həmin epizodda qapıya zərbə vurmayıb, mənə ötürmə versəydi, sonluq daha yaxşı ola bilərdi. Bir az ona görə əsəbləşdim. Yurçeviçlə ayaqüstü söhbətim oldu və mənə məşqlərdə və oyunlarda əvvəlki kimi çalışmalı olduğumu dedi. Bir qədər diqqətli olmağı da tövsiyə etdi. Futbolka dəyişmək həvəsim yoxdu. Ona görə də rəqib futbolçulara yaxınlaşmadım. Həm də yığmada debüt formamdı, kiməsə vermək niyyətində deyiləm. Uelslə oyundakı futbolkalarımı “Keşlə”dəki komanda yoldaşlarım Sezar Meza Kolli ilə Franko Flores istəmişdi, onlara verdim. Birini isə azarkeşlərə”.
Robert Bojenik: “Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik. Görüş ərzində onların müdafiə xəttini yarmaqda çətinlik çəkdik. Xoşbəxtlikdən erkən vurulan ilk qol işimizi bir az asanlaşdırdı. Biz Xorvatiya ilə Uelsi heç bir oyunda məğlub edə bilmədik. Görünür, ona görə də uğur qazanmadıq. Mənim üçün hər bir görüş önəmlidi. Azərbaycan millisinə qarşı köklənmək çətin deyildi. Mənim üçün hər bir oyun bayramdı”.
Peter Pekarik: “Məqsədimiz qələbə qazanmaq idi ki, buna nail olduq. Lakin 3 xalın dadını doyunca çıxara bilmədik. Qrupdan final mərhələsinə yüksələ bilməməyimiz hamımızı üzdü. Azərbaycanla matçda hər şey əla olmasa da, bizə lazım olan qələbəni əldə edə bildik. Bojenikə görə sevinirəm, az oyun keçirməsinə baxmayaraq, yığmada növbəti qolunu vurdu”.
Marek Hamşik: “Bilirdik ki, qapanan rəqibə qarşı oyun asan olmayacaq. Ona görə də bacardıqca erkən qol vurmalıydıq. Düzdü, bir az gecikdik, amma yenə də həmin topu vura bildik. Düzünü deməli olsaq, ilk hissədə daha yaxşı oynadıq. Fasilədən sonra isə sanki sakitləşdik. Uelslə oyunlardakı xal itkilərinə görə məyusuq. İki oyundan birini udsaydıq, hər şey fərqli olacaqdı”.
Matuş Bero: “Gülməli vəziyyət yaranıb. Qalib gəlirsən, amma üzün gülmür. Onsuz da taleyimiz öz əlimizdə deyildi. Qələbə qazanacağımız təqdirdə belə, Uelsdəki nəticə önəm daşıyacaqdı. Çətin oyunda qalib gəlməyi bacarsaq da, əsas hədəfimizə çatmadıq. Oyun çətin oldu. Çünki Azərbaycan yığması var gücü ilə müdafiə olunur, əsasən qol buraxmamağa çalışırdı. Yaxşı ki, ilk hissədə qol vurub, işimizi asanlaşdırdıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar