Yazarlar
Anar Şabanoğlu
Sonun başlanğıcı...Huşəng
İstefa!Anar Şabanoğlu
Sonun başlanğıcı…Anar
Sonun başlanğıcı...Amal
Günəşin kölgəsində
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

AFFA ağacəkmə kampaniyasını saymadı

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi
21 noy 21:29yigma
Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür

“Cavid Hüseynova ikinci sarı vərəqə göstərib, meydandan qova bilərdi”
Yığma AÇ-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiyaya da məğlub oldu. Trnavada keçirilən qarşılaşma ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Demək olar ki, görüşün əvvəldən sonunadək rəqibin üstünlüyü ilə keçməsi oyunda hər hansı mübahisəli məqamın olmasına imkan vermədi. Bununla belə, Slovakiyanın bir qolu oyundankənar vəziyyət üzündən qeydə alınmadı. Ukraynalı hakim Sergey Boykonun idarəçiliyini dəyərləndirməsi üçün sabiq hakim Ceyhun Haşımova müraciət etdik: “Ukraynada cərəyan edən siyasi qalmaqal zamanı “Dinamo” – “Şaxtyor” matçını idarə edən hakimlər briqadası bu görüşdə ciddi səhvə yol vermədi. Yalnız 10-cu dəqiqədə Eddi İsrafilovun epizodunda baş hakim oyunçumuza şifahi xəbərdarlıq etdi. Hansı ki, burda sarı vərəqə də göstərmək olardı. İlk hissəsinin sonlarında isə hakimin haqlı olaraq bir neçə epizoda müdaxiləsinin şahidi oldum. Birinci hissə ilə müqayisədə hakimlərin işi fasilədən sonra daha çətin oldu. Buna rəğmən, baş hakimin və köməkçilərinin qərarları doğru idi. Slovakiyanın sayılmayan qolunda da yan xətt hakimi düzgün qərar vermişdi. Hətta ehtiyat hakimin də bir neçə epizodda ədalət təmsilçisinə kömək etdiyi göründü. Sergey Boykonun fiziki hazırlığı yaxşı səviyyədə, mövqe seçimləri epizodlara uyğun idi. Xüsusən hava mübarizləri zamanı epizodları düzgün qiymətləndirir və ehtiyatsız qayda pozuntularının qarşısını alırdı. Ancaq epizodların birində Cavid Hüseynova ikinsi sarı vərəqə göstərib, meydandan qova bilərdi. Ukraynalı yalnız cərimə təyin etməklə kifayətləndi. Halbuki qırmızı vərəqə göstərsəydi, onu dəstəkləmək olardı. Ümumilikdə hakimlər briqadası qeyri-müəyyən qərarlarla yadda qalmadı, oyunun öhdəsindən yaxşı gəldi”.
HƏSƏN
Şərh yaz